İman edənlərə Quranda bildirilən sirlərdən biri də Allah yolunda ölənlərin əslində "ölü" olaraq qəbul edilməyəcəkləridir. Allah söz mövzusu kəslərin Öz Qatında diri olduqlarını bildirməkdədir. Bu gerçəyi xəbər verən ayələrdə belə buyurulmaqdadır:
Allah yolunda öldürülənləri əsla "ölü" saymayın. Xeyr, onlar, Rəbləri Qatında diridirlər, ruzi verilməkdədirlər. Allahın Öz fəzlindən onlara verdikləriylə sevinc içindədirlər. Onlara arxalarınca gəlib hələ çatmayanlara onlara heç bir qorxunun olmayacağını və qəmli də olmayacaqlarını müjdələmək istəyərlər. Onlar, Allahdan bir neməti, bir fəzli (bolluğu) və, həqiqətən, Allahın möminlərin əcrini boşa çıxarmadığını müjdələməkdədirlər. (Ali-İmran surəsi, 169-171)
Və əsla Allah yolunda öldürülənlərə "ölülər" deməyin; xeyr onlar diridirlər. Lakin siz bunun şüurunda deyilsiniz. (Bəqərə surəsi, 154)
Allah yolunda öldürülənlərlə əlaqədar olaraq Allahın Quranda bildirdiyi bir başqa mövzu isə, şəhidlərin Allah Qatında hidayətlərinin tamamlandığı və cənnətə qəbul edilərək qurtuluşa çatanlardan olduqlarıdır.
Necə ki, Rəbləri onlara (dualarını qəbul edərək) cavab verdi: "Şübhəsiz, Mən, kişi olsun, qadın olsun, sizdən bir işdə olanların işini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz. Hicrət edənlərin, yurdlarından çıxarılanların və yolumda işgəncə görənlərin, vuruşub öldürülənlərin, mütləq pisliklərini örtəcəyəm və onları, altlarından çaylar axan cənnətlərə salacağam. (Bu,) Allah Qatından bir qarşılıq (savab)dır. Ən yaxşı mükafat Onun Qatındadır". (Ali-İmran surəsi, 195)
Allah yolunda hicrət edib öldürülən və ya ölənlərə gəlincə, şübhəsiz, Allah onları gözəl bir ruzilə ruzi verəcək. Şübhəsiz, Allah ruzi verənlərin ən xeyirlisidir. Onları özündən, həqiqətən, məmnun qalacaqları bir yerə salacaq. Şübhəsiz, Allah biləndir, həlimdir. (Həcc surəsi, 58-59)
Bu ayələrdə Allah yolunda öldürülən insanlarla əlaqədar bildirilən bu gerçəklər də, Quranın xalq arasında çox bilinməyən və danışılmayan sirlərindən biridir.