Bir çox insandan yaxında və ya uzaqda illərdir davam edən vətəndaş müharibələri, qanlı hücumlar və təzyiqlər əslində bütün müsəlmanların üzərində böyük məsuliyyətdir. Bütün İslam dünyasını əhatə edən bu köklü problemlərin sona çatması və məzlum din qardaşlarımızın qurtuluşu üçün böyük-kiçik demədən bütün imkanlarımızı ortaya qoymalı, gücümüzün sonuna qədər cəhd etməliyik. Unutmamalıyıq ki, milyonlarla müsəlman Allaha dua edərək, digər müsəlman qardaşlarından ümidlə yardım və dəstək gözləyir.
Hamının yaxından şahid olduğu kimi, mübarək Ramazanın bərəkəti ilə iman edənlərin arasındakı küskünlüklər, problemlər sona çatır. Müsəlmanlar zəkat ibadətini Ramazanda daha həssas şəkildə yerinə yetirirlər. Sədəqələr bu mübarək ayda artır. Qurulan iftar və sahur süfrələrinə yoxsullar, ehtiyacı olanlar dəvət edilir. Qardaşlıq, şəfqət, mərhəmət hissləri güclənir. Ramazan ayı insanların ilin hər günündə görmək, yaşamaq istədikləri bir çox gözəlliyə səbəb olur. Allahın rizasına uyğun olan bu gözəl əxlaqın Ramazandan sonra da artaraq davam etməsi əlbəttə ki, məqbul olandır. Təlim yeri olan dünyada hər keçən gün əxlaqımızı gözəlləşdirməyimiz çox önəmli məsələ və məsuliyyətdir.
Hər kəsin öz imkanları daxilində dünyada yaxşılığı yayması çox mühüm bir ibadətdir. Allah yolunda edilən hər yaxşılığın, söylənən xoş sözlərin, qardaşlığı möhkəmləndirəcək işlərin, Allah üçün edilən hər cür fəaliyyətin Allahın izni ilə həm dünyada, həm axirətdə gözəl qarşılığı olacaq. İslam dininin gözəlliklərin həm söz, həm də hərəkətlə insanlara ötürülməsi, sevgi və sülh dini olan mübarək dinimizin Quran ayələrinə əsaslanan tətbiqlərinin çatdırılması da bu ibadətlərin ən önəmlilərindəndir.
Dünyada yaxşılığın yayılması isə ilk növbədə iman gətirənlərin birlik olması, qardaşlıq duyğusunu ən gözəl şəkildə dərk edilib mərhəməti yaşaması ilə mümkün olacaq. Fərqli məkanlarda böyümələrinə, müxtəlif dillərdə danışmalarına, fərqli məzhəblərə aid olmalarına baxmayaraq, möminləri bir araya gətirən və qardaş olmalarını təmin edən Rəbbimizin bizə lütf etdiyi İslam dinidir. Allaha iman edən, Onun rizasını qazanmaq üçün səmimi səy göstərən insanların yaşadığı bu qardaşlığı Allah bizə "Ali-İmran" surəsinin 103-cü ayəsində bildirmişdir:
"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz...
Müsəlmanların həmrəyliyi əslində bütün dünyanın ehtiyacıdır. Quranda əmr edilən qardaşlıq əlaqəsi səmimi imanla ən gözəl şəkildə yaşanır. Bu, dünyadakı hər cür fərdi və ictimai münasibətdən daha gerçək, səmimi, möhkəm təməli olan və gücünü heç vaxt itirməyən bir bağlılıqdır. Məhz müsəlmanların həmrəyliyinin digərlərindən fərqli edən cəhət iman gətirənlərin Allah rizası üçün bir-birilərini sevmələrindən irəli gələn böyük mənəvi gücə malik olmasıdır. Bu səbəbdən möminlər güclü imanları ilə az sayda belə olsalar, bütün çətinliklərə qarşı qalib gələcək şövq və iradə qazanmış olurlar. Allahın "...əgər (həqiqətən) iman gətirmisinizsə, ən üstün olan sizsiniz" . (Ali İmran surəsi, 139) ayəsindəki bu vədi bütün dünyada əmin-amanlığa və sülhə səbəb olacaq yüksək mənəvi güc yaradır.
Dünyadakı qarışıqlıqların səbəbi bir çox insanın Quran əxlaqından uzaq şəkildə, sevgisizlik, nifrət, kin, ədavət, mənfəətpərəstlik, eqoizm kimi pis əxlaq xüsusiyyətlərini yaşamasıdır. Dolayısilə yaxşılığın geniş şəkildə yayılması, heç bir qarşılıq gözləmədən xidmət etmək şövqünün olması, məzhəb, irq ayrı-seçkiliyi etməyən həssas, ağıllı, ədalətli, fədakar insanların dünyanın hər yerinə yayılması çox vacibdir. Müsəlmanlar Quran əxlaqını tam olaraq yaşadıqlarında ortaya çıxacaq və bütün məzlumlara əmin-amanlıq gətirəcək bu mənəvi güc bəzi insanların laqeydliyini və qəddarlığını dərhal aradan qaldıracaq təsirə Allahın izni ilə mütləq sahib olacaqdır.
Hər gün ətrafında əxlaqsızlığın, qəddarlığın, imansızlığın əlamətlərini fərq edən və bunlara görə narahat olan, sülh, sevgi və hüzur dolu bir cəmiyyət istəyən insanın baş verənlərə bir an belə laqeyd qalmasının böyük səhv olacağını heç vaxt unutmamalıyıq. Müsəlman qardaşlarımız, gücünün çatdığının ən çoxu ilə dünyada zülmün tək həll yolu olan Quran əxlaqının yaşanmasına və yaşadılmasına töhfə verməli, yaxşılıq və gözəllik yolunda səy göstərməli, mübarək Ramazanın bərəkətini bütün dünyaya hər zaman yaymağa niyyət etməlidir.
Adnan Oktarın «Tehran Times»da dərc olunan məqaləsi:
http://www.tehrantimes.com/PDF/12311/12311-1.pdf