ADNAN OKTAR: Nuhun gəmisi gəldi məsələn, Ağrı dağının müəyyən bir bölgəsinə gəldi, dayandı. İndi bu gəminin irəlidəki nəsillərə qalması lazımdır. Yəni insanlar bundan ibrət götürəcəklər. Allah ayədə nə deyir, şeytandan Allaha sığınıram; "Və onu da taxtalar və mismarlar(la tikilmiş gəmi) üzərində daşıdıq;" taxta və mismarlarla tikilmiş. Tək gəminin xüsusiyyətinə baxdım, həqiqətən, buxarlı bir gəmi deyil. Biz daha əvvəl "görəsən belə ola bilərmi" demişdik. Buxarlı bir gəmi. "Təndir qaynadı". Təndir qaynadığından həmin yerdən sular qaynadı. Göydən də yağış, amma "Təndir", yerdən sular fışqırmağa başladığı, o mənanı verdiyi aydın olur. Və yaxud gəminin içində bir qazan vardır, yemək qazanı vardır o qaynamışdır, başlamışdır ondan sonra tufan başlamış ola bilər. Amma bir buxarlı gəmi olmadığını gördük. Taxtadan, böyük, çox böyük bir sal tərzində edilmiş nəhəng bir gəmidir. Otaqlardan ibarətdir. İnsanların qaldığı hissələr ayrı, heyvanların mühafizə edildiyi hissələr ayrıdır və bir çox otağına girilə bilmədi. Otaqlarda Nuha gəlmiş olan səhifələr, Nuhun istifadə etdiyi əşyalar da ola bilər. Qab-qacaq, bəylik əşyalar, bir çox şey tapıla bilər. Bunları da görəcəyik, inşaAllah. Amma, əlbəttə ki, çox diqqətli iş görülməsi lazımdır. Təxribat olmaması lazımdır. "Gözlərimizin qarşısında axıb-getməkdə idi. (Özü və gətirdikləri) İnkar edilmiş-nankorluq edilmiş olan (Nuh)a bir mükafat olmaq üzrə". Bax, "gözlərimizin qarşısında axıb-getməkdə idi", gəmi gedir. Bütün müsəlmanlar gəminin içindədirlər. "Özü və gətirdikləri", yəni özü və yoldaşları, möminlər. "Nankorluq edilmiş olan (Nuh)a bir mükafat olmaq üzrə". Yəni Nuh (ə.s)-a nankorluq edildi. Allah ona bir mükafat olaraq o neməti verir. Gəmiylə birlikdə xoşbəxt bir şəkildə gedirlər. Nuhun gəmisinin üzəri də tavan kimi bağlıdır. Yəni yağışın dəyməməsi üçün üzəri bağlıdır, dam kimi bağlıdır, bağlı bir qutu kimidir. Elə düşünün. Suya qarşı dayanıqlıdır. Suyun girməyəcəyi kimi. "And olsun," baxın diqqət yetirin indi Qəmər surəsi, 15. "And olsun, Biz bunu bir ayə olaraq buraxdıq". Baxın, bir daha söyləyirəm. Allah "and olsun," deyir and içir, "Biz bunu bir ayə olaraq buraxdıq". "Sübut olaraq buraxdıq", deyir. Allah "lakin öyüd alıb-düşünən varmı?" deyir. Baxın, bu anda da "gəmi çıxdı. Düşünün" deyirik. Allah "öyüd alıb-düşünən varmı?" deyir. Biz Əlhəmdülillah alıb-düşünürük. Amma öyüd-alıb düşünməyənlərə Allah diqqət çəkir. Çünki bax, Allah "gəmini ayə olaraq buraxacağam və görəcəksiniz" deyir. İndi baxın, hocama şərh edim bir az başı açılsın. İndi deyir ki, "su o yüksəkliyə çıxmaz." Biz də deyirik ki, qardaşım, biz gəmiylə gəldik Ağrının hər hansı bir yüksəkliyində gəmi dayandı. İndi Allahdan vəhy var. "Gəmini mühafizə edəcəksiniz," deyir. "Gəmini saxlayın, irəlidəki nəsillər görəcək". İndi nə edərik? Deyərik ki, bura yüksək yerlərdir, dağın yüksəyi çox soyuqdur, xeyli soyuq olur. Bu, taxtadır, yüksəyə aparsaq, bunun mühafizəsi daha asan olar, deyilmi? Çox mükəmməl olar. Allah, bəlkə də, vəhylə bildirdi, yüksəyə aparmasını, bəlkə də, Allah ürəyinə ilham etdi. Ürəyinə bir məlumat olaraq gəldi. Düşündü və elə qərar verdi. Yəni yüksək bir yer. Həmçinin ərazi vulkanik ərazidir. Çünki o vulkanik ərazi də içində çürüməyə və pozulmağa qarşı maddələr daşıyır, o istiqamətiylə də tamamdır. İndi nə edəcəyik? 2 kilometr daha yuxarıya çıxması lazımdır. 2 kilometr. Gəmi neçə parçadan meydana gəlmişdir? 40 parçadan meydana gəlir. Eyni şəkildə gəmini 40-a bölər. Müsəlmanlar oraya apararlar, yenidən düzəldərlər. Daha yuxarı möhkəm bir yerdə, deyilmi? Vulkanik torpağı da üzərinə kənarlardan tökərlər, deyilmi? Mühafizə kimi. Tam uyğun yerə, ən uyğun yerə. Üzərini də bağlayarlar. Ədəbi üsulu budur.
Ənkəbut surəsi, 15: "Beləcə, Biz Nuhu və gəmi xalqını qurtardıq və bunu aləmlərə bir ayə etmiş olduq". Allah "dəlil etdik" deyir. "Bizim nəzarətimiz altında və vəhyimizlə gəmini emal et". Allah necə edəcək, taxtanı hara qoyacaq, neçə hissədən olacaq, gövdəsi necə olacaq, hamısını vəhylə etdim deyir. Vəhy edilərək, yəni özünün mühəndislik bilgisinə əsaslanan deyil. Nuh (ə.s) vəhylə hərəkət etmişdir. Allah "zülm edənlər mövzusunda Mənə müraciət etmə" deyir. Yəni "Mənim bağışlamağımı gözləmə. Mən gərəyini edəcəyəm" deyir. "Çünki onlar suda boğulacaqlar". "Mən intiqam alacağam, yəni Mənə o mövzuda vasitəçi olma, dua etmə" deyir. Hud surəsi, 37. "Dedi ki: "Ona minin. Onun üzməsi də, dəmir atması (dayanması) da Allahın adıyladır". "Allahın deməsiylə olacaq" deyir. "Şübhəsiz, mənim Rəbbim bağışlayandır, əsirgəyəndir". Hud surəsi, 41. "(Gəmi) Onlarla dağlar kimi dalğa(lar) içində üzürkən" Bax, dağlar kimi dalğalar, kiçik dalğa deyil. Yəni 15 metrlik, 20 metrlik, 30 metrlik dalğalar nəhəng, 40 metrlik dalğalar. Gəminin ona dözməsi də bir möcüzədir. "(Gəmi) Onlarla dağlar kimi dalğa(lar) içində üzərkən Nuh bir kənara çəkilmiş olan oğluna səsləndi: "Ey oğlum, bizimlə birlikdə min və kafirlərlə birlikdə olma". Oğlu nə deyir? "Ata, mən dağa sığınaram, dağ məni qurtarar" deyir. Dağı da su örtdü. Dağı su örtdü. Deyirlər ki, bunlar, "elə şey olarmı, alçaqdır" və s. deyirlər. Alçaq deyil. Yəni böyük bir sel meydana gəldi. Elə su basqını meydana gəldi. Yəni dağı basacaq qədər böyük oldu. "Deyildi ki: "Ey yer, suyunu ud və ey göy, sən də tut. Su çəkildi, iş bitirildi, (gəmi də) Cudi (dağı) üstündə dayandı". Dağın üzərində dayandı. "Və zalımlar birliyinə də: "Uzaq olsunlar" deyildi". İnşaAllah. Bax, Allah "gözlərimizin qarşısında axıb getməkdə idi" deyir. İnşaAllah. "Biz də "stəkandan boşalırmış kimi axan" bir su ilə göyün qapılarını açdıq". Yəni günlərlə su, yağış yağır. Amma böyük bir yağış. "Bax stəkandan boşalırmış kimi" deyir, gecə-gündüz. Bu səbəbdən yığılan hər yerdə sel meydana gətirirlər. Ehtimal olunur ki, o zamanlar böyük dənizlərdən biri bəndini dağıdıb, müəyyən bir yerdən bəndini uçurdub, dəniz də boşalmış kimi görünür. Dəniz də o tərəfə doğru boşalmış kimi görünür. Aparılan elmi araşdırmalarla da tufanın olduğu dəqiqləşdi. Bilmirəm, Radikaldan o yoldaşın, Nəcmi dostumuzun xəbəri varmı? Deyilmi? Onun xəbəri yoxdur. Nuh tufanının gerçək olduğu, yerin təbəqələrinin araşdırılmasıyla, layların araşdırılmasıyla təsbit edildi. Bir tufan qəti olmuşdur. Və verilən tarixdə olmuş, o dəqiqdir. Bu mövzuda bir fikirdədirlər, bunun əksini iddia edən yoxdur. Adamlar zənn edir ki, gəmi o qədər yüksəyə çıxmaz. Qardaşım, parçalara ayırıb apararsan, aparılmayacaq bir şey yoxdur. Allah Allah. İnsanlar səyyar ev düzəldirlər, parçalayıb gətirib böyük ev qururlar. Dağ evləri edirlər, İsveçrədə və s. yoxdurmu? Bütöv evi vertolyotla götürüb gətirirlər, tavana qoyurlar; elə olmur, deyilmi? Məsələn, evi 50 parça, 60 parça halına gətirirlər. Təmir edirlər, böyük ev olur. Qısa müddətdə bitirirlər. Bu şəkildədir, Nəcmi yoldaşımız, hocamızmı, qardaşmı deyim, dosent həkim. Bəli. "Yeri də coşğun qaynaqlar halında fışqırtdıq". Allah "yerdən də su verdim" deyir. Yəni sellər şəklində, yaxud dənizin bəndini partladıb keçməsi kimi. Məsələn, bir boğaz ayrılır, yaxud dəniz dar bir keçidlə ayrılır, oranı da uçurdur, oradan da keçir. Çoxlu sel olduğu üçün, çoxlu su olduğu üçün. "Su, təqdir edilmiş bir işə qarşı hökmümüzü reallaşdırmaq üzrə birləşdi. "Bax, burada Allah açıqlayır "təqdir edilmiş bir işə qarşı hökmümüzü reallaşdırmaq üzrə birləşdi" deyir. Yəni bir nöqtədən partlatdıqdan sonra, o biriləriylə birləşir. Nəhəng bir sel meydana gəlir. Allah "...birləşdi" deyir. "Və onu da taxtalar, mismarlarla tikilmiş gəmi üzərində daşıdıq". Böyük bir sal, çox böyük bir sal. Hadisə budur, inşaAllah. Mən, görəsən, "təndir fışqırdı" deyincə belə sadə bir buxarlı bir sistem inkişaf etdirmiş ola bilərlər yəni; sadə bir texnologiyayla mümkündür, yəni olmayacaq bir şey deyil. Amma baxdığımız qədəriylə deyil. Yəni yalnız nəhəng bir sal halında, hara gedərsə oraya gedəcək kimi. Allah onu, artıq o suyu hara aparsa onu o şəkildə. Necə ki, Allah Cudi dağını uyğun hesab etmiş, Ağrı Dağını, oraya gətirib qoymuşdur. İnşaAllah.
(Adnan Oktarın 5 iyun 2010-cu il reportajından şərhlər)