BƏDİÜZZAMAN SƏİD NURSİ HƏZRƏTLƏRİ “İYİRMİ DÖRDÜNCÜ SÖZ”DƏ DƏCCALIN İLK OLARAQ ŞİMAL TƏRƏFİNDƏKİ BİR ÖLKƏDƏN ÇIXACAĞINI SÖYLƏMİŞDİR
“Küfr aləminin ən çoxu olan şimalda”, şimalda, yəni Danimarka, Norveç, İsveç, İngiltərə, Rusiya şimaldır. “Təbiiyyunun (hər şeyin təbiətin təsiri ilə yarandığını iddia edənlər) küfür fəlsəfəsindən süzülən”, yəni bax, darvinizmdən süzülür deyir. Kökü haradan gəlir? Darvinizmdən gəlir. Yəni, onun içindən çıxan “böyk bir cərəyanının” böyük bir cərəyanın, yəni, kommunist, marksist, stalinist, trotskyst (troçkist), leninist böyük bir fikir cərəyanın, dialektik fəlsəfə ilə qidalanan, darvinizm ilə qidalanan marksist inancını da bilirsiniz, dünyada o cür təşkilatlanmalar var ki, dünyanın ən böyük təşkilatlanmalarıdır. Məsələn, Sosialist Beynəlmiləl dünyanın ən böyük təşkilatlanması. Məsələn, Şanqay komandası dünyanın ən böyük təşkilatlanmasıdır yəni, əhali baxımından çox böyükdür. Hindistan, Çin, Rusiyanı içinə alır. NATO-nu da əhatə edər. “Başına keçəcək və Uluhiyəti (Allahı) inkar edəcək”, Allahı inkar edəcək “bir şəxsin”, bax, bir şəxs. Dəccal da bir şəxsdir. “Şimal tərəfindən çıxmasına işarədir”. Şimal tərəfdən çıxmasına işarədir “və bu işarə içində bir elmi işarə vardır ki, şimal qütbünə yaxın dairədə bütün il, bir gecə bir gündüzdür; altı ayı gecə, altı ayı gündüzdür. “Dəccalın bir günü bir ildir” -Hədis- O dairə yaxınında zühuruna işarədir” -deyir. “Dəccalın bir günü bir ildir”. Altı ayı gecə olur, altı ayı da gündüz olur. Bir gün. Deyilmi? Bax, bir gecə bir gündüzdür; altı ay gecə, altı ay da gündüzdür. Bir ili, nə deyir hədisdə, bax; dəccalın bir günü bir ildir. Görürsənmi möcüzəni? MaşaAllah. ““İkinci günü bir aydır” deməkdən məqsəd, şimaldan bu tərəfə gəldikcə bəzən olur, yazın bir ayında günəş batmaz”. Daha buraya gəldikcə bax, indi detal verir Peyğəmbərimiz (s.ə.v). “İkinci günü bir aydır”. Yəni, bir alt mərhələsini söyləyir. Yəni, ərazinin aşağı tərəfini söyləyir. “Hətta bu da, dəccalın şimaldan çıxıb mədəniyyət aləminə təcavüzünə işarədir”. Oradan getdikcə aşağıya doğru enəcək, deyir. Şimaldan başlayıb, məhz İngiltərədən, Darvinin ölkəsindən. Məsələn, Dəccalın Rusiyadan şimaldan aşağıya doğru uzanacaq deyir. Məsələn, Avropaya, oraya-buraya hər yerə təcavüz edir, hücum edir. “… günü dəccala isnad etmək bu işarəyə işarə edər. Daha bu tərəfə gəldikcə, bir həftə günəş batmır”. Biraz daha gəldikcə vəziyyət dəyişir. Günəş doğmur bir həftə. “Daha gələ-gələ, günəşin doğması və batması arası üç saat davam edir”. Yəni, deyir ki, getdikcə günəşin bu batması və doğması arasındakı o fərqliliklər dəyişir. “Mən Rusiyada əsarətdəykən belə bir yerdə oldum. Bizə yaxın, bir həftə günəş batmayan bir yer var idi. Baxmaq üçün ora gedirdilər. “Dəccalın çıxdığı vaxt bütün dünya eşidəcək” olan qeydi, teleqraf və radio həll etmişdir. Qırx gündə gəzməsini də, minik vasitəsi olan lokomotiv və təyyarə həll etmişdir. Əvvəllər bu iki qeydi qeyri-mümkün görən dinsizlər indi adi görürlər. Əvvəllər: “Olar mı belə şeylər?” -deyirdilər, deyir. Yəni, məsələn, bundan 400 il əvvəl, 500 il əvvəlki dinsizlər, onların kitablarında bu hədisləri eşitdikləri zaman bunların uydurma olduğunu söyləyirlər, yəni, bu hədislərin. Yəni, “Olacaq iş deyil” -deyirlər. Amma, bu dəqiqə, bu hazırkı dinsizlər də adi görürlər. “Son dərəcə normal görürlər” -deyir dindən çıxan insanlar. “Nə var bunda, təbii ki, olar deyirlər” -deyir inşaAllah. “Qiyamət əlamətindən olan yəcuc və məcuca və Səddə dair bir risalədə bir dərəcə təfsilatlı olaraq yazdığımdan, ona həvalə edib burada yalnız bunu deyərik ki: Əvvəldən Mançur, Monqol ünvanı ilə bəşər ictimaiyyətini darmadağın edən tayfalar və Çin səddinin tikilməsinə səbəb olanlar, qiyamətə yaxın, yenə anarxistlik kimi bir fikir ilə bəşər mədəniyyətini alt-üst edəcəkləri, rəvayətlərdə vardır”. Yəni, Mehdi (ə.s) və İsa Məsihdən sonra çıxıb çox böyük, bütün dünya miqyasında bir qırğın törədəcəklər. Amma, o cür silah ilə yox, şəxsən əli ilə yəni, hədislərdəki ifadəyə görə doğruca adamları altına alıb doğrayaraq, kəsərək. Amma, bu “Mançur və Monqol qövmlərindən olacaq” -deyir. Yəni, daha əvvəlki Monqol istilası kimi; Avropaya və dünyanın hər yerinə hücum edəcəklər deyir.