Sayılı gün tez keçir. Gözümüzü bir açdıq ki, Ramazan ayının ilk günü, müsəlman aləmini həyəcan və coşğu bürüyüb. Hər yerdə hazırlıqlar gedir. İnsanlar bir il daha bu gözəl ayı yaşamağın sevinci içindədirlər. Bir də gözümüzü açdıq ki, bir ay gəlib keçib. Sahurlar edilib, niyyətlər tutulub, iftarlar hazırlanıb, oruclar açılıb. 2015-ci ilin Ramazanı sona çatmaq üzrədir.
Uşaqlığında Ramazan ayı yay aylarına düşən insanların bir çoxu indi 40 yaşlarındadır. Təkcə 33 ildə bir Ramazan ayı yaz aylarına təsadüf edir. Bir də bəlkə də 70 yaşlarında Ramazanı yaz aylarında tutacaq. Çünki Ramazan get-gedə yaza və qışa doğru geriləməyə başladı.
Yaz ramazanları bir başqa gözəl olur. Xüsusilə yayda qurulan iftar süfrələri, günəşin batmasının göydə yaratdığı rəngarəngliyi seyr edərkən açılan oruclar ruha ayrı bir ləzzət verir.
Yay aylarının sakit axşamlarında oxunan əzanın səsi bir başqa təsir yaradır bütün müsəlman aləmində. Açıq havada yeyilən iftar yeməkləri çox gözəl təsir yaradır insanlarda.
Təkcə müsəlmanlar deyil, dünyadakı bütün haq dinlər bu gözəlliyin dadını bilir. Müsəlman olmayanlar da fərqli zamanlarda oruc tutan müsəlmanlarla eyni mənəvi ləzzəti yaşayır. Eyni mənəvi hissləri bölüşürlər müsəlmanlarla. Ona görə əslində bütün insanlar Ramazanın ruha necə təsir etdiyini bilir.
Hər gözəl şeyin sonu insanların qəlbində bir hüzn hissi yaradır. Bir ramazanla daha vidalaşarkən o hiss yaşanır qəlblərdə. Bir tərəfdə ibadətlərini yerinə yetirməyin sevinci və vicdan rahatlığı ilə insanlar bayramı qarşılayır. Bir tərəfdə də Ramazan ayının o gözəl dərin və mənəvi havasının da heç bitməməsini istəyir.
Bir neçə gün sonra Ramazan bayramıdır. İnsanlar bayram sabahı səhər tezdən məscidlərdə bir araya gələcəklər. Bir-birləri ilə qucaqlaşacaqlar. Küsülülər barışacaq, xəstələr, ailə böyükləri ziyarət ediləcək. Bütün evlərdə məşhur bayram süfrələri qurulub ailə böyükləri ilə birlikdə yemək yeyiləcək. Bir sonraki Ramazan bəlkə də bəzi insanlar artıq o süfrədə ola bilməyəcək. Bunun şüuru ilə yeyilir o yeməklər bayram süfrələrində...
Ramazan sona çatmaq üzrədir, amma
Yardımlaşmalar bitməsin...
Dostluqlar bitməsin...
Qarşılıqlı sevgi və hörmət bitməsin...
Ac və kimsəsizin halını anlama ruhu tükənməsin....
İnsan istəyir ki, o gözəl söhbətlər heç bitməsin...
İnsan istəyir ki, mənəviyyatın maddiyyatdan önəmli olduğu anlayışı bitməsin.
Təkcə bir aya aid olmasın bu gözəlliklər , ilin hər günü eyni şüur, eyni vicdan həssaslığı hakim olsun bütün ruhlara...
Küçələrdə dilənən insanlar qalmasın...
Yaxın Şərq qan və göz yaşı yeri deyil, tarixi gözəlliklərin, sülhün, sevginin yeri olsun...
Afrikanı aclıq və səfalətlə deyil, təbiəti, təbii gözəllikləri ilə xatırlayaq…
Zənginin yoxsulu əzdiyi yox, zənginin yoxsulu qoruduğu bir dünyada yaşayaq...
Ama bunları təkcə aclığın nə demək olduğunu anladığımızda xatırlamayaq. Hər gün bu gözəl dünyanın xəyalı ilə yaşayaq, hər gün o dünyanı əldə etmə səyi ilə yaşayaq.
Adnan Oktarın «Gulf Daily News»də dərc olunan məqaləsi:
http://www.gdnonline.com/Details/14034/Ramadan-reflections