İncillərdəki ziddiyyətli çarmıx izahları
ucgen

İncillərdəki ziddiyyətli çarmıx izahları

977

 

Müasir xristianlar "Yeni Əhd" adlanan müqəddəs kitaba inanırlar. Bu kitabda insanı səmimi iman və ibadət etməyə çağıran və gözəl əxlaqı nəsihət edən bir çox hissə vardır. Buna görə də Yeni Əhdin böyük hissəsi Qurana uyğundur. Müsəlmanlar və xristianlar bir çox ortaq inancı bölüşür və eyni əxlaqi dəyərlərə sahibdirlər. Bu, İslam və Xristian dinləri arasında dialoq və əməkdaşlığın qurulmasına imkan verən vacib bir həqiqətdir.

 

Lakin Yeni Əhddə olan iki əsas fikrin səhv olduğunu Allah bizə Quranda bildirmişdir.

 

Bunlardan birincisi hz. İsanın (əs) çarmıxa çəkildiyi və bütün insanlar üçün bir növ "qurban vermə" mənasını daşıdığı inancıdır.

 

İkincisi isə hz. İsanın (əs) "Allahın oğlu" olduğu iddiasıdır. (Allahı tənzih edirik. Allah uşaq sahibi olmaqdan münəzzəhdir.)

 

Maraqlısı isə budur ki, bu iki inanc haqqında İncillərdəki şərhlər də bir-biriləri ilə ziddiyyət təşkil edir.

 

Dörd İncil

 

Yeni Əhddə hz. İsanın (əs) həyatı və təbliği haqqında dörd ayrı "İncil"dən istifadə edilmişdir. Bu dörd İncildən üçü, yəni Matda, Markos və Luka bir-birilərinə çox paraleldir. Buna görə də xristian ənənəsində "Snobduq İncillər" adlanır. (Snobduq "eyni gözdən" deməkdir və üç İncilin ortaq dünyagörüşünü ifadə edir). Bunların arasında ən qədim olanı, Yeni Əhddə ikinci sıraya qoyulmasına baxmayaraq, Markosun İncilidir. Belə qəbul edilir ki, Matda və Luka öz İncillərini yazarkən Markosu mənbə olaraq seçmiş, lakin bəzi əlavələr etmişlər.

 

Dördüncü İncil olan Yuhanna isə Snobduqlardan tamamilə fərqlənir. Yuhannada qeyd edilən bəzi hadisələr Snobduqlarda bildirilmir və ya onun əksi olur. Bundan əlavə Yuhannada təsvir edilən bir hadisə Snobduqlarda tamamilə fərqli şəkildə izah edilir.

 

Çarmıx mövzusu ilə bağlı ziddiyyətli izahlar

 

Qeyd etdiyimiz kimi, əslində çarmıxa çəkilən insanın hz. İsa (əs) olmadığı, Allahın möcüzəsi ilə onun bənzərinin çarmıxa çəkildiyi və hz. İsanın (əs) bu tələdən xilas olduğu Quranda bildirilmişdir.

 

Yeni Əhdin İncilləri isə çarmıxa çəkilənin hz. İsa (əs) olduğunu təkid edirlər. Lakin bununla bağlı izahlar, heç bir mövzuda olmadığı qədər bir-biriləri ilə ziddiyyət təşkil edir.

 

Bu mövzuda həm Snobduqlar ilə Yuhanna İncili arasında, həm də Snobduqların öz daxilində böyük uyğunsuzluqlar vardır. Hz. İsanın (əs) həvariləri ilə birlikdə yediyi “son yemək”, onun həbs olunması və mühakimə olunması ilə bağlı izahlar arasında ziddiyyətlər çoxdur. Buradakı vacib məqamları ardıcıllıqla qeyd edək.

 

Snobduqlar hz. İsa (əs) ilə şagirdlərinin son yeməyində "çörək-şərab ayini"nin keçirildiyini iddia edirlər. Halbuki Yuhannada bu hadisə heç qeyd edilməyib. Bunun əvəzinə hz. İsanın (əs) son yemək əsnasında hörmət və sevgi ifadəsi olaraq "şagirdlərinin ayaqlarını yuduğu" bildirilir.

 

Hz. İsanın (əs) romalılar tərəfindən həbs olunması ilə bağlı da böyük uyğunsuzluq vardır. Snobduqların iddiasına əsasən, Yahuda İskaryot Hz. İsanı (əs) romalılara göstərərək ələ vermiş. Yuhannaya görə isə, hz. İsa (əs) özünü tanıdaraq təslim olmuşdur. Onun Yahudaya verdiyi cavablar da fərqlidir. Matdaya görə, hz. İsa (əs) "yoldaş, bunun üçünmü gəldin?" demiş, Yuhannaya görə isə, Yahuda ilə hz. İsa (əs) arasında heç bir danışıq olmamışdır.

 

Hz. İsanın (əs) həbs olunmasından sonra şagirdlərinin nə etdiyi ilə bağlı fikirlər də müxtəlifdir. Matdaya görə, şagirdlərinin hamısı qaçmış, yalnızca Petrus Onu uzaqdan izləmişdir. Markos isə hz. İsanı yalnızca "kətan bezə sarınmış bir gəncin" izlədiyi, daha sonra onun da tutulduğu, lakin kətan bezin içindən sıyrılıb qaçdığı kimi qəribə izahlar vermişdir. Luka Matda kimi hz. İsanı yalnızca Petrusun izlədiyini yazır. Yuhanna isə yazır ki, "Simon Petrusla birlikdə başqa bir şagird də İsanın ardınca gedirdi".

 

Hz. İsanı (əs) kimin mühakimə etdiyi sualının cavabı da fərqlidir. Snobduq İncillər hz. İsanın (əs) Yəhudi Ali təşkilatı (Sanhedrin) tərəfindən mühakimə olunduğunu bildirir. Yuhannaya görə isə, hz. İsa Sanhedrin tərəfindən deyil, "həmin il baş kahin olan Kayafa" və onun qayınatası Hanna tərəfindən mühakimə olunmuşdur.

 

Hz. İsanın (əs) Roma qubernatoru Pilatus tərəfindən mühakimə olunması da fərqli izah edilir. Snobduqlara görə, hz. İsa (əs) Pilatusun ona ünvanladığı ittihamlara heç bir cavab verməmiş, yalnızca "sən yəhudilərin kralısanmı?" sualına "söylədiyin kimidir" şəklində cavab vermişdir. Yuhanna isə hz. İsanın (əs) Pilatusa uzun cavab verdiyini, "krallığının" bu dünyada deyil, o biri dünyada olduğu ilə bağlı ətraflı fikir bildirdiyini qeyd edir.

  

Çarmıxı kimin daşıdığı da mübahisəlidir. Snobduqlar Kireneli Simon adlı bir nəfərin daşıdığını yazırlar, Yuhanna isə çarmıxı hz. İsanın özünün daşıdığını bildirir.

 

Hz. İsa (əs) ilə birlikdə çarmıxa çəkilən quldurların reaksiyaları da fərqli şəkildə izah edilir. Onun son sözləri olaraq qeyd edilən ifadələr də ziddiyyətlidir.

 

İncillər çarmıx hadisəsinin vaxtı ilə bağlı da fərqli məlumatlar verir. Snobduqlara görə, hadisə Mayasız Çörək bayramının ikinci günündə, Yuhannaya görə isə, bayramdan bir gün əvvəl baş vermişdir...

 

Bu ziddiyyətlərin olması çox qəribədir.

 

Çünki xristianlara görə, hz. İsanın (əs) həyatının son günü və “son yemək”dən çarmıxa qədər baş verən hadisələr yüzlərlə şahidin qarşısında reallaşmışdır. Yalnızca həvarilərin iştirak etdiyi “son yemək” istisna olmaqla, hz. İsanın (əs) həbs olunması və çarmıxa çəkilməsi yəhudilər və romalılardan ibarət yüzlərlə insanın gözü qarşısında baş verməlidir.

 

Bəs bu qədər şahidin gözü qarşısında baş verdiyi iddia edilən hadisələrin izahları nə üçün ziddiyyətlərlə doludur?

 

Çünki çarmıxa çəkilən insan hz. İsa (əs) deyil. Allah bu mübarək peyğəmbəri qurulan tələdən qurtarmışdır.

 

Hz. İsa (əs) ölməyib, Allah Qatındadır

 

Quranda inkar edənlərin hz. İsanı (əs) öldürmək üçün tələ qurduqları bildirilir:

 

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.                   (Ali İmran surəsi / 54)

 

Ayələrdə də bildirildiyi kimi, inkarçılar hz. İsanı (əs) öldürməyə cəhd etmiş, lakin bacara bilməmişlər və onun bənzərini öldürmüşlər. Allah hz. İsanı (əs) Öz Qatına qaldıraraq qurulan tələni boşa çıxarmışdır:

 

Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” – dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi / 157)

 

Növbəti ayədə isə hz. İsanın (əs) ölümü haqqında belə buyurulur:

 

Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi / 158) 

 

Ayədə bildirilən həqiqət açıq-aşkardır. Hz. İsanı (əs) öldürməyə cəhd edənlər müvəffəqiyyət qazana bilməyiblər. Ayədəki "... Onlara ancaq İsanın bənzəri göstərildi..." ifadəsi də buna dəlildirAllah insanlara hz. İsanın (əs) bənzərini göstərmiş və Öz Qatına yüksəltmişdir. Həmçinin Rəbbimiz bu iddianı irəli sürənlərin zənnə uyduqlarını da bildirir.

 

Hz. İsa (əs) öldürülmədi.

 

Quranda işarə edilən və Peyğəmbərimizin (səv) hədislərində açıqca xəbər verilən bir həqiqət də hz. İsanın (əs) həyatda olduğu və axır zamanda dünyaya geri dönəcəyidir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr