Adnan Oktarın 16 may 2010-cu il tarixli Kanal Avropa müsahibəsindən
Adnan Oktar: Nuhun gəmisi Ağrı dağının müəyyən bir bölgəsinə gəlib dayandı. Bu gəminin qalıqları gələcək nəsillərə qalmalıdır ki, insanlar bundan ibrət götürsünlər. Allah ayədə nə deyir? Şeytandan Allaha sığınıram; “Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq”. Buradan gəminin taxta və mismarlarla inşa edildiyini görürük. Təkcə gəminin xüsusiyyətinə baxdım, həqiqətən buxarlı bir gəmi deyil. Biz əvvəlcə “görəsən bu buxarlı bir gəmi ola bilərmi” demişdik. “Təndir qaynayıb daşdığı zaman”. Təndir qaynadı, yəni yerdən sular qaynadı, göydən də yağış yağdı. Buradan “Təndir” sözünün, yerdən sular fışqırmağa başladığı mənasını verdiyi aydın olur. Və yaxud gəminin içində bir qazan vardır, yemək qazanı vardır o qaynamağa başlamışdır ondan sonra tufan başlamış ola bilər. Amma bir buxarlı gəmi olmadığını gördük. Taxtadan, çox böyük, bir çox qalın dirək yan-yana bağlanaraq düzəldilən, möhkəm dəniz və ya çay nəqliyyat vasitəsi tərzində düzəldilmiş nəhəng bir gəmidir. Otaqlardan ibarətdir. İnsanların qaldığı hissələrlə heyvanların mühafizə edildiyi hissələr bir-birindən ayrıdır və bir çox otağını hələ də girmək mümkün olmayıb. Otaqlarda Nuha göndərilmiş səhifələr, Nuhun istifadə etdiyi əşyalar da ola bilər. Qab-qacak, bəylik əşyalar bir çox şey ola bilər. Bunları da görəcəyik inşaAllah. Amma təbii ki, əşyaların zərər görməməsi üçün çox diqqətli iş aparılmalıdır. “(Özü və gətirdikləri) İnkar edilmiş peyğəmbərə (Nuha) mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi”, bax “Gözlərimiz önündə üzüb gedirdi” gəmi gedir. Bütün müsəlmanlar gəminin içində. “Özü və gətirdikləri" yəni özü və yoldaşları, möminlər. “İnkar edilmiş peyğəmbərə (Nuha) mükafat olaraq”. Yəni Nuh (ə.s.)-a nankorluq edildi. Allah ona bir mükafat olaraq o neməti verir. Gəmiylə birlikdə xoşbəxt bir şəkildə gedirlər. Nuhun gəmisinin üzəri də tavan kimi bağlıdır. Yəni yağış tökülməməsi üçün üzəri dam kimi bağlıdır, bağlı bir qutu kimidir. Elə düşünün. Suya qarşı dözümlüdür. Suyun girməyəcəyi qədər dözümlüdür. Baxın, indi Qəmər surəsi 15-ci ayəyə diqqət yetirin: “And olsun ki, Biz onu ibrət üçün saxladıq. Amma heç bir ibrət alıb düşünən varmı?!" Allah: "And olsun," deyir, and içir, “Biz onu ibrət üçün saxladıq”. Yəni “Dəlil olaraq saxladıq”, deyir. “Amma heç bir ibrət alıb düşünən varmı?!” Baxın, hal-hazırda da “gəmi tapıldı. Düşünün” deyirik. Allah: “heç bir ibrət alıb düşünən varmı?!” -deyir. Biz əlhəmdülillah öyüd alıb düşünürük. Allah öyüd-alıb düşünməyənlərə diqqət çəkir. Çünki bax, Allah: “ibrət üçün saxladığım gəmini görəcəksiniz” -deyir. İndi, hocama izah edim bir az ağlı açılsın. İndi deyir ki, “su o yüksəkliyə çıxmaz”. Biz də deyirik ki, qardaşım biz gəmiylə gəldik, Ağrı dağının hər hansı bir yüksəkliyində gəmi dayandı. İndi Allahdan vəhy var. "Gəmini mühafizə edəcəksiniz”, deyir. “Gəmini saxlayın, sonrakı nəsillər görəcək”. Biz indi nə edərik? Deyərik ki, bura yüksək yerlərdir, dağın yüksəkliyi çox soyuq olar. Bu taxtanı yüksəyə aparsaq bunun mühafizəsi daha asan olar, elə deyilmi? Çox mükəmməl olar. Bəlkə də Allah Nuh (ə.s)-a, gəmini yüksəyə aparmasını vəhy etdi, ürəyinə ilham etdi. Ürəyinə bir məlumat olaraq gəldi. Düşündü və elə qərar verdi. Bir də bu ərazi vulkanik ərazidir. Çünki volkanik ərazidə çürüməyə və xarab olmağa qarşı maddələr var. Buna görə indi nə etməliyik? 2 kilometr hündürlüyə çıxmaq lazımdır. Gəmi neçə parçadan düzəldilmişdir? 40 parçadan düzəldilmişdir. Eyni şəkildə müsəlmanlar gəmini 40 yerə bölüb oraya aparıb yenidən birləşdirərlər. Mühafizə olunacaq şəkildə də vulkanik torpaqla üzərinə örtərlər. Bunu da ən uyğun yerdə edərlər. Bunun üsulu budur.
Ənkəbut surəsi, 15-ci ayə: “Beləliklə Biz Nuhu və gəmidə olanları xilas etdik və bunu aləmlər üçün bir ayə etdik”. Yəni “dəlil etdik”. “Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt” (Hud surəsi, 37) Vəhylə. Yəni, necə edəcək, taxtanı hara qoyacaq, neçə hissədən meydana gələcək, hamısını Allah vəhylə etdim deyir. Vəhy edilərək, yəni özünün mühəndislik məlumatına söykənərək deyil. Nuh (ə.s.) vəhylə hərəkət etmişdir. Allah: “Zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə)” (Hud surəsi, 37) -deyir. “Çünki onlar suda boğulacaqlar!” Yəni Allah: "Mənim bağışlamağımı gözləmə, Mən gərəyini edəcəyəm, Mən intiqam alacağam, yəni Mənə o mövzuda müraciət etmə, dua etmə” –deyir. “Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir”. Yəni, “Allahın əmri ilə olacaq” -deyir. “Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Hud surəsi, 41) “Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman”. Bax, dağlar kimi dalğalar, kiçik dalğa deyil. Yəni 15 metrlik, 20 metrlik, 30 metrlik dalğalar, 40 metrlik nəhəng dalğalar. Gəminin bu nəhəng dalğalara qarşı tab gətirməsi də möcüzədir. “Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”” Oğlu nə dedi? “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” -deyir. Dağı da su örtdü. Suyun səviyyəsinin aşağı olduğunu deyənlər var. Amma suyun səviyyəsi aşağı deyildi. Yəni böyük bir sel meydana gəldi. Dağı örtəcək qədər böyük oldu. “Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu”. Dağın üstündə durdu. “Sonra deyildi: “Məhv olsun zalım adamlar!”” inşaAllah. Bax Allah: “Gözlərimiz önündə üzüb gedirdi” -deyir. inşaAllah. “Biz göyün qapılarını leysan yağışı ilə açdıq”. Yəni günlərlə davamlı su, yağış yağır. Amma güclü bir yağış. Bax “leysan yağış” -deyir, gecəli gündüzlü. Bu səbəbdən yığılan hər yerdə sular sel meydana gətirdilər. Bir ehtimalda var ki, o zamanlar böyük bir su hövzəsi və yaxud böyük dənizlərdən biri bəndini aşaraq suyu ətrafa yayıldı. O tərəfə doğru dəniz də boşalmış kimi görünür. Doğrusunu Allah bilir. Onsuz da aparılan elmi araşdırmalarla da tufanın baş verdiyi dəqiqləşdi. Bilmirəm Nəcmi yoldaşımızın “Radikal”dan xəbəri varmı, yoxsa yox? Onun xəbəri yoxdur. Nuh tufanın həqiqət olduğu, yer təbəqələrinin araşdırılmasıyla, layların araşdırılmasıyla təsbit edildi. Qəti şəkildə bir tufan baş vermişdir. Və verilən tarixdə olmuşdur. Bu mövzuda elm adamları ittifaq halındadır, bunun əksinə iddia edən yoxdur. Adamlar zənn edir ki, gəmi o qədər yüksəyə çıxmaz. Qardaşım, parçalara ayırıb apararsan, aparmayacaq bir şey yoxdur. Allah Allah. Adamlar daşına bilən ev düzəldirlər, parçalayıb gətirib, böyük evi qururlar. İsveçrədə filan dağ evləri düzəldirlər, elələri yoxdurmu? Evi vertolyotla bütöv mü götürüb gətirirlər, tavana qoyurlar; elə olmur elə deyilmi? Məsələn evi 50-60 parça halına gətirib, birləşdirirlər, böyük ev olur. Qısa müddətdə bitirirlər. Bu şəkildədir, Nəcmi yoldaşımız. Bəli. “Yeri yarıb bulaqlar qaynatdıq”. Yəni yerdən də su çıxardım. Yəni sellər şəklində, yaxud dənizin bəndini yarıb aşması kimi. Məsələn, dəniz çox sel olduğu üçün, çox su olduğu üçün bir boğaz ayrılır, yaxud dar bir keçidlə ayrılaraq oranı da aşıb keçir. “Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu”. Bax burada Allah açıqlayır: “sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu”. Yəni bir nöqtədən partlatdıqdan sonra, o biriləriylə birləşir. Nəhəng bir sel meydana gəlir. Allah: “...qovuşdu” -deyir. “Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik”. Böyük bir gəmi. “Təndir qaynadığı zaman” dedikdə mən sadə bir buxarlı bir sistem ola biləcəyini zənn etdim, yəni zənn etdim ki, sadə bir texnologiya ilə bu mümkündür. Amma baxdığımız qədəriylə belə deyil. Yəni, yalnız nəhəng bir taxta halında, su hara axsa oraya gedəcək kimi. Allah onu, o suyu hara aparsa, o şəkildə. Necə ki, Allah Cudi (Ağrı Dağını) dağını uyğun bildiyinə görə gəmini də oraya gətirib saxlamışdır. inşaAllah.