Hörmətli Adnan Oktarın yeni izahları (6 noyabr 2012; 01:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni izahları (6 noyabr 2012; 01:00)

2107

 (Nəml surəsi, 27)

Süleyman dedi: “Baxaq görək, sən doğru deyirsən, yoxsa yalançılardansan.

 

Hz. Süleyman bax; “Baxacağıq” -deyir, “Doğru mu söylədin,” Hüdhüdə. Birisindən bir xəbər gəldiyi vaxt dərhal əmin olmaq olmaz. Nə deyir? “Baxacağıq”. “Əvvəlcə baxacağam” -deyir. “... sən doğru deyirsən, yoxsa yalançılardansan”. Deyil mi, insanın kor-koranə inanması olmaz, araşdırmaq lazımdır. 

 

(Nəml surəsi, 28)

Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!”

 

“Mənim bu məktubumu apar onların yanına at”. Demək ki, təbliğ məktubla da olar, kitab göndərərək də olar, uzaqdan da olar. Hökmən getmək şərt deyil. “… onların yanına at. Sonra bir qədər uzaqda dur”. Çünki biraz düşünsünlər, oxusunlar. Həmən kitabı verər-verməz, bir yazını verər-verməz gedib həmən “Qənaətin nədir?” deyilməz. Biraz uzaqlaş, zaman ver, biraz düşünsün, araşdırsın. “… bax gör nə cavab verəcəklər!” Nə tərzdə bir reaksiya göstərəcəklər. Yəni, insanları analiz etməyin, hadisələri analiz etməyin əhəmiyyətinə Quran diqqət çəkir. Analiz edərək hərəkət etmək, vəziyyətə görə hərəkət etmək, hərəkət dəyişdikcə də vəziyyəti ona görə dəyişdirmək. 

 

(Nəml surəsi, 29)

Qadın dedi: “Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı”.

Səba Hökmdarına məktub veriləndə deyir ki, Səba Hökmdarı; “Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı”. Demək ki, məsləhətləşir, məsləhətləşmək var.

 

(Nəml surəsi, 30)

“O məktub Süleymandandır və onda deyilir: “Mərhəmətli və Rəhmli Allahın adı ilə!"

“Bismillahirrəhmanirrəhim”. Bax, bizim də hər kitabımız, “Rəhman və Rəhim olan Allahın adı ilə” deyə başlayır. Məsələn, hər kitabımızın içində var. O, hz. Süleymanın məktubundan bir sitatdır. Və Möhrü Şərif; Allah, Rəsul Məhəmməd, inşaAllah. O möhrü kitablarda yaradan da Allahdır, maşaAllah. 

 

(Nəml surəsi, 31)

“Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”

 

“Mənə qarşı təkəbbür göstərməyin”. Çünki təkəbbür ən əhəmiyyətli şeydir. Təəbbürü olan birinə təbliğ edə bilməzsən, bir şey izah edə bilməzsən. Əvvəlcə təkəbbürü getməlidir. Allaha qul olduğunu bilməlidir. “Və yanıma müsəlman olaraq gəlin!” Yəni, iman etməsini təlqin edir. 

 

(Nəml surəsi, 32)

Qadın dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm”.

 

“Qadın dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin” İstişarənin əhəmiyyəti. İstişarə edir. Qadın lider, o dövrün prezidenti, dövlət başçısı. Öndə gələnlərə yəni, bilən insanlara sual verir. “Bu iş barəsində mənə məsləhət verin”. Yəni sizin düşüncəniz nədir, fikriniz nədir? “Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm” -deyir. Bax, “İstişarə etmədən, şahidliyini, fikrini bildirmədən mən qərar vermərəm” -deyir. Ən ağıllı, ən doğru hərəkət budur. İstişarədir. Peyğəmbərlərdə də istişarə vardır. Həkimlərdə də istişarə lazımdır. Məhz istişarənin əhəmiyyəti. 

 

 

(Həcc surəsi, 16)

Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir.

 

“Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik”. “Qapalı deyil” -deyir Allah, “Çox qəti başa düşərsiniz, açıq-aydın ayələr olaraq endirdik”. “Allah istədiyi kəsi doğru yola yönəldir”. Yəni, Allahın hidayətə yönəltdiyini dəlalətə sala bilmirsən, dəlalətə düşmür Əlhəmdülillah. Dəlalətə saldığını da hidayətə çatdırmaq mümkün deyil. Yəni, nə edirsən et, olmaz. 

 

(Həcc surəsi, 19)

Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.

 

“Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək”. Cəhənnəmdə geyindikləri paltarlar onlara od şəklində görünəcək. Yəni, alov formasında. Onlara paltarlar paylanılır, amma oddan olan paltarlar. Amma o bildiyimiz od şəklində deyildir. “Başlarına da qaynar su töküləcəkdir”. Bildiyimiz qaynar su yox. Cəhənnəmin suyudur o, o ayrı bir şeydir. Məsələn, “Hüceyrələrə qədər təsir edər” -deyir Allah.

 

(Həcc surəsi, 21)

Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır.

 

Bildiyimiz dəmir deyil, cəhənnəm dəmiri, cəhənnəm qamçısı. Yəni bütün fizika qanunları müxtəlifdir orada, kimya qanunları da müxtəlifdir, yəni maddənin quruluşu müxtəlifdir. Buna görə də bizim bildiyimiz dəmir mənasında olmur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr