“… Onun ordusunun başında, Şüeyb bin Salih (Hz. Mehdinin bir adı da Şüeyb bin Salihdir) adlı bir insan durur. O, komandir, süfyaniləri məğlub edər… Bu arada da, insanlar da Mehdini istəyərlər və axtararlar”. (Fetava-i Hadîsiyye, İbn-i Hacer-i Heytemi -40) |
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən bu hədisi-şərifdə müsəlmanların Hz. Mehdinin (ə.s) zühuru zamanı və zühurundan sonra aparacağı güclü fikri və elmi mübarizəsi nəticəsində süfyani düşüncənin təsirindən tamamilə qurtulacaqlarına diqqət çəkir.
Allah Hz. Mehdi (ə.s) vasitəsilə din əxlaqından uzaq, Quran ruhunu yaşamaqdan qəflətə düşmüş, Allahın varlığı və birliyi inancından tamamilə uzaqlaşmış və Mehdiyyətə qarşı açıq mübarizə aparan dəccalı və süfyani zehniyyəti fikirlə məğlubiyyətə uğradacaq. Hz. Mehdinin (ə.s) bu böyük elmi və əxlaqi mübarizəsinin nəticəsində əsrlərdir Allaha iman etdiklərinə görə zülmə, təzyiq və şiddətə məruz qalan, əzilən, yurdlarından zorla çıxarılan və Allahdan özlərinə bir qurtarıcı, bir hidayət verici göndərməsini diləyən müsəlmanlar həmin süfyani sistemin dağıdıcı təsirindən tamamilə xilas olacaqlar.
Hədisdə Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdinin (ə.s.) başqa adı olan Şüeyb bin Saleh adına da diqqət çəkmişdir. Peyğəmbərimizin (s.ə.v) hədisində Hz. Mehdi (ə.s.) ilə əlaqədar olaraq keçən Şüeyb sözünü şərh edən böyük İslam alimi Hiytəmi həzrətləri Hz. Mehdi (ə.s.) ilə bağlı işlədilən Şüeyb sözünün şöbəcik mənasında istifadə edildiyini ifadə etmişdir; bu ifadə ilə Hz. Mehdinin (ə.s.) çox saydakı inkarçılara qarşı fikri mübarizə aparan yoldaş qrupunun sayının son dərəcə az olduğunun ifadə edildiyini söyləmişdir. Yenə Bin Saleh ifadəsi ilə desək, Hz. Mehdinin (ə.s.) atasının da saleh bir insan olduğuna diqqət çəkildiyi bildirilmişdir.
Hz. Mehdi (ə.s.) çox az saylı, ancaq səmimi ixlaslı, özünü Allaha təslim etmiş, var gücüylə Allahın varlığını, birliyini izah etməyə cəhd göstərən bu Müsəlman birliyi ilə birlikdə, fikri mübarizəsini müvəffəqiyyətlə nəticələndirəcək və süfyani düşüncəni yerlə bir edəcək. Bütün dünya üzərində istər süfyani, istərsə də dəccali sistemin tamamilə təsirsiz hala gəlməsilə Quran əxlaqı dünyaya tam hakim olacaq, müsəlmanlar və bütün inananlar hüzur və sülh dolu bir mühitə qovuşacaqlar.