İRA və PKK arasında bənzərlik yoxdur
ucgen

İRA və PKK arasında bənzərlik yoxdur

1565

Son dövrdə PKK-nın media nümayəndələri və bəzi sol qüvvələr İRA (İrlandiya Respublika Ordusu-Irish Republic Army)  ilə PKK-nı bənzətməyə çalışırlar. Məqsəd türk xalqını yanlış yönləndirərək PKK-nın əleyhində olan cəbhənin gücünü zəiflətmək və hökuməti PKK terror təşkilatının irəli sürdüyü şərtləri nəzərdə tutan müqavilə imzalamağa sövq etməkdir. Halbuki PKK ilə İRA arasında da, Birləşmiş Krallıqla Türkiyə Respublikası arasında da heç bir tarixi, ideoloji, mədəni bənzərlik yoxdur.

PKK ilə bənzər olanlar Perudakı “Parlaq Yol”, Kolumbiya İnqilabçı Silahlı Qüvvələri, Yaponiya Qırmızı Ordusu, Alman Qırmızı Ordu fraksiyası kimi marksist terrorist təşkilatlardır. Onların də əsas niyyətləri özlərinin rəhbərlik etdiyi marksist-leninist dövlət qurmaqdır.

İRA ilə PKK arasında tarixi bənzərlik yoxdur

20-ci əsrdə İRA ilə xatırlanan İrlandiya millətçilik hərəkatının kökü 8-ci əsrə gedib çıxır. Roma katolik kilsəsindən ayrılıb Anqlikan kilsəsini quran İngilis Kralı 8-ci Henri tarixdə ilk irland qiyamını yatırdıb özünü İrlandiya Kralı elan etmişdi. 17-ci əsrdə ingilis kilsəsinin, Martin Lüter və protestantlığın təsiri ilə dəyişdiyi bir zamanda İrlandiya xalqı katolik inanclarına olan bağlılığını qoruyub saxlamışdır. Bunun nəticəsində İrlandiya separatçı ideologiyası dini bir ad qazanmışdı. 19-cu əsrdə müasir İrlandiya millətçilik hərəkatının başçısı Teobald Volf Ton (Theobald Wolfe Tone) katolik və presbiteran irlandlara (presbiteranizm protestantlığın bir qoludur) qarşı tətbiq olunan ayrı-seçkiliyin qarşısını almaq üçün fəaliyyətə başlamışdı.

İRA-nın siyasi qanadı olaraq tanınan Sinn Fein Partiyasının nümayəndələrinin rəhbərliyi altında İrlandiya parlamenti və İrlandiya Respublikası quruldu. Üç il ərzində davam edən müstəqillik mübarizəsi nəticəsində İrlandiya adasının 75 %-ini təşkil edən Azad İrlandiya dövləti quruldu. Adanın İngiltərə adasına yaxın şimal hissəsi isə Şimali İrlandiya adı ilə Birləşmiş Krallığa qatıldı.

Amma Azad İrlandiyanın dominion (İngiltərə Millətlər Birliyinin tərkibində olan müstəqil dövlət) statusu İrlandiya millətçilərini qane etmədi. Onlar Şimali İrlandiyanın İngiltərənin torpağı olmasını  da qəbul edə bilmədilər. 20-ci əsrin ikinci yarısı boyunca davam edəcək olan İRA müstəqillik hərəkatı daha sonra gizli fəaliyyətə keçdi.

Bölünmədən sonra Şimali İrlandiya torpaqlarında qalan hissədə hakimiyyət həmişə monarxiya tərəfdarı olan protestant irlandların əlində oldu. Katolik millətçi irlandlar isə azlıq təşkil etdilər. Bu səbəbdən İrlandiya millətçi hərəkatı Şimali İrlandiyanın ingilis rəhbərliyindən çıxması və adanın birləşməsi üçün mübarizə aparsa da, bu hərəkat əsaslı bir dəstək almadı.

İRA və PKK arasında olan fərqlər

1. İRA-nın tarixi mənşəyi ilə PKK-nın arasında heç bir bənzərlik yoxdur. İrlandiya millətçiliyi 500 il boyunca İngiltərə krallığı ilə mübarizə aparmışlar. PKK-nın isə əsla təmsil etmədiyi və heç bir zaman da etməyəcəyi kürd xalqı yüz illər ərzində xəlifəyə və Osmanlı dövlətinə bağlı bir həyat sürmüşdür. Ərəb, türk, çərkəz müsəlman qardaşları ilə çiyin-çiyinə döyüşmüş, İslam bayrağı altında həyat sürmüşlər. Kürd xalqı Səlahəddin Əyyubi kimi müsəlman komandirləri, Səid Nursi kimi İslam alimləri yetişdirmişdir. Tarixin heç bir dövründə yalnız kürd xalqının rifahının arxasınca qaçan bir qrup olmamışdır.

2 . PKK-nın silahlı mübarizəsi Yaxın Şərq siyasətinin bir hissəsidir. Yaxın Şərq dünyanın ən zəngin neft yataqlarına sahibdir. PKK-nın təsir etdiyi yerlər arasında İraq və Suriya da vardır. Region son 20 ildir ki, müharibə meydanıdır. Burada davamlı ittifaqlar qurulur, bölgəni müvəqqəti rejimlər idarə edir. PKK bu qarışıqlıqdan  faydalanmağa çalışır. Bir gün Bərzani ilə mübarizə aparır, ertəsi gün İŞİD-ə qarşı ittifaq qurur. PKK  əlindəki imkanları  siyasi, hərbi və iqtisadi sahələrdə istifadə edir.

3. İrlandiya müstəqillik hərəkatı isə dünya siyasətlərindən kənardadır. Təsir dairəsi sadəcə İrlandiya adasını əhatə edir. Amerikadakı  çox az irlandiyalı köçkündən başqa beynəlxalq həcmi yoxdur. Orta Şərqi qarışdırmaq istəyən dünya dərin dövləti bütün gücü ilə PKK-nı dəstəkləyir. İRA isə daha çox həvəskar və yerli təşkilatdır. İngiltərə ilə siyasi mübarizə aparan Qəddafidən başqa hərbi dəstək verən heç kim olmamışdır.

4. İRA Şimali Belfast küçələrini əhatə edən, məzhəbə əsaslanan kiçik bir hərəkatdır. İRA-nın Belfast müqaviləsindən əvvəl 300-ü aktiv olan 750 nəfər üzvü olduğu güman edilir. İRA silahı tərk edərək ümumi 2000 silah geri qaytarmışdır. 1000 tüfəng, 100 tapança, 30 maşınlı tüfəng, 5 roketatar 100 ədəd əl bombası qeydə alınmışdır. Türk Silahlı Qüvvələrinin 2007-ci ildə verdiyi hesabata görə isə PKK 12000 kalaşnikov, 5800 tüfəng, 1700 roketatar ələ keçirmişdir. Təşkilatın tam silah inventarlaşdırılması (siyahısı) haqqında isə sağlam məlumat yoxdur. İRA ilə PKK-nın canlı və hərbi qüvvəsi arasında dağ qədər fərq var.

5. İRA millətçi, katolik xristianlığa qarşı çıxmamağa çalışan şəhərlilərdən təşkil olunan qrupdur, PKK isə kənddə fəaliyyət göstərən din əleyhdarı kommunist partizan hərəkatdır.

6. İRA gizli hərəkat kimi fəaliyyət göstərir, amma PKK öz məhkəmələrini qurmağa çalışır, yol kəsir, rəhbər bir təşkilat olmaq istəyir. PKK dünya səviyyəsində kommunist partiyalardan, dərin dövlətlərdən, marksist ideologiyalardan və kommunist qüvvələrdən dəstək alır. O, xarici ölkələrdən maddi yardım alaraq narkotik və insan qaçaqmalçılığını təşkil edir, vergi adı altında Türkiyə və Avropadakı biznesmenlərdən pul alır və adam oğurluğu ilə fidyə yığır.

7. Kommunist ideologiya təməl olaraq terroru, şiddəti əsas götürür. Rusiya, Çin, Kamboca, Vyetnamda olan bütün kommunist inqilablar qan, mərhəmətsizlik və vəhşilik üzərində qurulmuşdur. PKK da eyni mərhəmətsiz zehniyyətin davamıdır. İRA heç bir terror hərəkatiıda bilavasitə qadın və uşaqları hədəfə almamışdır. Kəndlərə basqın edib, yandırıb viran qoymamışdır. Beşikdəki körpələri, hamilə qadınları soyuqqanlılıqla öldürməmişdir. PKK-ya gəldikdə isə yalnız təşkilat daxilində cəzalandırılaraq öldürülən hərbçilərin sayı 17000-dir. PKK ucbatından yüz minlərlə kürd evindən, yurdundan köç etmişdir.

İngiltərə Şimali İrlandiyada təşəbbüsü heç vaxt əldən buraxmadı

İngiltərə prosesin öz içinə girərək nəticə əldə etdi. O, irlandiyalıların böyük bir qisminin İRA-da üzv olmasına nail oldu. Xalqı maarifləndirdi, yerli təbliğat kanallarını istifadə etdi. Eynilə İRA kimi birləşmə tərəfdarı “Paramilitar” təşkilatlar (UUP, UDA, UVF) qurdu. İRA içində ayrılıq saldı. 1950-ci illərdən sonra İRA orijinal İRA, kəndli İRA, həqiqi İRA, son İRA kimi bir çox hissələrə bölündü. İngiltərə müstəqillik cərəyanlarını İrlandiya xalqından 50 il boyunca uzaq tutdu. Şimali və Cənubi İrlandiya küçələrini hər zaman özünə bağlı təhlükəsizlik qüvvələrinin nəzarətində saxladı. Bunun nəticəsində müstəqillik istəkləri hər zaman marjinal olaraq qaldı, xalq içində möhkəmlənə bilmədi.

İngiltərə 500 illik bir müstəqillik müharibəsi aparan İRA qarşısında bir qarış torpaq itirmədi. İngiltərə İrlandiyada hərbi, iqtisadi baxımdan ən güclü olduğu mühitdə danışıqlara başladı. Öz şərtləri diktə etdirdi. Yorulmuş, cəmiyyətin dəstəyini itirmiş, ideologiyası qalmamış, heyətləri yaşlanmış İRA sonda ingilis diplomatiyasının əmrlərini tətbiq etmək məcburiyyətində qaldı.

Şotlandiya referendumu da hər kəsə gözəl bir dərs oldu. Uilyam Vallasdan (William Wallace) bəri 1000 il davam edən Şotlandiya müstəqillik ideyası bir daha açılmamaq üzrə bağlandı. Onsuz da artıq şotland, irland, ingilis xalqları Avropa İttifaqı (Aİ) içində əriyib-gedirlər. Avropa İttifaqının pasportunu istifadə edir, AİHM, Avropa Şurası və Avropa İttifaqı Parlamentinin qərarlarını öz qanunlarından üstün səviyyəli hesab edirlər. Birləşmiş Avropa milli müstəqillik mübarizələrini “arxivlərinə” atıblar.

Nəticə

Bu gün bəzi qüvvələrin PKK-nın, kürd millətçi demokrat bir hərəkat olduğunu iddia etmələrinin bir sıra mühüm səbəbləri var. Kommunizmə, ateizmə və terrora nifrət edən dindar kürd xalqının kommunist bir hərəkatı dəstəkləməsi qeyri-mümkündür. PKK dindar xalq qarşısında müstəqillik hərəkatını inkişaf etdirə bilməz, dövlətdən də muxtariyyət, federasiya tələb edə bilməz. Bu səbəbdən 90-cı illərin ikinci yarısından etibarən PKK özünə millətçi görünüşü verməyə çalışır. Bu siyasətlə həm kürd xalqından, həm də ABŞ və Qərb ölkələrindən lazım olan dəstəyi alaraq məqsədini həyata keçirməyə çalışır. Buna görə də PKK-nı bir sıra milli separatçı hərəkatlara bənzətməyə çalışırlar. Bu, əslində, kommunist ideologiyanın quru təbliğat üsullarından sadəcə biridir.

Yenə də bütün bu özünügizlətmə səyləri nəticəsiz qalmışdır. Çünki PKK-nın marksist-leninist mövqeyi onsuz da hamıya məlum olan həqiqətdir. Separatçı terror təşkilatı olan PKK Türkiyə Respublikası tarixindəki ən böyük kommunist inqilabi hərəkatdır. Hədəfləri Türkiyədən torpaq ələ keçirməklə müstəqil Kommunist Kürdüstan dövləti qurmaq, sonra Türkiyənin kommunist federal hissələrə bölünməsinə nail olmaq, daha sonra isə Yaxın Şərqdə və bütün dünyada kommunizmi hakim etməkdir. Öcalanın "21-ci əsrin Leniniyəm" deyərkən nəzərdə tutduğu şey bu əsrdə bütün dünyanın tək kommunist lideri olmaq arzusudur. Stalinist terror təşkilatı PKK bu hədəfləri istiqamətində etdiyi hərəkətlərlə 30 illik müddət ərzində on minlərlə günahsız vatandaşımızı şəhid etmiş, bölgəyə sərmayə yatırılmasına mane olmuş, yüz minlərlə insanın köç etməsinə səbəb olmuşdur. Hər kommunist inqilab kimi yekun hədəf marksist-kommunist qaydalarla idarə olunan müstəqil bir dövlət qurmaqdır.

Türk deyildikdə türkmən, kürd, laz, çərkəz, ərəb, boşnak, alban, roman, gürcü, erməni, rum, suriyalı, yəhudi, şiə, sünni başda olmaqla bir çox etnik qrup və inancdan olan insanın ortaq məqsəd və ideallar çərçivəsində olan bir birliyi başa düşülür. Avropa ölkələri əsrlər boyunca türk adını müsəlman mənasında istifadə etmişlər. Türk milləti deyəndə irqlərə, rənglərə görə deyil, təqvaya görə üstünlüyə əhəmiyyət verən mənəviyyat sahiblərinin güclü birliyi ağıla gəlir. Marksist-leninist-kommunist PKK-ya güzəştə gedərək federasiya subyektinə çevrilmək həll yolu deyil, parçalanmağa gətirib çıxaracaq bir yoldur. Türkü ilə, kürdü ilə imanlı millətimizin düşüncəsi bu istiqamətdədir və parçalanmağa da Allah’ın izni ilə heç vaxt icazə verməyəcək.

Adnan Oktarın News Rescue'da yayımlanan məqaləsi:

http://newsrescue.com/there-are-no-similarities-between-the-ira-and-the-pkk/


PAYLAŞIN
logo
logo
logo
logo
logo