Muhəmməd (səv) ailəsindən əl-Mehdi (hz.Mehdi (ə.s.))... geniş qarınlıdır,...ayaqları enerjilidir, kürəyi genişdir, ...onun gecəsi Allaha boyun əyib səcdə etməklə və ulduzlara keşik çəkməklə keçəcək, ona atılan iftiralar ona Allahın hüzurunda təsir göstərməyəcək; o, nur saçan bir şamdır. (Bihar-ül Ənvar: 86-81) |
Hədisdə hz.Mehdinin (ə.s) Peyğəmbərimizin (səv) nəslindən gələcəyi bildirilir. Hz.Mehdinin fiziki xüsusiyyətlərindən geniş qarınlı olması, ayaqlarının enerjili və kürəyinin geniş olması hədisdə izah edilir. Bununla yanaşı, hədisdə hz.Mehdinin (əs) gecələri ibadət etməklə və Allah rizası üçün elmi fəaliyyətlə keçirəcəyinə diqqət çəkilir. Hədisdə həmçinin hz. Mehdini (ə.s) haqsız yerə günahlandıranların olacağı da ifadə edilir. Lakin Allah hz. Mehdini (ə.s.) atılan böhtanlardan təmizə çıxaracaq. Hz. Mehdi (ə.s.) cəmiyyətin yaşadığı qaranlıq əxlaq xüsusiyyətlərinin arasında təmiz İslam əxlaqı ilə dərhal diqqət çəkən, nur saçan bir şam kimi olacaq.