Sonsuz mərhəmət sahibi olan Rəbbimiz Quranda insanlara çox yaxın olduğunu, Ona dua edənin duasını qəbul edəcəyini bildirir. Bir ayədə belə bildirilmişdir:
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə surəsi, 186)
Allah ayədə də bildirdiyi kimi,hər insana çox yaxındır, hər insanın ürəyindən nə keçirdiyini, nə düşündüyünü, nə söylədiyini, nəyi pıçıldayıb dediyini, hətta şüurundannəyi keçirdiyinidə bilir. Beləliklə, Allah Ona üz tutub dua edən, Ondan istəyi olan hər kəsi eşidir və bilir. Bu, insanlar üçün çox böyük bir nemət və Allah’ın mərhəmətinin, rəhmətinin və sonsuz gücünün göstəricisidir.
Bu həqiqətə iman gətirən hər bir insan duasını Allah’ın qəbul edəcəyinə ümid edə bilər. Məsələn, amansız xəstəliyə tutulan bir insan, əlbəttə ki, bütün tibbi tədbirlərə əl atar. Amma şəfanı verənin Allah olduğunu bilərək, sağalması üçün yalnız Allah`a dua edər və ya qorxu, həyəcan keçirən insan Allah’dan qəlbinə rahatlıq verməsi və onu bütün qorxulardan xilas etməsi üçün dua edər.
İşində qarşısına bir çox çətinliklər çıxan insan işlərini asanlaşdırmasını, çətinliklərini həll etməsi üçün Allah’a üz tutar. Quranda bir sirr də vardır. “İnsan xeyirə dua etdiyi kimi şərə də dua edər. İnsan tələskəndir” (İsra surəsi, 11) ayəsində də bildirildiyi kimi, insanın hər duası özü üçün xeyirli olmaya da bilər. Məsələn, bir insan övladlarının gələcəyi üçün Allah’dan çox böyük mülk və var-dövlət istəyir. Ancaq Allah onun bu istəyində xeyir görməyə bilər. Bəlkə də var-dövlət övladlarının azğınlaşıb lovğalanmalarına səbəb olacaq. Allah həmin insanın duasını eşidər və ən xeyirli şəkildə cavab verər. Yəni Allah insanı eşidir, amma duasında onun üçün bir xeyir görməzsə, onun üçün ən xeyirli olanı yaradır. Bu, çox mühüm bir sirdir.Bu sirri bilməyənlər Allah’a dua etdikdən sonra duaları qəbul olunmazsa, Allah’ın onları eşitmədiyini zənn edirlər. Bu yalnış düşüncədir. Allah belə buyurmuşdur:
“Allah insana şah damarından daha yaxındır.” (Qaf surəsi, 16)
Allah insanın hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatanda da Allah onun hər halını, yuxusunda gördüklərini də bilir. Bunların hamısını yaradan Allah`dır. Beləliklə, insan hər dəfə Allah’a dua edəndə duasının Allah tərəfindən bir ibadət olaraq qəbul ediləcəyinə və duasına onun üçün ən uyğun zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə iman gətirməlidir.Dua hər insan üçün çox vacib ibadət və böyük nemətdir. İnsan dua edərək Allah`ın xeyirli gördüyü hər şeyə sahib ola bilər.
De: “Əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də (əzab sizi) rahat buraxmayacaqdır!” (Furqan surəsi, 77) ayəsi ilə Allah duanın insanlar üçün əhəmiyyətli olduğunu bildirmişdir.
Allah sıxıntı və ehtiyac içində olanın duasını qəbul edir
Dua insanın Allah’a ən yaxın olduğu andır. Çünki insan dua edərkən həm Allah’ın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayır, həm də ona Allah’dan başqa heç bir gücün köməyi olmayacağının fərqinə varır. Allah’ın bildirdiyi dua “yalvara-yalvara” edilən duadır:
“Rəbbinizə yalvara - yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (Əraf surəsi, 55)
Allah başqa bir ayədə isə sıxıntı və ehtiyac içində olanın duasını qəbul edəcəyini bildirir:
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)
Allah dünyanı istəyənlərə dünyanı verər, amm onlar axirətdə böyük itki içində olarlar
Allah’dan qorxub-çəkinməyən və axirətə iman gətirməyən insanların istəkləri sadəcə dünya üçündür. Onlar zənginliyi, mülkü, şan-şöhrəti ancaq bu dünyadakı həyatları üçün istəyirlər. Allah sadəcə dünyanı istəyənlərin axirətdə heç bir qazanclarının olmayacağını bildirmişdir. Möminlər isə həm dünya həyatı, həm də axirətləri üçün Allah’a dua edərlər. Çünki axirətin dünya həyatı qədər dəqiq və yaxın bir həyat olduğuna iman gətirərlər. Allah bunu Quranda belə bildirir:
“İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver.” - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi Cəhənnəm əzabından qoru!” - deyirlər. Belə şəxsləri qazandıqlarına görə mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!” (Bəqərə surəsi, 200 - 202)
Möminlər də dualarında Allah’dan sağlıq, zənginlik, elm və gözəllik istəyirlər. Amma onların hər dualarında Allah’ın məmnunluğu və dinə uyğun niyyət vardır. Məsələn, zənginliyi Allah yolunda sərf etmək üçün istəyirlər. Sadəcə dünya həyatını istəyən, axirəti düşünməyənlərə isə Allah dünyada istədiklərini verir, ancaq onları axirətdə əzab dolu bir həyat vgözləyir. Dünya həyatında sahib olduqları hər bir neməti axirətdə tapa bilməzlər. Allah bu mühüm məlumatı Quranda insanlara belə bildirmişdir:
“Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.” (Şura surəsi, 20)
“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona Cəhənnəmi məskən edərik. O, qınanmış, qovulmuş bir vəziyyətdə daxil olar!” (İsra surəsi, 18)