Son zamanlarda Avropa və Amerika mətbuatında özlərini müsəlman kimi tanıdan, amma müsəlman xüsusiyyətləri əks etdirməyən bəzi insanları ön plana çəkməyə başlayıblar. Bu insanları Qərbə heyranlıq duyduqlarını göstərən hər sözlərindən tanımaq olur... Mənfurluq, saxtakarlıq və göstəriş də bu “yazıçıların” asanlıqla müşahidə edilə bilən xüsusiyyətlərindəndir...
İslam dünyası ilə bağlı hər hansı bir məsələ olduqda onları televiziya proqramlarına dəvət edir, məqalələrinə qəzet və jurnallarda geniş yer verirlər. Bu marağın səbəbi sözügedən “yazıçıların” İslam dinini və müsəlmanların haqlarını müdafiə etmələrindən, çox geniş məlumatlı olmalarından irəli gəlmir. Səbəb istifadə etdikləri üslub, yəni dalaşqan olmaları və ən əsası da Qərbə meyilliklərindən dolayı dərhal hər tələbə təmənnasız boyun əymələridir...
Bu saxtakar yazıçılar İslama qarşı çıxan avropalı və amerikalı qruplarla komanda işi görməkdən də heç bir narahatlıq hiss etmirlər. Sanki mafiya təşkilatı kimi davranırlar. İslam dünyasının səlahiyyətli şəxsləri kimi davranırlar. Buna zəmin yaratmaq üçün də lazım gəldikdə müsəlmanları müdafiə edirmiş kimi görünürlər. Beləliklə, müsəlman birliklərin arasına girməyi bacarır, yığıncaqlarında, söhbətlərində iştirak edirlər. Təbii ki, niyyətləri dostluq münasibətləri və ya İslamın mənafeləri deyildir. Məqsədləri avropalı-amerikalı tərəfdaşlarının istəklərini yerinə yetirmək, onların mənfi fikirlərini müsəlmanların arasında yaymağa çalışmaqdır. Bunun üçün də özləri kimi saxta xarakterləri olan insanları təsbit edib, müxtəlif vədlərlə onları da aralarına qatırlar.
Avropalı və ya amerikalı tərəfdaşlarına olan heyranlıqları hər söz və rəftarlarından, onları təqlid edən davranışlarından, diqqətçəkən və meyilli üslublarından dərhal aydın olur. Sosial mediadan necə istifadə etmələri də bunu açıq şəkildə göstərir. “Müsəlman” olmalarına baxmayaraq, İslama zidd ifadələri çəkinmədən istifadə edir, müqəddəs dəyərlərimizə hörmətsiz zarafatlar edir, karikaturalar paylaşırlar. Bunu da “müasirlik” kimi təqdim edirlər.
Saxtakar ruhlu bu insanların ən mühüm xüsusiyyətlərindən biri də heç bir mənası olmayan, amma Qərb mədəniyyətində dəyərli hesab edilən davranışlara yiyələnmələridir. Əllərində şərab, qızıldan içki qabları və ya siqarla şəkil çəkdirir, elitar mədəniyyətdə önəmli hesab edilən kafelərə tez-tez getdiklərini vurğulayırlar. Bu tip çevrələrdə tanınmış şəxslərlə söhbət aparmağı, onlarla danışmağı, hətta şəkil çəkdirməyi çox böyük bir müvəffəqiyyət hesab edir, hər yerdə bundan bəhs edirlər.
Bütün bunlarla da xarakterlərinə hopmuş alçaq niyyətlərini gizlətdiklərini zənn edirlər. Onların başqa bir xüsusiyyəti isə müsəlmanlardan utanc duymaları, amma yarı dinsiz, kommunist, İslama tənə vuran yazıçılarla göstəriş üçün söhbət edən insanların yanında özlərini rahat hiss etmələridir. Məhz bu səbəbdən tək düşüncələri özlərini bu çevrələrə sevdirmək, bəyəndirməkdir.
Önəmli zənn etdikləri bəzi insanların onlara diqqət yetirməsi onlar üçün çox böyük bir müvəffəqiyyət hesab edilir. Avropalı-amerikalı çevrələr onlara sahib çıxırmış kimi davranır, düşüncələrinə və yazılarına təriflər yağdırırlar və bu, onların özlərini çox önəmli hiss etmələrinə səbəb olur. Hətta məqalələri çox zaman başqaları tərəfindən yazılır və ya redaktə edilir. Beləcə, Avropada, Amerikada olan İslam əleyhdarı çevrələrin fikirləri müsəlman kimi tanınan şəxslərin qələmi ilə dilə gətirilir və İslam dünyasında yayılır.
Bundan sonrası olduqca asandır; biri “Türkiyə bölünsün” deyir, digəri “İslam dünyası əsla birləşməməlidir” deyir. Bəziləri “Diktatorları dəstəkləmək lazımdır”, digərləri “Terror təşkilatlarını silahlandırmaq Yaxın Şərqdə sülhə aparan yoldur” kimi fikirlərlə dolu yazılar qələmə alırlar. Onlar şöhrət qazandıqlarını zənn edirlər, əslində isə İslam dünyasını qarışdırmağa çalışan gizli müdirlərinə xidmət etmiş olurlar.
Bütün bu cəhdlərin məqsədi İslamı yanlış tanıtmaq, müsəlmanları passivləşdirmək, gücdən salmaq, şövqlərini qırmaq, İslama xidmət sevgilərini aradan qaldırmaqdır. Məhz sözügedən bu şəxslər özlərinə verilmiş bu vəzifələri bilərək və ya bilməyərək yerinə yetirirlər.
Bu, bir çox adamın fərqində olmadığı, ancaq gün keçdikcə daha da yayılan gizli bir xəstəlikdir. Xüsusilə də, Qərb ölkələrində yaşayan, Pakistan, Hindistan və Banqladeş mənşəli çox sayda insan Amerikan-Avropa gizli dərin dövləti tərəfindən bu şəkildə istifadə edilir. Bir çoxu fərqində belə olmadan din yoldaşlarına, bəlkə də illərlə xidmət etdikləri İslam cəmiyyətinə zərər verir, zərərli fikirlərin yayılmasına vəsilə olurlar. Bu təhlükəyə qarşı çox diqqət etmək və mütləq tədbir tökmək lazımdır. Bunun üçün də İslam əxlaqının gözəlliklərinin fərqində olan, gerçək İslam əxlaqının yer üzündə hakim olması və müsəlmanlar arasında birliyin təmin edilməsi üçün səy göstərən şəxslərin alimlərin, yazıçıların dəstəklənməsi çox əhəmiyyətlidir.