(Yusif surəsi, 1)
Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir.
Əlif, Ləm, Ra. Kim bilir nə şifrə verilir.
(Yusif surəsi, 2)
Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.
Yəni, “Düşünüb, incə-incə araşdırıb, dərin təfəkkür edərək içindəki hikmətləri tapmağa çalışın” -deyir Allah. “O inciləri, mərcanları, o gözəl ləl-cəvahiratları Quranın içərisində tapın” -deyir, “Araşdırın”. “Amma ağıl işlətsəniz, taparsınız” -deyir Allah.
(Yusif surəsi, 3)
Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.
“Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq”. Bax, həmişə Qurana diqqət çəkilir, Quranın xaricində bir şeyə diqqət çəkilmir. Allah, “Ən gözəl qissələr var burada” -deyir, Quranın içərisində. Məsələn, Yusif qissəsi. Qissələr çox önəmlidir Quranda. “Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin”. Məsələn, bizim bir çox şeydən xəbərimiz yox idi. Peyğəmbərimiz (s.ə.v)-ə də vəhy edilir. Məsələn, Lulin quyruqlu ulduzu, Halley quyruqlu ulduzu, digər hadisələr hamısı sonradan bildirilmişdir.
(Yusif surəsi, 4)
Bir zaman Yusif atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”.
“Bir zaman Yusif atasına dedi: “Atacan!”” Şəvqət dolu bir ifadə, “Atacan”. Mən -Atası İsraildir bilirsiniz, Yaqub (ə.s)- Yuxuda on bir ulduz”, Yusif surəsi 111 ayədir. “Günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. Burada bir sirr var. 11 ulduz, Günəş və Ay. Yəni, dünya ölkələrinin bilirsiniz, demək olar ki, hamısı ulduzdur. İslam ölkələrində həmişə aydır. Yaxud Türkiyədə olduğu kimi ay ulduzdur bayraqları, emblemləri. Günəş, ay və ulduz dünya bayraqlarında hakim olan əlamətlərdir. 11 ulduz hamısı tabe olacaq inşaAllah Mehdi (ə.s)-a, Allahın izni ilə.
(Yusif surəsi, 6)
“Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”.
“Beləcə, Rəbbin səni seçəcək”, Əbcədi 2018-ci ili verir. Biz 2012-ci ildəyik. Az qaldı 2018-ci ilə.
(Yusif surəsi, 7)
Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır.
“...Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır”. Yusif (ə.s) və qardaşı. Kim? İsa Məsih (ə.s) və Mehdi (ə.s). Əbcədi neçədir? Onun da 2019-cu ildir. Neçənci ayədir? 7-ci ayədir. Yusif (ə.s) ilə 7-nin əlaqəsi onsuz da Yusif surəsində keçir. Yeddilər həmişə hakimdir.
(Yusif surəsi, 21)
Allah Öz işini qələbə ilə başa çatdırandır.
2014-cü il. Az qaldı 2014-cü ilə. Bax, Yusif surəsinin sirlərindən.