PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN HƏDİSLƏRİNDƏ MARMARAYA İŞARƏLƏR VARDIR
Baxın, Peyğəmbərimiz (s.ə.v)-in hədisində Marmaray ilə əlaqədar nələrə diqqət çəkir? Əvvəla “İstanbulda olacaq” deyir Peyğəmbərimiz (s.ə.v). “İki sahili birbirinə bağlayacaq” deyir. Yəni, boğazda bir keçid olacağını deyir. “Dik” deyir, Peyğəmbərimiz (s.ə.v). “Dimdikdir yolu” deyir. Yəni, “Döngəli bir yol deyil” deyir. “Dimdik” buna diqqət çəkmiş deməli. “Bu yoldan şəhərə girilir” deyir, birbaşa. Buna diqqət çəkmiş. Hədisdə, Allah anılaraq, təkbirlər ilə, dualar ilə açılacağını söyləyir. Suyun, bu olan yerdən uzaqda olacağını deyir. Bu keçilən yerdən uzaqda olacağını deyir, ki 60 metrdən çoxdur məsafə. Yeni bir yol açma hadisəsindən bəhs edir; “Yol açılar” deyir. Olmayan bir yolun açıldığı deyilir. Hədisdən bir tunel kimi yolun açıldığı aydındır. Peyğəmbərimiz (s.ə.v) xalqın bu yolu istifadə edəcəyini söyləyir. Qupquru bir yoldan qarşıya keçiləcəyini deyir. Dənizin içindən keçəcəyini söyləyir, yəni dənizin altından keçəcək. Bu açılış anında da bayraqların olacağını deyir. Açılış keçirilən yerin iki ucunda da bayraqların olacağını deyir.
Həmin dövrdə orada məscidlərin olacağını deyir. Yəni, açılan yerdə məscidlərin olacağını və yeni-yeni məscidlərin açılacağını deyir və bu açılan yerdə də bürcləri olacağını deyir. Yəni, bu yolun yaxınlığında bürclərin, məscidlərin olacağını deyir.
Həmin dövrdə iblisin Şamda uşaqları və qadınları öldürəcəyini və böyük bir qətliam baş verəcəyini deyir. İndi bu dəhşətli bir möcüzədir. Bunlar hədisdə incə-incə, abzas-abzas keçir. Hamısını bir araya gətirəndə mənzərə çox aydın şəkildə ortaya çıxır. Bu məsələlər hədislərdə dağılmış şəkildədir, amma, bir yerə gətirdiyimizdə qorxunc bir hadisə ilə qarşılaşırıq.
HÖRMƏTLİ ADNAN OKTARIN ƏHZAB SURƏSİ VƏ ALİ-İMRAN SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
Əhzab surəsi, 7-ci ayə
“Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq.”
“Biz peyğəmbərlərdən əhd almışıq; Peyğəmbərimiz (s.ə.v)-ə deyir, bax, Peyğəmbərimiz (s.ə.v)-ə xitabdır. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq.”
Peyğəmbərimiz (s.ə.v)-in kömək edəcəyi bir elçi var. Allah Peyğəmbər (s.ə.v)-dən söz alıb. Çünki bir elçi yoxsa, Peyğəmbərimiz (s.ə.v) niyə söz versin? Bir Mehdi, mürşid gələcək və Peyğəmbərimiz (s.ə.v) ona kömək edəcək. Necə kömək edir? Hədisləri və möcüzələri ilə. “Xarici görünüşü belə olacaq, forması belə olacaq.” Bunlar baş verəndə bu, Mehdi (ə.s)-ın kəraməti, Peyğəmbərimiz (s.ə.v)-in də möcüzəsi olar. Və fövqəladə bir köməkdir bu. Peyğəmbərimiz (s.ə.v)-in möcüzələri Mehdi (ə.s)-a köməyi, hz Mehdi (ə.s)-ın Qurandan sonrakı ən böyük mənəvi silahıdır. Hz. İsa Məsih (ə.s)-dan da söz alınır. Hz. İsa (ə.s) da heç kimə kömək etmədi. Peyğəmbərimiz (s.ə.v) nə deyir? “İsa Məsih, Mehdinin vəziridir.” Ayə tam bu istiqaməti ilə reallaşacaq, inşaAllah.
Ali İmran surəsi, 101-ci ayə
“Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.”
“Sizə Allahın ayələri oxunduğu,” Quran ayələri; xurafat, mənasız sözlər, uydurmalar deyil, Allahın ayələri oxunarkən. Quranda başqa heç bir hökmlə qarşılaşmazsan. Həmişə Allahın ayələrinə, Qurana diqqət çəkilir. Yüzlərlə ayəyə, həmişə Qurana. Heç bir şəkildə xurafata diqqət çəkilməmişdir. Çəkilib də; tənqid edərək, fitnə və bəla olduğunu söyləyərək diqqət çəkilmişdir və uyanların da cəhənnəmə girəcəyi deyilmişdir. Allah tərəfindən cəhənnəmə atılacağı deyilmişdir.
“Onun Elçisi sizinlə olduğu bir vaxtda,” Peyğəmbərimiz (s.ə.v). “Siz necə küfr edirsiniz?” deyir Allah. Necə olur ki, xurafatlara gedirsiniz? “Kim Allaha möhkəm bağlanarsa,” Nədir bu? Quran. Qurana möhkəm bağlanarsa. Qurana sarılmaq, Allaha sarılmaq olur. “Uhretul vuska Hablullahul metin”; Allahın qopmaz və qoparılmaz ipi. “Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.” Sırat-ı Müstakim. Fatihədə keçən Sırat-ı Müstakim. Allahın dopdoğru yolu, dümdüz yolu.
Başqa cür, İslam aləminin başına gələn bəlaların səbəbi, doğru yolu qoyub, döngələrə girdilər. Hər döngədə bir müsibətlə üzləşdilər. Hər döngədə bəlayla qarşılaşmağa davam edirlər.
Ali İmran surəsi, 102-ci ayə
Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun.” Allahdan qorxun, çəkinin və “Qurana tam əməl edin” deyir Allah. “Və ancaq müsəlman olduğunuz halda ölün!” Müsəlman olaraq. Yəni, başqa bir inanc, başqa bir məzhəb, başqa bir ağıl, başqa bir yol üzərində yox. Sadəcə müsəlman olaraq. Yəni, “Qurana əməl edən müsəlman olaraq ölün” deyir Allah; Qurana əməl edən müsəlman. Burada çox böyük bir təhdid var, diqqət edilməlidir. “Məzhəbə görə” demir Allah, “Saf Qurana əsaslanan İslama görə ölün” deyir Allah.
Ali İmran surəsi, 103-cü ayə
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.”
“Hamınız Allahın ipindən möhkəm yapışın” Allahın ipi nədir? “Uhretul vuska Habbullahul metin.” Allahın qopmaz və qoparılmaz ipi; Quran. “Dağılıb ayrılmayın.” Məzhəblərə, təriqətlərə, camaatlara ayrılıb bir-birinizlə məşğul olmayın, bir-birinizə müxalif olmayın. “Allahın sizə olan nemətini xatırlayın, siz bir-birinizə düşmən idiniz.” “Bir-birinizlə düşmənçilik edirdiniz” deyir Allah. “O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.” İslam ümməti olaraq, saf müsəlman olaraq. “Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi.” Indi, İslam aləmi, od çuxurunun içinə düşdü elə. Hal-hazırda batdılar. Bu ayənin izah etdiyi hadisədir. İslam aləminin böyük hissəsi od çuxurunun içinə düşdü. Çox kiçik hissəsi od çuxurundan qurtulmuşdur indi. “Oradan sizi xilas etdi” deyir Allah. Mehdi (ə.s), bu od çuxurundan müsəlmanları xilas edəcək; Qurana sarılaraq. Nə deyir Allah, Uhretul vuska, -Allahın qopmaz və qoparılmaz ipi, doğru yol. Daima Qurana diqqət çəkilir. “Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.” Xurafatları demir, ayələrini deyir. “Quran ayələrini izah edirəm” deyir. “Xurafat” olsaydı “xurafat” deyərdi Allah; ayə, Quran ayəsi deyir.
Ali İmran surəsi, 104-cü ayə
“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.”
“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.” Bu, başlıca olaraq İmam Mehdi (ə.s)-a və camaatına baxan bir ayədir. “Məhz onlar nicata qovuşanlardır.” Necə bir qurtuluş? Bütün dünyanın qurtuluşu.
Ali İmran surəsi, 105-ci ayə
“Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.”
“Özlərinə aydın dəlillər gəldikdən sonra,” Hansı dəlil? “Xurafat” deyir insan. Dəlili izah edir Quran. Allahın qopmaz və qoparılmaz ipindən bəhs edir, doğru yoldan bəhs edir. “Özlərinə aydın dəlillər gəldikdən sonra” dediyi aydın dəlil, Quran ayələridir. “Parçalanıb ayrılan,” müsəlman aləmi paramparçadır bu dəqiqə görürsünüz; paramparçadırlar. “Parçalanıb ayrılan və ixtilafa düşənlər.” İnsan deyir ki, “ixtilafa düşmək, xeyir, hikmət, gözəllikdir” deyir. “Ümmətin ixtilafında rəhmət vardır dedi Peyğəmbər (s.ə.v)” deyir. Allah, “ixtilafa düşənlər kimi olmayın” deyir. İnsan ixtilafa düşüb. “Onda rəhmət var” deyir. Allah haram olduğunu söyləyir, fitnə və bəla olduğunu söyləyir. O da, “xeyir var, çox gözəl oldu” deyir, “ümmətin ixtilafında rəhmət var” deyir. Ümmətin ixtilafında fəlakət var. Hədisin doğrusu budur. Fəlakəti yox edib, rəhməti qoyublar. Haradadır rəhməti? Paramparça olub İslam aləmi. Rəhmət, Qurana əməl edərsən, rəhmət olar. Quranı paramparça edirsən sən, necə rəhmət olur? Dörd məzhəb var, dördünün də halalları, haramları ayrıdır; dörd ayrı din. “Firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.” deyir Allah. Allaha inanırsan. Allah əzabla təhdid edir. “Yox, rəhmət var” deyir. “Rəhmət var” demir Allah, “Əzab” var deyir. Allah, “Üzləri qapqara olacaq” deyir onlara. “Və imandan sonra inkar edəcəklər” deyir. Əvvəl iman edirlər; “Əlhəmdülillah müsəlmanam” deyir, gözəl. “La İlahə İllallah Məhəmmədən Rəsulullah” deyir. “Dinin nədir” deyirsən? Məzhəbini açıqlayır. Sən Qurana əməl etməkdə mükəlləf deyilsən mi, “məzhəbə əməl edirəm” deyirsən? Haradadır Quranda elə məzhəbə əməl etmə? Allah sadəcə Qurana əməl etməkdən bəhs edir, məzhəbə əməl etməyi haradan çıxartdın?
Ali İmran surəsi, 108-ci ayə
“Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə haqsızlıq etmək istəmir.”
“Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq.” Heç xurafata diqqət çəkilmir. Həmişə Allahın ayələrinə diqqət çəkilir. “Allah aləmlərə haqsızlıq etmək istəmir.” Zülmü insanlar istəyir, Allah da bəla verir. Suriyaya bax; qan gölü. Neçə növ məzhəb, neçə növ təriqət, neçə növ camaat. Minlərlə. Hazırda minlərlə məktəb var Suriyada, minlərlə. Sırf müxaliflər də minlərlə insandan ibarət qrupdan yaranır. Ucsuz-bucaqsız məzhəblər, icmalar, təriqətlər; Parça-parça. Hamısı bir-birinə müxalif.
Ali İmran surəsi, 110-cu ayə
“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.”
“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz.” Kimdir bu? Mehdi (ə.s) və camaatı. İnşaAllah, müsəlmanlar. “Maruf (yaxşı və İslama uyğun) olanı əmr edər, münkər olandan çəkindirər” Qurana uyğun olaraq. “və Allaha iman gətirirsiniz.” Güclü bir iman. “Kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün yaxşı olardı.” “Onlar da iman etsəydi, onlar üçün yaxşı olardı” deyir Allah, Kitab əhli yəni, xristianlar və musəvilər. “Onların arasında iman gətirənlər də vardır,” “Əhli-kitabın hamısı inkar edir” demir Allah. “İçlərindən iman gətirənlər vardır” deyir. “Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.” “Çoxu günahkardır” deyir. Həqiqətən elədir. Müsəlman aləmi də elədir, onlar da elədirlər.
Ali İmran surəsi, 113-cü ayə
“Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.”
“Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki,” Kitab əhli yəni, xristian və musəvilərdən bir cəmiyyət. “Onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.” Gecə vaxtı. Onların ibadət vaxtı olan vaxt. Ayaq üstə yerinə yetirirlər namazlarını. Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar.
Təbii ki, bu eyni zamanda hz. İsa (ə.s)-ın tələbələrinə də baxır bu ayə. Yəni, “kitab əhlindən bir topluluq.” Mehdi (ə.s)-ın camaatına baxan ayələr də var, amma, bu ayə kitab əhlindən; İsa Məsihin tələbələri. “Gecə vaxtında ayağa durub Allahın ayələrini oxuyaraq səcdəyə qapanırlar.” Yəni, Məhəmmədi xristianlar. Məhəmmədi musəvilər.
Ali İmran surəsi, 114
“Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.”
“Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.” deyir Allah. Əhli-Kitabdan bu insanlar. Quranda Allah bunların bu mövqeyini tərifləyir; “Allaha da, axirət gününə də iman edərlər” deyir. “Maruf olanı əmr edər, münkər olandan çəkindirər və xeyirlərdə yarışırlar. Məhz onlar saleh olanlardandır.” “Səmimi olanlardır” deyir Allah. “Və onların hamısı bir deyildir” deyir Kitab əhli üçün.