Hz. Mehdi (ə.s) dəccaliyyətin hər iki qolunu-xurafatçılıq və dinsizliyi                               elmlə, fikirlə aradan qaldıracaqdır
ucgen

Hz. Mehdi (ə.s) dəccaliyyətin hər iki qolunu-xurafatçılıq və dinsizliyi elmlə, fikirlə aradan qaldıracaqdır

2221

Peyğəmbərimiz (s.ə.v) Axırzamanı izah edən bir çox hədisində dəccalın qiyamətin ən əhəmiyyətli əlamətlərindən biri olduğunu bildirmişdir. Hədislərdə dəccalın, insanlar arasında qarışıqlıq və narahatçılığı yayacağı, kütlələri əxlaqsızlığa və pisliyə sürüyəcəyi, inkara və üsyana istiqamətləndirəcəyi, terrorun və şiddətin qaynağı olacağı xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v.), dəccalın insanları din əxlaqından uzaqlaşdırıb, yer üzündə böyük qarışıqlıq və zülmə sürüyən bu fitnəsinin xurafatçılıq və dinsizlik olduğunu bildirmişdir. 

Hədislərdə dəccalın fitnəsinin fikri zəmində təsirsiz hala gətirilməsində isə, hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s)-ın vəzifəli olduqları izah edilmişdir. Hz. Mehdi (ə.s) Allahın varlığını və birliyini bütün dəlilləri ilə ən gözəl şəkildə izah edəcək, dinsizliklə fikri sahədə ən təsirli şəkildə mübarizə edəcək, insanları səmimi imana dəvət üçün böyük səy göstərəcək və həqiqi din əxlaqını bütün dünyada məskun edəcəkdir.

"Bu şübhəsizdir ki, Axırzamanda Məğrib məmləkətinin ən uzaq mövqesindən hz. Mehdi (ə.s) deyilən bir şəxs çıxacaqdır. Və ön tərəfində qırx mil məsafə olaraq gedəcəkdir. HZ. MEHDİ (Ə.S)-IN BAYRAQLARI AĞ VƏ SARIDIR. İÇİNDƏ XƏTLƏR OLAR. BAYRAQLARINDA ALLAHIN İSM-İ ƏZƏMİ YAZILMIŞDIR. ONUN BAYRAĞI  ALTINDAKI HEÇ BİR BİRLİK MƏĞLUB  EDİLMƏZ." (İmam Şarani, Ölüm Kıyamet Ahiret ve Ahir Zaman Alametleri Muhtasaru, (Tezkireti’l Kurtubi), səh. 438) hədisində açıqlandığı kimi, hz. Mehdi (ə.s)-ın dəccalın dinsizlik fitnəsinə qarşı verəcəyi ən təsirli fikri mübarizə üsullarından biri imani əsərlər qələmə almasıdır.

Hədisdəki izahatdan, hz. Mehdi (ə.s)-ın istifadə edəcəyi "sarı, ağ bayraqların, bu bayraqların içindəki xətlərin və Allahın adının xatırlandığı yazıların" insanlara İslam əxlaqını təbliğ edən kitablara işarə etdiyi aydın olur. Bu kitablar ağ səhifələrdən meydana gələcək, sarı-qızıl rəngli bəzəkləri olacaq və kitabın içində də yazılar, bu yazıları əhatəsinə alan kənar çərçivələri olaraq istifadə edilən kənar xətləri, rəsmləri və şəkilləri olacaqdır və Uca Allahın adı kitabın hər yerində yazılı olacaqdır; Allahın böyüklüyü və ucalığı bu kitablarda çox təfərrüatlı olaraq izah ediləcəkdir. Həmçinin, hədisdə ‘bayraq'  bənzətməsiylə izah edildiyi kimi, bu kitablar sanki bir ordunun bayraqları kimi, çatdığı hər yeri mənəvi cəhətdən fəth edəcəkdir. Bununla da, hz. Mehdi (ə.s) dəccalın dinsizlik fitnəsini yəni, ateistliyi mənəvi cəhətdən, mədəni baxımdan və məlumat cəhətdən məğlub edəcəkdir, Allah qorxusu və Quran əxlaqını təkrar hakim edəcək. Hz. Mehdi (ə.s) bu əsərlər ilə dünyanı mənəvi cəhətdən fəth edəcək və İslam dininin bütün dünyada sürətlə yayılmasına vəsilə olacaqdır:

HZ. MEHDİ (Ə.S) DÜNYANIN  ŞƏRQ VƏ QƏRBİNİ FƏTH  EDİB İSLAMI (İSLAM ƏXLAQINI) DÜNYANIN DÖRD BİR TƏRƏFİNƏ SUVEREN EDƏCƏKDİR...  Allah Təala insanlara elə bir güc verəcəkdir ki, hər kəs olduğu yerdə onun sözlərini eşidəcəkdir və hz. MEHDİ (ə.s) İslama həyat verəcəkdir...” (Bihar’ul-Envar, c. 52, səh. 279 ve c. 53, səh. 12 İkmal’ud- Din, c. 2, səh. 367)


Hz. Mehdi (ə.s) imani əsərləriylə əvvəl öz tələbələrinin hidayətinə vəsilə olacaqdır:

Əli ibn Əbu Talib (ə.s) belə buyurur: "Hz. Peyğəmbər (s.ə.v) uzun bir vəsiyyətində mənə xitab olaraq belə buyurdu:

"Ya Əli! İman baxımından xalqın ən heyrət verici olanları və elm baxımından da ən böyük insanlar, Axırzamanda gələcək olan kəslərdir. Onlar Peyğəmbər (s.ə.v)-i görməmişdir və imam da (hz. Mehdi (ə.s)- da) onlardan gizlidir. BUNUNLA  BİRLİKDƏ ONLAR AĞ SƏHİFƏLƏRƏ NAXIŞ OLUNMUŞ QARA XƏTLƏR VASİTƏSİYLƏ (YAZILI SƏNƏDLƏRLƏ) İMAN EDƏRLƏR." (Men La Yehzuruhu’l Fakih, c. 1, səh. 269)  hədisində diqqət çəkildiyi kimi Axırzamanda, ağ səhifələrə qara hərflərlə kitabların nəşr olunacağı və hz. Mehdi (ə.s)-ın tələbələrinin də, hz. Mehdi (ə.s)-ın liderliyində hazırlanacaq olan bu əsərləri oxuyacaqları xəbər verilmişdir. Ancaq bu əsərlər yalnız hz. Mehdi (ə.s)-ın tələbələri tərəfindən oxunmaqla qalmayacaq bütün dünyaya da yayılacaqdır. Necə ki, Peyğəmbər əfəndimiz hz. Mehdi (ə.s)-ın bütün dünyanı elmlə fəth edəcəyini açıqlamışdır.

 

Hz. Mehdi (ə.s), Allahın varlığını və yaradılışı çox güclü dəlillərlə izah edəcək, dinsizlər ona qarşı dəlil gətirə bilməyəcəkdir

Hz. Mehdi (ə.s), Allahın varlığını, kainatın və yaradılışın dəlillərini Quran ayələriylə açıqlayacaqdır. Axırzaman hadisələrini çox güclü dəlillərlə insanlara açıqlayıb isbat edəcək, xurafatçılar və dinsizlər başda olmaq üzrə heç kim onun bu dəlillərinə qarşı gələ bilməyəcəkdir.

ŞEYX TUSİNİN QEYB SÖZÜ: "HZ. MEHDİ (Ə.S)-IN  HAKİMİYYƏTİ (NÜFUZU) ALLAHIN  BÜTÜN YARATDIQLARI HAQQINDAKI DƏLİLLƏRİNDƏDİR; BUNLAR ELƏ ÇOXDUR Kİ, onun (hz. Mehdi (ə.s)-ın) dəlilləri bütün insanlar üzərində qalib gələcəkdir (təsirli olacaq, hakim olacaq) və kimsənin ona qarşı gətirəcək bir səbəbi olmayacaqdır." (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 70)

 

Hz. Mehdi (ə.s) dəccalın ən böyük dinsizlik fitnəsi olan darvinizm və materializmi elmlə və fənlə yox edəcəkdir

“QAİM (HZ. MEHDİ (ə.s)) DAHA SONRA SİZİN İÇİNİZDƏ HƏQİQƏTLƏRLƏ ÇIXACAQ; SİZƏ HƏQİQƏTLƏRİ GƏTİRƏCƏK VƏ DƏLİLLƏR İLƏ HƏRƏKƏT EDƏCƏKDİR...” (El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, səh. 65, Al-Bihar 51: 131)

 

Hz. Mehdi (ə.s) insanlara yaradılış həqiqətini daşlaşmış qalıqlarla ...(Fosillərlə) isbat edəcək

"MİN İLDƏN DAHA KÖHNƏ SKELET SÜMÜKLƏRİ, İMAM MEHDİ (Ə.S) İLƏ DANIŞACAQDIRLAR." (Mikyaal al-Makaarem, c. 1, səh. 223-224)

Hədisdə verilən məlumat, hz. Mehdi (ə.s)-ın daşlaşmış qalıqlarla maraqlanacağını, yaradılış həqiqətini daşlaşmış qalıqlarla isbat edəcəyini, bu köhnə daşlaşmış qalıqlarla inkarı və dəlaləti; dinsiz, materialist və darvinist sistemi ortadan qaldıracağını göstərir.

Hz. Mehdi (ə.s)-ın, materializmin və darvinizmin etibarsızlığını isbat edərkən min ildən köhnə, yəni milyonlarla illik daşlaşmış qalıqları istifadə edəcəyi açıq şəkildə aydın olur. Hədis, daşlaşmış qalıqların sanki görünüşü ilə, "Hüccət Mehdi (ə.s), biz   Allahdan bir dəlilik; bizlərin təkamül keçirmədiyimizi, ilk yaradılışdan etibarən dəyişmədən eynisiylə qaldığımızı bizləri dəlil göstərərək insanlara izah edə bilərsən" deyəcəklərinə və hz. Mehdi (ə.s)-ın da, yeraltından çıxan daşlaşmış qalıqlar vasitəsiylə bu həqiqəti şəkil, yazı, kitab, video film və sənədlərlə insanlara izah edəcəyinə işarə edir.

Hz. Mehdi (ə.s)-ın bir adı da, "dəlil gətirən" yəni "Hüccət"dir. Mehdi (ə.s) Axırzamanda hüccət (dəlil) ilə danışacaqdır. Allah ona bu imkanı verəcək və canlılara aid sümüklər də, hz. Mehdi (ə.s) üçün bir dəlil (hüccət) olacaqdır. Hz. Mehdi (ə.s) bu daşlaşmış qalıqları, o dövrün ateist, materialist və darvinistlərinə qarşı, rəddi mümkün olmayan qəti bir dəlil olaraq istifadə edəcək və bu yolla darvinistləri məğlub edib dinsiz materialist sistemi tamamilə ortadan qaldıracaqdır.

 

Hz. Mehdi (ə.s) dəccalın ordusu olan xurafatçılarla da elmi mübarizə edəcəkdir

Hz. Mehdi (ə.s) bir tərəfdən darvinizm və materializm kimi axınlarla dinsizliyin müdafiəçiliyini edənlərlə fikri bir mübarizə apararkən, bir tərəfdən də müsəlmanlar arasında fitnə-fəsad çıxarmağa çalışan xurafatçı insanlarla elmi bir mübarizə içində olacaqdır.

Bu saxta din alimlərinin hz. Mehdi (ə.s)-a qarşı çıxmalarının ən əhəmiyyətli səbəblərindən biri isə, hz. Mehdi (ə.s)-ın, müsəlmanların mənəvi lideri olmasına görə bu kəslərin xalq arasında bir imtiyazlarının qalmayacaqlarından dolayıdır. Bu səbəblə də, hz. Mehdi (ə.s)-a qarşı hirsləri o qədər şiddətli olacaq ki, az qala onun şəhid edilməsinə fətva vermək qədər cürət edəcəklər, ancaq hz. Mehdi (ə.s)-ın elmi çox güclü olduğu üçün buna cəsarət edə bilməyəcəkdirlər:

“ONUN (HZ. MEHDİ (Ə.S)-ın) AÇIQ DÜŞMƏNLƏRİ FUQAHA (FİQH ALİMLƏRİ) OLACAQDIR. ÇÜNKİ XALQ ARASINDA BİR İMTİYAZLARI QALMAYACAQDIR. HƏTTA EHKAM BARƏSİNDƏ ELMLƏRİ DƏ AZALACAQDIR. BU İMAMIN (HZ. MEHDİ (Ə.S)-IN) GƏLİŞİYLƏ ALİMLƏRİN HÖKMLƏRİNDƏKİ ANLAŞILMAZLIQLARI DA ARADAN QALDIRACAQDIR... ƏGƏR ƏLİNDƏ QILINC (ELM) OLMASAYDI FƏQİHLƏR ONUN (HZ. MEHDİ (ə.s)-ın) ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. LAKİN CƏNABI HAQQ, ONU (HZ. MEHDİ (Ə.S)-I)  KƏRƏMİYLƏ VƏ QILINC (QARDAŞLARIYLA) İLƏ TƏTHİR EDƏCƏK (TƏMİZLƏYƏCƏK). ONLAR ONA (HZ.MEHDİ (Ə.S)-A) İTAƏT EDƏCƏKLƏR. ÇÜNKİ XALQ  ARASINDA İMTİYAZLARI QALMAYACAQ, HƏTTA EHKAM BARƏSİNDƏ ELMLƏRİ DƏ AZALACAQDIR. HZ. MEHDİ (Ə.S)-IN GƏLİŞİYLƏ ALİMLƏRİN HÖKMLƏRİNDƏKİ  İXTİLAFLAR DA ARADAN QALDIRILACAQDIR. ONDAN (HZ. MEHDİ  (Ə.S)-DAN) HƏM QORXACAQLAR, HƏM DƏ BİR ŞEY UMACAQDIRLAR. ÜRƏKLƏRİNDƏ ONDAN (HZ. MEHDİ (Ə.S)-DAN) NİFRƏT EDƏCƏKLƏR. LAKİN  BUNA BAXMAYARAQ İSTƏR İSTƏMƏZ HÖKMÜNÜ QƏBUL EDƏCƏKLƏR.” Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, səh. 187, Pamuk Yayıncılık)

Axırzamanın bu mübarək şəxsi hz. Mehdi (ə.s)-ın müxtəlif xurafatlar, batil inanc və tətbiqlərə sahib olan xurafatçı ətraflarla da çətin bir mübarizəsinin olacağını Peyğəmbər əfəndimiz (s.ə.v) hədislərində çox açıq olaraq izah etmişdir.

"ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM ADAM, DƏCCALA TABE OLACAQLAR." (İmam Ahmed Bin Hanbel, Müsned, səh. 796) hədisində, dəccala tabe olacaq kəsləri ifadə edərkən, xüsusilə müsəlman ümmətinin içindən çıxacaq və özünü alim olaraq göstərən kəslərdən bəhs edilir. Peyğəmbərimiz (s.ə.v), bu hədisiylə, dəccal tərəfdarı olaraq bütün Allah dostlarına qarşı fəaliyyət edəcək olan, din əxlaqına ən çox zərər verən başlıca qrupun, özünü müsəlman olaraq göstərən xurafatçılar olduğuna diqqət çəkir.

Hörmətli Adnan Oktar dəccaliyyətin elmlə təsirsiz hala gətirildiyini belə açıqlamışdır:

ADNAN OKTAR: Dünyanın hər yerində İslamda, müsəlmanlıqda böyük bir oyanış var. Allah daha da artırsın, inşaAllah; bu gediş çox gözəl, xeyli yaxşıdır, əlhəmdülillah, maşaAllah. Xurafatla həqiqi müsəlmanlıq arasındakı fərq çox yaxşı ayırd edildi, aydın oldu. Bir zamanlar müsəlmanlığı qan tökən, zalımlıq edən bir sistem kimi göstərirdilər. Baxdılar olacaq kimi deyil. Çünki biz çox güclü qarşı hücuma keçdik, bu düşüncəni kökündən qazdıq. Çox gözəl bir izahat tərziylə doğrusunu izah etdik, İslamın şəfqət, mərhəmət və sevgi dini olduğunu ifadə etdik. Allah insanlara niyə qan tökülməsini istədsin, niyə ağrını istədsin, niyə azadlıqlarının yox olmasını istəsin, niyə bir-birlərini sevmənin pis olduğunu desin? Xurafat bunu deyirdi. Biz xurafatçıları öz sistemləri içərisində təsirsiz hala gətirdik. Ən əhəmiyyətli mövzu, dəccaliyyətə qarşı mübarizə edərkən, iki qolun ikisini də elmlə, fikirlə qırmaqdır. Dinsizlik qolunu da qırmaqdır, xurafat qolunu da qırmaqdır; biz hər iki qolu da elmlə qırdıq. Ayədə Allah; "Əbu Ləhəbin, iki əli qurusun" (Məsəd surəsi, 1) deyir. Biz dəccaliyyətin iki əlini də qurutduq, inşaAllah. Hər iki əli də hal-hazırda iflic vəziyyətdədir, inşaAllah. (31 Avqust 2011 tarixli A9 TV söhbətindən)

 

Dəccalın təsiri altında olan kəslərin diqqətə çarpan xüsusiyyətlərindən bəziləri bunlardır:

* Ən əhəmiyyətli əlamətləri üzlərində nur olmamasıdır; uğursuz bir üz ifadələrinin olmasıdır.

* Baxışları nifrət doludur. Mimikaları çox sünidir. Davamlı özlərini ön plana çıxardarlar.

* Söhbətlərində bəhs etdikləri heç bir mövzuda Allahı xatırlamaz; Allahın yaratdığını dilə gətirməkdən etinayla qaçınarlar (Allahı tənzih edirik). Söhbətlərində qədərdən, cəhənnəmdən, cənnətdən bəhs etməkdən çəkinərlər; bu mövzuları mümkün olduğu qədər izah etmək istəməzlər.

* Bir mövzudan bəhs edərkən, özlərini müstağni görərək izah edərlər. Nəzakətsiz və hər an mübahisəyə hazır bir üslubları vardır.

* Sevgini, hörməti, şəfqəti, mərhəməti bilməzlər.

* Azğın və təcavüzkar rəftarlarıyla diqqət çəkərlər.

* Çox bilmiş və özündən razı bir rəftarları vardır.

* Dini, bir peşə ya da bir etibar olaraq görərlər.

* Ərəbcə və ya başqa bir dil bilməyən biriylə danışarkən, qarşılarındakı adamın və xalqın böyük hissəsinin xarici dil bilmədiyini bildikləri halda, sırf məlumatlarını göstərmə və reklam etmək məqsədiylə davamlı olaraq xarici dildə danışarlar.

* Dedi-qoducu, hiyləgər, gizli kinli xüsusiyyətləri vardır.

* Estetikadan, sevgidən, mərhəmətdən, şəfqətdən, gözəllikdən çox bəhs etmək istəməzlər.

* Dinlə əlaqədar mövzuları Quranla, hədislə, vicdanla qiymətləndirməzlər. Şərhlərini və qiymətləndirmələrini öz çirkli məntiqləriylə və qeyri-kafi ağıllarıyla etməyə çalışarlar.

* Dindən uzaq kəslərə yaranmaq, onların dəstəyini qazanmaq üçün riyakar bir şəkildə danışarlar. Səmimi dindarlara qarşı isə həyasız və təcavüzkardırlar.

* Dünyanın keçiciliyindən çox bəhs etmək istəməzlər. İnanmadıqları şeylərə inanırmış kimi görünərlər.

* Parçalayıcı ruhları vardır. Birlik tərəfdarı deyildirlər.

* Yalnız dindar olmayan kəslərə qarşı hörmətli davranarlar, sevimli görünməyə çalışarlar. Səmimi dindarlara qarşı da, alçaldıçı, nəzakətsiz rəftarları vardır. Həsədliklərini, qısqanclıqlarını gizləməyə çalışarlar, lakin açıqca müəyyən olar.

* Dindar olmayanlar kəslərə çox etibar edərlər, onları əhəmiyyətli görərlər. Dindarlara da hücum etmək üçün, ümumiyyətlə, bu kimi kəslər istifadə edilir. Dindar olmayanlar, dinə və dindarlara hücum etmək istədiklərində, bu kəsləri maşa kimi istifadə edərlər. Onların da özlərinə göstərilən bu etibardan eqoizmləri daha da artar.

* Təfərrüatlara girərək demaqoqluq etməkdə çirkin bir ustalıqları vardır. Dövrə və şərtlərə görə, Buqələmun kimi şəkil dəyişdirərlər. Dindar olmayanların lehinə, dindarların isə əleyhinə bildirişlər verərək şirin görünməyə çalışarlar. Dinsizlərin əlinin altında belə bir qrup daim olar.

* Hz. Mehdi (ə.s) bu kəsləri tək-tək xüsusiyyətləriylə təsbit edəcək və onların xurafatçı düşüncələrini Quran və hədislərə əsaslanaraq elmlə yerlə bir edəcək.

Hz. Mehdi (ə.s)-ın davamlı olaraq Uca Allahın idarəsində olacağı, Allahın hz. Mehdi (ə.s)-ı vəsilə edərək bütün dünyaya təsir edəcək mükəmməl kitablar hazırladacağı hədislərdə müjdələnilir. Bu hədislərdən biri belədir:

"Əbu Basar belə deyir, imam Məhəmməd Baqir və ya imam Cəfəri Sadiq əleyhissalamdan nəql edildi: "Ona (hz. Mehdi (ə.s)-a) imamət verən, ona elm,  kitablar verəcək və onu öz başına buraxmayacaqdır." (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 387)

 

Hz. Mehdi (ə.s), Quranı və hədisləri çox yaxşı anlayıb açıqlayacaqdır

Hz. Mehdi (ə.s)-ın xurafatçılar qarşısındakı ən təsirli üsullarından biri, Quranı və hədisləri çox yaxşı anlayıb şərh etməsidir. Peyğəmbərimiz (s.ə.v)-in hədisində çox yığcam bir şəkildə bu təsirli elmi mübarizə belə xəbər verilmişdir.

 İqmalı Din: Məhəmməd İbni Sinandan, Əmr İbni Şamirdən, Cabirdən, Əbu Cafir (ə.s)-dan rəvayət edilmişdir:

"UCA ALLAHIN KİTABI HAQQINDAKI MƏLUMATI VƏ ONUN ELÇİSİ (S.Ə.V)-İN SÜNNƏSİ MEHDİMİZ (Ə.S)-IN ÜRƏYİNDƏ BİR BİTKİNİN ƏN GÖZƏL ŞƏKİLDƏ BÖYÜYÜB  YETİŞMƏSİ KİMİ İNKİŞAF EDƏR." (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 72)  Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlara görə, hz. Mehdi (ə.s), haqq dinə qarşı mübarizə edəcək olan dəccalı məğlubiyyətə uğradacaq və onun qurmuş olduğu azğın sistemə son verəcəkdir. Hz. Mehdi (ə.s), bütün insanları Allahın Quranda bildirdiyi haqq dini yaşamağa dəvət edəcək, dəccalın və onun inkara söykənən sisteminin ortadan qalxmasıyla birlikdə insanlar dəstə-dəstə din əxlaqını yaşamağa yönələcəkdirlər. Yer üzündə Quran əxlaqı hakim olacaq və bu şəkildə bütün insanlıq sülh və sağlamlığa qovuşacaqdır.

 

Hz. Mehdi (ə.s), Quranın doğru yolunu və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi səniyyəsini insanlara göstərəcəkdir

Nəchül Bəlağadan. İnananların əfəndisi (s.ə.v) dedi ki: "Onlar səhv yolları izləyərək və yol göstərici ənənələri tərk edərək sağa və sola getdilər... Ey insanlar, bu hər vədin reallaşacağı və bilmədiyiniz adamın (hz. Mehdi (ə.s)) inkişafının yaxınlaşdığı zamandır. Diqqət edin, o zaman aramızdan çıxmış olan (hz. Mehdi  (ə.s)), bu ən  çətin zamanlarda aydınlıq bir işıqla onları aşacaqdır..." (Kitab-ül Gaybet, Bihar-ul Envar, c. 51], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 186)

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədisdə, hz. Mehdi (ə.s)-ın gəlişiylə birlikdə insanlığın, onun Qurandan qaynaqlanan nuru və ağlıyla işıqlanacağı; Hz. Mehdi (ə.s)-ın Allahın doğru yolunu, Quranın gözəlliklərini və Rəsulullah (s.ə.v)-in sünnəsi səniyyəsini insanlara göstərəcəyi bildirilir.

(Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət olunan bu hədisdəki "AYDIN BİR İŞIQLA" şəklindəki ifadə bəlkə də hz. Mehdi (ə.s)-ın və tələbələrinin istifadə edəcəkləri “TELEVİZİYA VƏ KOMPÜTER EKRANINA“ da işarə edir) (Doğrusunu Allah bilir)

"Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlayar." (Tövbə surəsi, 32) ayəsində Uca Allah İslam əxlaqını bütün yer üzünə hakim edəcəyini açıq şəkildə bildirir. Dəccalın xurafat və dinsizlik fitnəsinin təsiri altındakı bəzi kəslər, İslam əxlaqının yer üzünə yayılmasını var gücləriylə mane olmağa çalışırlar. Ancaq hz. Mehdi (ə.s) elmlə dəccalın hakimiyyətini yıxacaq, dünyanın dörd bir tərəfində insanların dəstə-dəstə İslamiyyəti qəbul etmələrinə vəsilə olacaqdır. Yaşadığımız əsr Allahın icazəsiylə İslamiyyətin şahlanacağı əsr olacaqdır. Allah, haqq kitabımız olan Qurani Kərimdə bütün möminləri bu vədiylə müjdələmişdir.

 

Hz. Mehdi (ə.s) Axırzamanın texnoloji imkanları vəsiləsiylə xurafat və dinsizliyi ortadan qaldıracaqdır

Hz. Mehdi (ə.s) texnologiyanın bu nemətlərindən və bütün imkanlarından faydalanaraq insanlara hikmətli izahatlarda olacaqdır, onlara Quranı və hikməti izah edəcək, darvinizm və materializmin dağıdıcı və azğın təsirlərini fikirlə ortadan qaldıracaq, xurafatçıların xurafatlarını yıxacaq, bidətləri qaldıracaq, insanların özlərini inkişaf etdirə biləcəkləri, əskikliklərini düzəldəcəklərinə və gözəl əxlaq göstərmələrinə vəsilə olacaq öyüdlər verəcəkdir. Peyğəmbər əfəndimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın texnologiya vəsiləsiylə geniş kütlələrə çata biləcəyini belə xəbər vermişdir:

"ƏDALƏT VƏ BƏRABƏRLİK KİMİ, İMAM MEHDİ (Ə.S) MƏLUMATI BÜTÜN DÜNYAYA YAYACAQDIR." (Bihar-ül Envar, Cild 36, səh. 253)

Bir başqa hədisdə, hz. Mehdi (ə.s)-ın televiziya, internet və peyk yoluyla dünya səviyyəsində təbliğ edərək, insanların hidayətinə vəsilə olacağı isə belə bildirilmişdir:

“MEHDİ (Ə.S), ALOVLU HİDAYƏT MƏŞƏLİYLƏ ALƏMDƏ GƏZƏR VƏ SALEHLƏR KİMİ YAŞAYAR.” (el-Mehdiyy-il Mev’ud, c: 1, səh: 281-282 və 266 və 300.)

Peyğəmbər əfəndimiz (s.ə.v)-in bu hədisində bildirdiyi "alovlu hidayət məşəli"nin televiziya, internet və peyk üzərindən edilən nəşrlərə işarə etdiyi, hz. Mehdi (ə.s) "aləmdə gəzməsi"nin isə ancaq etdiyi təbliğin, imani fəaliyyətlərin televiziya, internet və peyk vəsiləsiylə bütün dünyaya yayılması şəklində olacağı açıqca görülür. Bütün bu dəlillər işığında, hz. Mehdi (ə.s)-ın mükəmməl təbliğini televiziya, internet və peyk vasitəsilə dünya səviyyəsində reallaşdıracağı və bu şəkildə insanların hidayətinə vəsilə olacağı aydın olur. Necə ki, Peyğəmbər əfəndimiz (s.ə.v.), darvinist və materialist meylli dinsiz kəslər ilə yenə darvinist və materialist təhsilin təsiri altında qalan  "imanları zəif" və "eqoizmləri güclü" olan xurafatçıların, hz. Mehdi (ə.s)-ın bu təbliği qarşında təsirsiz qalacaqlarını bildirmiş, hz Mehdi (ə.s)-ın dinsizliyi və xurafatı elmi mədəni fəaliyyətlərlə tamamilə ortadan qaldıraraq dini təkrar özünə, yəni Qurana çevirəcəyini müjdələmişdir:  

“ALLAHPƏRƏSTLİK NƏFSPƏRƏSTLİYƏ ÇEVRİLDİKDƏN SONRA HZ. MEHDİ (Ə.S) GƏLƏCƏK VƏ NƏFSPƏRƏSTLİYİ ALLAHPƏRƏSTLİYƏ ÇEVİRƏCƏKDİR; QURAN, GÖRÜŞ VƏ DÜŞÜNCƏLƏRƏ UYDURULDUQDAN SONRA HZ. MEHDİ (Ə.S) GƏLİB GÖRÜŞ VƏ DÜŞÜNCƏLƏRİ QURANA UYDURACAQ...“ (Nehc-ül Belağa, Feyz’ül İslam baskısı, səh. 424, 425)
 

Bədiüzzaman Səid Nursi əsərlərində, hz. Mehdi (ə.s)-ın dinsizliklə elmlə mübarizə edəcəyini və dinsizliyi ortadan qaldıracağını bildirmişdir

Bədiüzzaman, hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin, "maddiyyun və tabiyyun taunu nu", yəni Allahı inkar üzərinə qurulmuş materializm və darvinizm fikrini yerlə bir edərək tam olaraq təsirsiz hala gətirmək olacağını ifadə etmişdir:

“Və onun (hz. Mehdi (ə.s)-ın) üç böyük vəzifəsi olacaqdır:  Birincisi: Fənn və fəlsəfənin tasallutiylə (təsiriylə)  və MADDİNİN (materializm) VƏ TABİİYYUN (darvinizm) TAUNU (epidemiyasının),  BƏŞƏR İÇİNƏ İNTİŞAR ETMƏSİYLƏ  (insanlar arasında yayılmasıyla), HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİNİN FİKRİNİ (Darvinist materialist fəlsəfəni) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR...“  (Emirdağ Lahikası, səh. 259)

 

HZ. MEHDİ (Ə.S) DƏCCALIN FİTNƏSİNİ ELMİ İŞLƏRLƏ YOX EDƏCƏKDİR

Peyğəmbər əfəndimiz hz. Mehdi (ə.s) ilə tələbələrinin dinsizliyin və xurafatın beynini, yəni fikir sistemini Quranla, elmlə, fənlə, ağılla, imanla məğlub edəcəklərini bildirmişdir. Hz. Mehdi (ə.s) Allahın icazəsiylə inancda, fikirdə qalib olacaq və batil düşüncə, dəlalət, darvinist, materialist, ateist fikir sistemi yox olub gedəcəkdir.

Peyğəmbər əfəndimiz (s.ə.v) hz. Mehdi (ə.s.)-ın dəccaliyyətin fitnəsini elmlə və fənlə mənəvi cəhətdən öldürəcəyini belə bildirmişdir:

İmam Müslümün Əbu Hureyrə (r.ə)-dən rəvayət etdiyi hədisi şərifdə Peyğəmbər əfəndimiz (s.ə.v) bir gün səhabələrinə xitab olaraq:

“…BU MÜCAHİDLƏR O DİYARA GƏLİB YERLƏŞDİKLƏRİ ZAMAN SİLAHLA HƏRB ETMƏZLƏR, OX DA ATMAZLAR. LA İLAHƏ İLLALLAHU ƏKBƏR DEYƏRƏK TƏKBİR GƏTİRƏRLƏR. Bu təkbir üzərinə şəhərin iki tərəfindəki sədlərdən biri düşər. Sonra ikinci dəfə təkbir gətirərlər. Dərhal sonra şəhərin o biri tərəfi də düşər. Sonra üçüncü dəfə təkbir gətirəcəklər. Bunun üzərinə İslam ordusu üçün sədlərdən çatlar açılacaq, onlar da dərhal buralardan şəhərə girərək fəth edəcəkdirlər.” (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 445-446)

Qurandakı bir ayədə də Uca Allah batil sistemləri fikirlə öldürməyə diqqət çəkir:

"Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir də baxarsan ki, o, yox olub getmişdir...." (Ənbiya surəsi, 18)


Hörmətli Adnan Oktar müsəlmanın mübarizəsinin elmlə və fikirlə olacağını belə açıqlamışdır:

MÜXBİR: Bəli, müəllimim bir az terror haqqında danışsanız, hal-hazırda Əfqanıstanda intihar hücumları olur. İslamda belə bir şey varmı? İnsanların intihar edib də mən cihad edirəm deyə bir düşüncələri var. Belə bir şey varmı?

ADNAN OKTAR: Birincisi intihar haramdır. Bir insanı günahsız və haqsız yerə öldürmək, cəhənnəmdən heç çıxmayacaq şəkildə cəzaya səbəb olan bir davranışdır. Özünü öldürən insan bir insan öldürmüş olar və böyük bir harama girmiş olar və mazaAllah tövbə etmədən də getdiyi üçün ömür boyu cəhənnəmdə qalması təhlükəsi vardır. Onun üçün müsəlman özünü öldürəcəyinə özünü öyrədər, çox keyfiyyətli hala gətirər. Məlumatını artırar, sevgisini, şəfqətini, mərhəmətini, gücünü artırar, gedər insanlara təbliğ edər. Gedib orada insanları bombalamağa nə ehtiyac var, get aralarına danış, təbliğ et, İslamı izah et. Peyğəmbər əfəndimiz (s.ə.v) ilk zühur illərində bilirsiniz, özünü bildirmədiyi bir dövr vardı, sıx olaraq təbliğ edirdilər, gizli-gizli, sonra açıq-açıq təbliğə başladılar. Təhqir gördülər, təzyiq gördülər, döyüldülər, söyüldülər, təcrid edildilər, embarqo tətbiq olundu. Hətta o ölkəni buraxıb hicrət edib başqa yerə getdilər. Bu qədər çətinliklər içərisində təbliğ etdilər. Müsəlmanlar da bu şəkildə edəcək, təbliğ edəcəklər, izah edəcəklər, asmaqla, kəsməklə, bombalamaqla bu yolda faydalı ola bilməzlər, bu səhvdir, Quran əxlaqına da uyğun deyildir. Ağıllı, məntiqli heç deyil, yəni Quran ağlıyla, Quran məntiqi ilə heç uyğun deyil, çox səhvdir.

Mədrəsə açırlarsa çox gözəl, maşaAllah. Dini imanı izah etsinlər, elmdən bəhs etsinlər. Darvinizmin əleyhində fəaliyyət etsinlər, fəlsəfələri çürütsünlər, marksizmə, leninizmə, faşizmə, kommunizmə qarşı ciddi bir elmi fəaliyyət içində olsunlar. Mədəniyyətlərini artırsınlar. Çox qəşəng, təmiz geyinsinlər, gözəl əxlaqı ətrafa yaysınlar. İslam belə yayılar. Gedib fağırların, maraqsız əlaqəsiz adamların ağzını, burnunu qırmaq, onları dəlik -deşik etmək, bombalamaq, bunlar İslamda yoxdur. Bunlar Peyğəmbər əfəndimiz (s.ə.v)-in heç bir şəkildə təsdiq etmədiyi, Quranda olmayan, sonradan çıxarılmış, çirkin və səhv tətbiqlərdir. Harama girirlər. Ən doğrusu, o mədrəsələri güllü gülüstanlı bir hala gətirməkdir. Müasir və gözəl mədrəsələr qurmaq, orada insanları öyrətmək, maarifəndirmək lazımdır, elə deyilmi? Sevgini, sülhü, qardaşlığı, mehribanlığı, insancıl olmağı, köməksevərliyi, qısaca gözəl əxlaqı izah etmək və ətrafa yaymaqdır. Bombalamaqla din yayılmaz, əksinə tərs təsir edər. Terror tamamilə zərər verər. Amma bu tərzdə bir iş din əxlaqını uçqun kimi yayar və hər yerə İslam əxlaqının hakim olmasına səbəb olar inşaAllah. (Hörmətli Adnan Oktarın Əfqanıstan Ayna reportajından, 12 dekabr 2008)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr