Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti
(15 mart 2013; 11: 00)
Adnan Oktar: Allah: "Əgər siz bunu etməsəniz (bir-birinizə yardım etməz və dost olmasanız), yer üzündə fitnə və böyük fəsad baş verər" deyir (Ənfal surəsi, 73). Mövhumatçılar nə edir? Ən kiçik səbəbdən ötrü müsəlmanlardan uzaqlaşırlar. Məsələn, ələvidir deyib, uzaqlaşır. Bektaşidir deyib, uzaqlaşır. Şiədir deyib, vəhhabidir deyib, uzaqlaşır. Yaxud, "başı açıqdır" deyir. Demək olar ki, başı açıqdır deyə kafir elan edəcək. Yaxud, belə ki, kişi də olsa saqqalının ölçüsünə görə ona müxalif çıxır. Məhz ayənin hökmü budur. Baxın; "yer üzündə fitnə və böyük fəsad baş verər". Dövrümüzdə bu fitnə də baş verdi, fəsad da oldu. Müsəlmanlar həm böyük fəsada uğradılar, həm də böyük fitnə yaşandı yer üzündə. Bu mövhumatçıların yanlış münasibətindən qaynaqlandı. Bu ayənin hökmünə girdilər. Məsələn, televiziya proqramlarına baxıram. Bir-birlərinə qəribə təcavüzkar üslubla hücum edirlər. Çox çirkin sözlərlə bir-birlərinə hücum edirlər. Bir-birini sevən çox nadir olur. Lakin inkar edənlərə baxdığımız vaxt, həqiqətən bir-birlərini qoruyub himayə etdiklərini görürük. Çox diqqətli olurlar, məsələn, biriylə əlaqədar bir şey olduqda, birlikdə ittifaq etdiklərini, böyük dəstək olduqlarını Allah bizə ayədə göstərir. Hökmdə göstərir, televizorlarda, radiolarda hər yerdə görürük. İnkar edənlər bir-birlərinə qəribə bağlı olurlar. Lakin müsəlmanlarda bir-birinə bağlılıq olmur. Bunun nəticəsində də fitnə və fəsad baş verir. Həmçinin insanlar bu ayənin hökmünü gördülər. Həqiqətən böyük fitnə və böyük fəsad baş verdi.