Hörmətli Adnan Oktarın yeni izahları (2 aprel 2013; 16:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni izahları (2 aprel 2013; 16:00)

1551

HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHLARI

 

“Əgər dünyadan bir gecə belə qalsa Allah onu uzadar və Əhli Beytimdən birini (Hz. Mehdi (ə.s.)-ı) məlik edərdi”. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Ahir Zaman, səh. 10)

Demək ki, Mehdi (ə.s) qiyamətin qopacağı gecə gələr. Allah o gecəni uzadacam deyir. Çünki hazırda hicri 1400-dəyik. Peyğəmbərimiz (s.ə.v)-in hədisinə görə, qiyamətin vaxtı 1400-lə 1500 arasındadır, amma Allah 1400-də deyil,1500-ə qədər uzadaraq qiyaməti qoparar. 1505-də belə bitmiş olmaz. 5-dən 6-a keçdikdə, 56 çox əhəmiyyətlidir. Quranda da diqqət yetirsəniz 5 və 6-cı ayələr bir çox şeyə işarə edir.

 

“Əhli Beytimdən bir adam (Hz. Mehdi) (Ərəbə) Məlik olana qədər, yıxılmayacaq və getməyəcək. Onun (Hz. Mehdinin) adı adıma uyğun olacaq”.

Baxın, ərəbə məlik olur. Amma ərəblərin içərisində deyil. Hz. Mehdi (ə.s) ərəbcə bilməz, lakin ərəbə məlik olar. Demək ki, ərəb ölkələrindən çıxmayacaq. Çünki ərəbcə bilməz. Ərəb ölkəsində yaşayan, böyüyən biri ərəbcə bilməzmi? Bilər.

 

HÖRMƏTLİ ADNAN OKTARIN ƏRAF SURƏSİNDƏN AYƏ İZAHI

 

Əraf surəsi, 196-cı ayə

 

“Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehləri qoruyur”.

Mehdi (ə.s)-a, İsa Məsihə, Xızır (ə.s)-a heç bir şey edilə bilməməsinin sirri də elə bu ayədir. Əlbəttə ki, narahat edən olar, tələ quran olar. “O, əməlisalehləri qoruyur”. Heç kim zərər verə bilməz. Allahın dilədiyinin xaricində bir şey edə bilməzlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo