Günəş qərbdən çıxandan sonra imtahan bitəcək və iman edənlərin imanı fayda verməyəcək
ucgen

Günəş qərbdən çıxandan sonra imtahan bitəcək və iman edənlərin imanı fayda verməyəcək

1533

Hz. Əbu Hureyrə (r.ə) Rəsulullah (s.ə.v)-in belə buyurduğunu  izah edir:

"GÜNƏŞ BATDIĞI YERDƏN ÇIXMADIQCA QİYAMƏT QOPMAZ. QƏRBDƏN ÇIXANDA İNSANLAR GÖRƏR VƏ HAMISI DA İMAN EDƏR. ANCAQ DAHA ƏVVƏL İNANMAMIŞ VƏ YA İMANIN ŞÖVQÜ İLƏ XEYR QAZANA BİLMƏMİŞ OLAN HEÇ KİMƏ BU İMAN FAYDA ETMƏZ."

(Buxari, Rikak 39, İstiska 27, Zəkat 9; Müslim, İman 248, (157); Əbu Davud, Məlahim 12, (4312) Kutubi- Sitte Tercüme ve Şərhi, Akçağ Yayınları: 14/324.))

 

"Günəş qərbdən çıxacaq, insanların hamısı iman edəcəklər, ANCAQ DAHA ƏVVƏL İMAN ETMƏYƏNLƏRİN  İMANLARI ÖZLƏRİNƏ BİR FAYDA VERMƏYƏCƏK."

(Təcridi Sarih Tərcüməsi, XII 307; Müslim, Fiten, 118)

 

"GÜNƏŞ QƏRBDƏN ÇIXDIĞI VAXT ÜRƏKLƏR, İÇİNDƏ ƏVVƏLDƏN DAŞIDIQLARI ÜZRƏ MÖHÜRLƏNƏR, QORUYUCU MƏLƏKLƏR ARTIQ KƏNARA ÇƏKİLƏR. MƏLƏKLƏRƏ HEÇ BİR ƏMƏL YAZMAMALARI ƏMR EDİLƏR".  
(Kutubi- Sitte Tercüme ve Şerhi, Akçağ Yayınları: 14/324-327)

 

BƏDİÜZZAMAN HƏZRƏTLƏRİ GÜNƏŞİN QƏRBDƏN ÇIXMASI İLƏ BİRLİKDƏ TÖVBƏ QAPISININ DA BAĞLANACAĞINI İZAH EDİR

İman və məsuliyyət ixtiyar dairəsində bir imtahan, bir təcrübə, bir müsabiqə (yarışma) olduğuna görə, pərdəli, dərin, tədqiq (araşdırma) və təcrübəyə möhtac olan nəzəri məsələləri əlbəttə açıq şəkildə olmaz və hər kəs istər-istəməz təsdiq edəcək dərəcədə zəruri deyil. Necə ki, Əbu Bəkr kimilər ən uca olanına çıxarlar və Əbu Cəhl kimilər isə ən aşağıya düşərlər. İxtiyar (azad seçim) olmazsa, məsuliyyət də olmaz. Bu möcüzələr çox az və nadir hallarda verilər və bunlar da  sirr, hikmətə görə olar. Həm dünyada gözlə görünəcək olan qiyamət əlamətləri və qiyamətin şərtləri, bir qisim mütəşabih Quran ayələri kimi məcazi mənada, üstüörtülü və şərhli olur. TƏKCƏ GÜNƏŞİN QƏRBDƏN ÇIXMASI İSBATA EHTİYAC OLMAYACAQ ŞƏKİLDƏ AÇIQ OLDUĞU ÜÇÜN HƏR KƏSİ İNANMAĞA MƏCBUR ETDİYİNDƏN, TÖVBƏ QAPISI BAĞLANAR, DAHA TÖVBƏ VƏ İMAN MƏQBUL OLMAZ. (Beşinci Şua)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo