HÖRMƏTLİ ADNAN OKTARIN FURQAN SURƏSİNDƏN AYƏ İZAHLARI
Furqan surəsi, 21-ci ayə
“Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər”.
Yəni dinsiz olunca mövzunu dəliliyə gətirib çıxartmaq istəyirlər. Sanki həqiqətən mələk deyə bir varlığı görsə inanacaq, amma görsə yenə də inanmaz. Görsəydi deyəcəkdi ki, “qarabasmadır, bir şey edirsən”. Necə görəcək Rəbbimizi, necə olacaq? Yəni hər nə olursa olsun onsuz da qəbul etməyəcək. Bax, əsl problem buradadır, təkəbbürlülük, qürur, eqoistlik və böyüklük hissindəndir. Böyüklüyə qapılmayan insan mütləq Allaha inanar.
Böyüklük hissi möcüzədir. Halbuki ətdən, sümükdən, yazıq bir varlıqsan. Öləcəksən, məzara gedəcəksən. Amma dinsizlərdə diqqət yetirin, böyük bir hissəsində böyük bir böyüklük (təkəbbürlülük) hissi vardır. Müdhiş bir eqoizm vardır amma çox sarsıdıcı, təəcüb doğuran bir böyüklük hissi var. Diqqət edin, azğınlıqla demir Allah, “böyük bir azğınlıqla”. Dikbaşlıq edərək nə edir? Yəni “terrorist, anarxist oldular” deyir Allah. Diqqət edin, terrorist, anarxist ruhun qısaca xülasəsini açıqlayır Allah. Əvvəl böyüklük hissi, eqoizm, qürur, dinə lağ etmək, arxasından terrorist, anarxist, təcavüzkar bir ruhda olmaq...
Furqan surəsi, 25-ci ayə
“Həmin gün göy buludla parçalanacaq və mələklər (yerə) endiriləcəkdir”.
Gündüz vaxtı, göy açılacaq, göy açılan hissədən kosmosun qaralığı görünər. Yəni atmosfer açıldığı üçün, pozulduğu üçün kosmos görünər və mələklər enməyə başlayar. Amma iman etsə də artıq fərq etməz, etməsə də fərq etməz. Elə bir gün olacaq.