HƏR MÜSƏLMAN DƏRİN BİR İMAN ÜÇÜN SƏY GÖSTƏRMƏKLƏ MƏSULİYYƏTLİDİR
ucgen

HƏR MÜSƏLMAN DƏRİN BİR İMAN ÜÇÜN SƏY GÖSTƏRMƏKLƏ MƏSULİYYƏTLİDİR

2335

 

Ürəkdən Allaha yönələn möminlər, “Ey iman edənlər, Allahdan qorxub-çəkinin və (sizi) Ona (yaxınlaşdıracaq) vasitə axtarın...” (Maidə surəsi, 35) ayənin hökmüylə əlaqəli ömrünün sonuna kimi güclü, dərin bir iman sahibi olmaq üçün səy göstərərlər. Möminlər uca Allahın əmrlərini yerinə yetirmək mövzusunda əzmlə hərəkət edərlər və Allah yolunda səy göstərərlər, qəlblərində daim Allah qorxuları olar, bu da qul olaraq Allaha qarşı sevgilərindən və məsuliyyətlərini bilmələrindən irəli gəlir.

 

 

Allah Quranda insanların müxtəlif iman dərəcələri olduğunu bildirir. Qəlblərinə iman hələ tam yerləşməmiş olanlar, çətinlik qarşısında imanları sarsılananlar, ya da təkcə sıxıntı içində olanda Allaha yönələrlər. Rəbbimiz Quranda, Allahdan hörmətlə qorxan, Allaha dərin bir hörmətlə bağlı olan, sadəcə axirət yurdunu anan saleh möminlərin əxlaqını xəbər verir. Allahdan çox qorxan və Allahı dərin bir sevgiylə sevən bir müsəlmanın hədəfi Allahın ayələrində təriflə bəhs etdiyi bu yüksək və dərin imanı yaşamaq və bu doğru yolda özünü formalaşdırmaqdır. Bu eyni zamanda Allahın möminlərə bir əmridir:

 

“Elə isə güc çatdıra bildiyiniz qədər Allahdan qorxub-çəkinin, qulaq asın itaət edin”... (Təğabun surəsi, 16)

 

 

XEYİRLƏRDƏ YARIŞMAQ ALLAHIN ƏMRİDİR

Allahdan çox qorxan və məqsədi ancaq Onun rizasını qazanmaq olan insanlar, imanın ən üst dərəcələri, ən dərin halı varkən daha aşağı dərəcələrini, daha səthi olanını seçməzlər. Allahın ən sevdiyi qullarından olmaq üçün var gücləri ilə səy göstərərlər və ətraflarındakı insanları da buna təşviq edərlər. Möminlər keçici olan bu dünya həyatından təkcə Allahın məmnun olduğu əxlaqı yaşayaraq, Allahın rizasını və cənnətini qazanmaq üçün çalışır və bu səylərin ömür boyu eyni şövq və qərarlılıqla davam etdirərək ən dərin imana sahib olmağı tələb edirlər.

Hər müsəlman dərin bir imana sahib olmaq və Allahın ən sevdiyi qullarından olmaq üçün həyatı boyunca səy göstərməlidir. Müsəlmanların bu gözəl səyi təqva ilə yaşamalarına yol açar. Belə ki, təqvada yarışmaq Allahın müsəlmanlara bir əmridir. Rəbbimizin bu mövzuda ayələrindən biri belədir:

 

“Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə (yarışın) çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir.(Hədid surəsi, 21)

 

 

DƏRİN, GÜCLÜ BİR İMAN NECƏ ƏLDƏ EDİLƏR?

Dərin bir iman ancaq; Allaha hər an qarşılıqsız bağlı olmaqla, heç bir halda və mühitdə Rəbbimizin bəyənməyəcəyi bir davranış göstərməməklə, Allahın yaratdığı taleni (alın yazısını), Ondan gələn hər şeyi həmişə gözəl və xeyirli olaraq görməklə, dünyanın keçici həvəslərinə, saxta zövqlərinə, şeytanın saxta vədlərinə aldanmamaqla və bunlar qarşısında bir an belə tərəddüdə düşməməklə qazanıla bilər.

Bu istiqamətdə bir ömür sürmək əlbəttə ki, çox böyük bir seçimdir. Qarşısına çıxan seçimlərdə həmişə Allahın rizasını seçmək, hər vəziyyətdə Allaha yönəlib, təkcə Ona rəğbət etmək, ancaq Allaha ürəkdən bağlı, Allahı ürəkdən sevən saleh möminlərin göstərdiyi böyük və gözəl hərəkətdir. Allah Quranda ancaq Ona rəğbət etməyi belə buyurur:

 

“Bu halda boş qaldığın zaman, dayanmadan (dua və ibadətlə) yorulmağa davam et və ancaq Rəbbinə dua et, rəğbət et. (İnşirah Surəsi, 7-8)

 

Dərin bir imana sahib olmaq üçün göstəriləcək səy çox gözəl bir ibadətdir. Bu qiymətli səy müsəlmanın bütün həyatını əhatə edər. Ürəkdən Allaha yönələn bir müsəlman, gözünü açdığı andan etibarən Allaha yaxınlaşma istəyini və səyini göstərməyə başlayar. Oyanır-oyanmaz Allaha ona can verdiyi üçün və təkrarən oyana bildiyi üçün şükür edər. Gün ərzində həm özü üçün, həm də digər müsəlmanlar üçün Allaha ürəkdən dua edər. Allahın əmr etdiyi gözəl əxlaqın yer üzündə yayılması üçün ciddi qərarlılıqla ruhdan düşmədən və yorulmadan çalışar. Gözəl əxlaqını Allahın icazəsiylə gün ərzində qoruyur, nəfsinə ağır gələn bir mövzuda nəfsinə bağlanmaz və Allahın icazəsinə uyan tərzdə hərəkət edər. Hər an Allaha sadiq qalar. Durmadan Allahı anar, Onun nemətlərini düşünər.

 

 

Heç şübhə yoxdur ki, müsəlmanın bu səyi, Allaha yaxın olmağı, Onun rizasını qazanmağı hər şeydən çox istədiyini göstərir. Allah bu qulunun duasına cavab verər və onu təqva sahiblərindən edər. Ona qatından böyük bir hikmət, anlayış verər, heybətini, gücünü artırar, onu saleh qullarından edər. Bir ayədə Rəbbimiz iman edən qulları üzərindəki rəhməti belə müjdələmişdir:

 

“Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib, tövbə edərək, cani-dildən Allaha tərəf yönələnlərə müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver. (Zümər surəsi, 17)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr