Nuh surəsi: Hz. Nuh hekayəsində Axırzamana işarələr
ucgen

Nuh surəsi: Hz. Nuh hekayəsində Axırzamana işarələr

1893

Adnan Oktarın 12 dekabr 2009-cu il Kanal Urfa və Kral Qaradəniz TV-dəki reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Nuh surəsində, baxın Nuh deyir ki; "lakin dəvət etməyim", şeytandan Allaha sığınıram, "bir qaçışdan başqasını artırmadı. "Məsələn, biz də bəzən təbliğ edirik, lakin insanlar bizdən qaçırlar, bax, Nuh da deyir ki, "bir qaçışdan başqasını artırmadı". Allah deyir "dinsizlər müsəlmanlardan aslandan ürkmüş çöl eşşəyi kimi qaçar". Çöl eşşəyi şiri görəndə necə dəli kimi qaçırsa, dinsiz ateistlər də imanlı müsəlmanı  görəndə elə qaçır deyir, yəni ümumi mənada deyir, yoxsa dinləyənlər də olar amma ümumi məna əsasdır. Allah böyük bir hissəsinin qaçdığını söyləyir. Qaçarlar deyir, həqiqətən, biz də qarşılaşırıq, adam bir an əvvəl qaçmaq fikrinə düşür. "Doğrusu, mən onları bağışlamağın üçün hər dəvətimdə barmaqlarını qulaqlarına tıxadılar". Yəni dinləmək istəmədilər deyir. "Örtülərini başlarına çəkdilər və böyüklük göstərdikcə, böyüklük göstərib müqavimət göstərdilər". Eqoistlik və qürur göstərirlər, böyük dağları mən yaratdım deyərmiş kimi, Əstəğfirullah. "Sonra onları açıq-açıq dəvət etdim". Məsələn, biz də  televiziyadan, radiolardan açıq-açıq dəvət edirik . "Daha sonra onlara açıqca elan etdim". Quranı, İslamı, iddiasını, o zamankı haqq kitab nədirsə onu, yəni  Quranı. Dinləyicilərin anlamaları üçün söyləyirəm. "Və özlərinə gizli yollarla da yanaşmaq istədim". Yəni xüsusi söhbət etmək istəmişdir, tək danışdım deyir. Birə-bir gizlicə də izah etdim deyir. Amma heç bir şəkildə dinləmirlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo