Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18) |
1. Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər... (Ənbiya surəsi, 18)
Allah Quranda haqq və doğrunun qarşısındakı bütün məntiqləri, fikirləri, sistemləri batil olaraq xarakterizə etmişdir. Allahın bütün kainatı yoxdan yaratdığı, bütün insanların Allaha qul olduqları, dünyanın keçici bir imtahan yeri olduğu, əsl həyatın axirətdə olduğu, bütün insanların axirətdə Allahın hüzurunda hesaba çəkiləcəkləri və əməllərinə görə ya Cənnətlə mükafatlandırılacaqları, ya da Cəhənnəmlə cəzalandırılacaqları həqiqətinə zidd olan hər cürə inanc Qurana görə batildir.
Allah dünya həyatında imtahanın bir gərəyi və sirri olaraq batil olan hər cür fikir cərəyanını yaya bilər. İnsanların əksəriyyətini din əxlaqından uzaq, azğın fəlsəfələrə bağlaya bilər. Bu hal həqiqi müsəlmanların dəyərini daha da artırır. İlk yaradılan insan olan hz. Adəmdən qiyamətə qədər yaxşılarla pislərin arasında fikir mübarizəsi davam edəcəkdir. Zahirən İslam əxlaqı xaricindəki fikirlər yayılmış kimi görünsə də, Allah nəticə olaraq mütləq yaxşıları, yəni Allah tərəfdarlarını qalib edəcəkdir. Müsəlman əsas olaraq Allahın Qurandakı vədini almalıdır. Allah Quranda müsəlmanları İslam əxlaqının dünya hakimiyyəti ilə müjdələyir.
... O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir. (Budur) Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti (bunu) bilmir. (Rum surəsi, 5-6)
Son 150 ildə bütün dünyanı qan gölünə çevirən darvinist, materialist, ateist zehniyyətin varlığı da imtahanın bir gərəyidir. Ancaq axırzamanda Allah hz. Mehdinin elmi işlərini vəsilə edəcək və haqqı, yəni İslam əxlaqını, yaradılış həqiqətini dünyanın dörd tərəfinə eşitdirərək batil inancların fəlsəfəsini, fikir sistemini çökdürəcəkdir. Bu vasitə ilə insanlarda sürətlə İslam əxlaqına yönəlmə başlayacaqdır.
Bu ayədə “haqqı batilin üstünə atarıq və o da onun işini bitirər” ifadəsilə Allah səhv olan bütün inancların fikir sistemini doğru ilə, yəni Allah inancı və Quran əxlaqı ilə yox edəcəyini, yenidən düzəlməyəcək şəkildə dağıdacağını ifadə edir.
2. ...Bir anda (batilin) yox olub getdiyini görərsiniz...(Ənbiya surəsi, 18)
Necə ki, günümüzdə darvinizm əleyhinə aparılan hər cür elmi işlələrlə təkamül nəzəriyyəsi kimi tarixi yalanın bütün folqası ortaya çıxmış, bu paqan dininin bütün fikir sistemi, dayaq nöqtələri elmi həqiqətləri ilə darmadağın edilmişdir. Belə ki, xüsusilə ölkəmizdə (Türkiyədə) Allaha inananların nisbəti 95%-ə yüksəlmişdir. Digər Avropa ölkələrində də Allaha iman edənlərin sayında sürətli yüksəliş yaşanmaqdadır. Allahın Quran ayəsində bildirdiyi şəkildə, bütün batil inancların təməlini təşkil edən köklü bir nəzəriyyə yox olmuşdur, çox yaxın gələcəkdə isə tamamilə tarixin dərinliklərinə basdırılacaq.
Bu isə İslam əxlaqının bütün yer üzünə hakim olması üçün çox vacib bir addımdır.
3. ...(Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
Ayənin bu qismində uca Rəbbimiz haqq bu qədər açıq ikən, xüsusilə axırzamanda haqqı bu qədər başa düşüləcək şəkildə aydınlaşdırmış ikən, batilin də yanlış fikir quruluşunu bu qədər aşkar hala gətirmişkən hələ də inad edib batilə inananaları: “Vay halınıza”, - deyərək xəbərdar edir.
Qurandakı hər ayə müsəlmanlara xitab edir. Bu səbəblə, müsəlmanlar Allahın bütün xəbərdarlıq və təhdidlərinə diqqət edər və bu vasitə ilə Allah qorxularını artırarlar. Axırzamanda yaşayan müsəlmanların üzərindəki məsuliyyət də böyükdür. Allan inancının, İslam əxlaqının dünya səviyyəsində yayıldığı belə şərəfli bir dövrdə vicdanları ilə doğrunu görən müsəlmanlar birlik olmalı, batilə qarşı aparılan elmi mübarizəyə güclərinin çatdığı qədər maddi-mənəvi dəstək göstərməli, Peyğəmbərimizin (s.ə.s) gəlişini müjdələdiyi hz. Mehdiyə (ə.s) mühit hazırlamaq üçün eşq və şövqlə səy göstərməlidirlər.