MÜNAFİQLƏRLƏ BAĞLI İZAHLAR
Münafiqin gəlişi də, gedişi də bəlli olmaz. Bu, onun hiyləgərliyindən, ruhunun qaranlıq olunmasından irəli gəlir. Bu çox məna kəsb edir, məsələn, bundan xilas ola bilməz münafiq, təyinedici xüsusiyyətlərindən biridir. Bir də, münafiq guya düzəlmə əlaməti göstərər, amma müəyyən müddətlik olar müvəqqətidir, münafiq manyakdır. Keçici olaraq düzəlmə əlaməti göstərər sonra, dərhal yenidən manyaklığa keçid edər. Müsəlmanlar buna inanmamalıdır, münafiq asanlıqla düzəlməz. Ağır bir xəstəlik şəklində davam edər, amma özünü sağalmış kimi göstərə bilər, lakin ilk fürsətdə o manyaklığı, o psixopatlığı dərhal özünü göstərər, yəni bu xəstəlik münafiqdə xroniki olaraq davam edər. Şeytan münafiqin yaxasını buraxmaz. Çünki, münafiq Allah tərəfdarı olmadığı üçün şeytan da onun üzərinə çökər və buraxmaz.
Münafiq danışıq dilindən çox, bədən dilindən istifadə edər. Məsələn alçaqlığını, əxlaqsızlığını üzündəki o murdar ifadəsi, şeytani ifadəsindən vurğulayar, amma soruşanda çox nəzakətli cavab verə bilər. Məsələn, “Necəsən?” -deyəndə “Təşəkkür edirəm yaxşıyam, Allah razı olsun” -deyər. Amma narazı və iyrənc ruhunu üzündə əks etdirər. Münafiqin murdar aurası vardır. Səssiz etirazlar edər, çirkin mimikaları vardır. Məsələn, susub oturar, danışmalı olduğu yerdə danışmaz, danışmamalı olduğu yerdə isə yersiz replikalar atar. Açıq-aşkar əxlaqsızlıq edər, amma bunun sübut edilməyəcək şəkildə olmağı onu məmnun edər. Məsələn, niyə belə əxlaqsızlıq edirsən desən, “nə edirəm ki, bir şey yoxdur”-filan deyər. “Nə etmişəm?”-deyər.
O, bunu çox şeytani siyasətlə edər. Məsələn, alçaqlığı, xaraktersizliyi üzündən axar, hərəkətləriylə göstərər, amma etdiyi hərəkətin sübut edilə bilməyəcəyini fikirləşdiyi üçün də rahat olar. Münafiqin əyləncəsi də bu cürdür. Biz necə musiqi ilə əyləniriksə, münafiq də öz düşüncəsində elə əylənər. Onda cəhənnəm əyləncəsi vardır. Möminin cənnət əyləncəsi, münafiqin isə cəhənnəm əyləncəsi olar. Allah ona “ziyafət” -deyir onsuz da. Sürünər, iztirab çəkər, onu əyləncə kimi görər.
Münafiqlərin murdar, iyrənc mimikaları olar, susqunluğu murdardır, özünü heyvani lallığa qoyar. Məsələn, normal cavab veriləcək yerdə normal cavab verməz və normal danışılmalı yerdə də danışmaz. Heyvani bir durğunluğu vardır, üzündəki o anormallıqdan münafiq olduğu aydın olar. Bu, möminlərdə olmayan yalnız münafiqlərə xas bir xüsusiyyətdir. Münafiqi tanımaq üçün çox əhəmiyyətli təyinedici bir əlamətdir.
Münafiq qazanc və zərərini düşünərək müsəlmanların yanında qalar. “Niyə yanımda qalır” deyə təəcüblənirlər. Mənfəətini fikirləşər, yəni qaldığı yerin rahatlığı, yeməklər, imkanlar və s. ona görə qərar verər. O mənfəətləri ilə küfrü müqayisə edər, küfr əhli çox üz vermirsə onlara yaxın durmaz. Yenə müsəlmanların içində, müsəlman təqlidi edərək davam etməyə çalışar. Yalanının başa düşüldüyünü hiss etsə, müsəlman təqlidinin dozasını bir az da artırar.
Amma əlbəttə münafiqin idarə edə bilmədiyi cəhətləri vardır, üzündəki o murdar ifadə, idarə edə bilmədiyi bir istiqamətidir, vəhşiləşər, gözlənilməz ruh halına bürünər və anormal şəkildə hadisələrə reaksiya verməz. Münafiqdə reaksiya verməmək çox diqqət çəkər. Məsələn, onunla əlaqədar bir mövzu izah etsən reaksiya verməz, bir şey desən reaksiya verməz və ya kiçik reaksiyaları normal insan reaksiyası kimi deyil, amma bunu hər kəs anlaya bilməz, düz baxan başa düşməz, bunu Bədiüzzaman ayrıca izah edir.
“Şeytani dərin bir zəkaya malikdir” -deyir. “Zəkası şeytandan qaynaqlandığı üçün güclü zəkaya malikdir” -deyir. Normal bir müsəlmanın onunla bacara bilməyəcəyini deyir. “Onun üçün möcüzəvi ağla sahib olmaq lazımdır” -deyir, onunla mübarizə apara bilmək üçün, münafiqlə mübarizə üçün bu lazımdır.
Münafiqin ən çox narahat olduğu şey namazdır, çox sıxılarlar. Ümumiyyətlə münafiq namaz qılmaz, əgər qapalı bir otaqdadırsa səs çıxmaz, namaz qılmaz. Münafiq normalda dəstəmaz da almaz, amma müsəlmanların şübhələndiyini başa düşsə namaz qılar, özünü dəstəmaz almış kimi göstərər. Halbuki dəstəmaza da, namaza da nifrət edər, heç vaxt etmək istəməz. Amma insanların içində hər kəsin gördüyü bir şəkildə əlbəttə dəstəmaz alar, əgər görünmürsə heç vaxt dəstəmaz almaz, xüsusi ilə dəstəmaz almaz, bu ona şeytanı zövq verər. Əgər qapalı yerdədirsə heç vaxt namaz qılmaz. Ona görə müsəlmanlar, ümumiyyətlə həmişə onun namaz qılmadığını hiss edərlər, dəstəmaz almadığını bilərlər. Münafiqlərin bu xüsusiyyəti həmişə ortaya çıxar.
Mənfəəti bitdiyi an münafiq dərhal qaçar. Amma münafiqlərin mənfəətləri müxtəlif olar, kimi yemək üçün, kimi pul üçün gələr, kimi məhz gələcəyi üçün gələr, kimi rahatlamaq üçün, kimi evlənmək üçün, ər tapmaq üçün gələr. Kimi məhz evlənmək üçün xanım tapa biləcəyini fikirləşərək gələr, amma bunu əldə edə bilməyəcəyini başa düşsə, bu dəqiqləşsə münafiq üçün İslamın bir mənası qalmaz, Quranın mənası qalmaz. Münafiq onsuz da, Allaha qəzəb duyduğu üçün dərhal gedər.
Münafiq Quran oxumaqdan və başqalarının oxumasından çox narahat olar. Özü onsuz da, oxumaq istəməz, lakin yanında oxunmasından da çox narahat olar. Münafiq əlamətlərinin oxunması münafiqə ağlasığmaz dərəcədə əzab verər, çox hirsləndirər, birbaşa ona deyildiyini fikirləşər, amma heç vaxt da, ona aid olmadığını düşünər, bax bu çox mənalıdır. Həm özünə deyildiyini, eyni zamanda da, ona aid olmadığını fikirləşər, bu səbəbdən təsirlənməz. Amma keçici olaraq özünü düzəlmiş kimi göstərər, düzəlmə taktikaları edə bilər. Səhabələr dövründə də bu var idi, hər dövrdə var.