ALLAHI TƏRİFLƏYİNCƏ AĞIL AYDINLAŞAR, ƏKSİ HALDA İNSANIN BEYNİ KEYİYƏR
Quranda deyilir ki; “Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma”. Ona həlli necə axtarır? Allahla axtarır. “Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” Bu bir ağıl əlamətidir. Allahı da tərifləyir. Allahı təriflədikdə, Allaha müraciət etdikdə ağıl aydınlaşar. Əksi halda insanın beyni keyiyər. Anormal bir hala gələr. Allah tərifləndikdə, Allaha dua edildikdə insanın beynindəki təzyiq aradan qalxar. Əksi halda beyin bağlanar. Ağıl gedər. Divanə olar. Xəstələnər. Başını yeni bir xəstəlik gətirəcək bəlaya soxar. Ora-bura gedər onu izah edib onun dərdiylə özünü qəhr edər. Milləti üzməyə qalxar. Tam fərqli bir bəlanın içinə girər.
AĞILIN ƏLAMƏTİ XEYİRLƏRDƏ YARIŞMAQDIR
“Biz onun duasını qəbul etdik”. Həmişə dualar qəbul olar. “Ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq doğmağa) qadir etdik”. Yəni Allah deyir ki: “İstəsəm sağlamlığınızı da dəyişdirərəm, cavanlaşdıraram, gözəlləşdirərəm”. “Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər”. Ağılın əlaməti xeyrlərdə yarışmaqdır. Məsələn nə edirik? Bir dənə kitab yazdıq. O birisi “Mən iki dənə kitab yazacağam” -deyir, o birisi deyir ki “Mən üç dənə yazacağam”, o birisi “Dörd dənə yazacağam” -deyir. Xeyrlərdə yarışırlar. Bu ağılı açar. Xeyrlərdə yarışmaq, xeyr məqsədli rəqabət ağılı açar. Bərəkət gətirər, nur gətirər, gözəllik gətirər. “…ümid və qorxu ilə Bizə yalvarardılar”. Baxın, ümid edir. Ümidsiz deyil. Bir də qorxur. Allahdan qorxmaq lazımdır. Allahdan qorxmadan olmaz.
HÖRMƏTLİ ADNAN OKTARIN ƏNBİYA SURƏSİ VƏ KƏHF SURƏSİNDƏN AYƏ İZAHLARI
Ənbiya surəsi, 91-ci ayə
“İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik”.
“İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan ona üfürdük”. Allahın ruhu. Demək ki, hər kəsdə belə bir şey olmur. Allah istədiyi insana bunu edir. Allah qadınların ismətini qorumasını, bir gözəllik, üstünlük, ağıl əlaməti olaraq söyləyir. Yəni kişilərlə halal olmayacaq şəkildə əlaqəyə girən qadın iffətini itirmiş olar. Amma halalıyla əlaqəyə girsə, ibadət savabı alar. “onu və onun oğlunu aləmlərə bir möcüzə etdik”. Yəni nümunə, gözəllik olaraq möcüzə etdik.
Ənbiya surəsi, 92-ci ayə
“Həqiqətən, sizin bu ümmətiniz tək bir ümmətdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!”
“Həqiqətən, sizin bu ümmətiniz tək bir ümmətdir”. Camaatlar, cəmiyyətlər, məzhəblər halında deyil, tək bir ümmətsiniz. “Mən də sizin Rəbbinizəm, elə isə Mənə ibadət edin”.
Ənbiya surəsi, 93-cü ayə
Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar”. Məzhəblərə, camaatlara, hissələrə ayrıldılar. Hal-hazırda olduğu kimi. Bax görürsənmi Allah Quranda Axırzamanın fitnəsini necə təfərrüatı ilə izah edib. Quranda Axırzaman əlamətləri həm açıq şəkildə izah edilər, həm də gizli izah edilər. Məsələn, bu gizli izah edilən Axırzaman əlamətləridir. Halbuki Peyğəmbərimiz (s.ə.v) zamanında belə bir şey yox idi. Dinlərini öz aralarında firqələrə bölməmişdilər. Tək bir ümmət var idi. Məzhəblər, camaatlar, təriqətlər yox idi. “Müsəlmanlar haradadır?” deyildikdə hamısı bir yerdə göstərilirdi. Bir dənə müsəlman qrupu var idi. Bir imamları var idi; Peyğəmbərimiz (s.ə.v). Bir tək müsəlman qrupu var idi. Amma Allah Axırzamana işarə edəcək şəkildə deyir ki, “Onlar öz aralarında firqələrə bölünüb parçalandılar”. Dinlərində bölünmələr etdilər. Allah: “Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar” -deyir.
Kəhf surəsi, 1-ci ayə
“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!”
Quranda heç bir əyrilik, əskiklik, ziddiyyət yoxdur. Möcüzədir. Elmlə zidd düşmür, bir-birləriylə zidd düşmür, tarixi hadisələrlə zidd düşmür. Verdiyi bütün məlumatlar sonradan təsdiq olunur. Bu Quranın möcüzəsidir. Əlhəmdülillah.
Kəhf surəsi, 2-ci ayə
“(Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi. Şübhəsiz onlara gözəl bir əcr vardır”.
“Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün” Həm Allah qorxudur, həm də saleh, səmimi olan möminlərə də “müjdə vermək üçün kitabı dopdoğru şəkildə nazil etdi; şübhəsiz onlara gözəl bir əcr vardır”. Allah müsəlmanlara bir müjdə verir.
Kəhf surəsi, 3-cü ayə
“Onlar orada əbədi olaraq qalacaqlar”.
Yəni cənnətdə. Əbədi olmaq insanlarda instinkt olaraq vardır. Ən güclü instinktdir. Allah müsəlmanların cənnətdə əbədi qalacaqlarını söyləyir.
Kəhf surəsi, 4-cü ayə
“Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!” – deyənləri qorxutmaq üçün nazil etdi”
Yəni Allah: “Xristianları da xəbərdar edib qorxudar” -deyir.
Kəhf surəsi, 5-ci ayə
“Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də böyükdür. Onlar yalandan başqa bir şey danışmırlar”.
“Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur”. Nə özlərində, nə də atalarında məlumatın qaynağı yoxdur. Tövratda da belə bir məlumat yoxdur. “Ağızlarından çıxan söz nə (qədər də) böyükdür. Onlar yalandan başqabir şey danışmırlar”. Allah “Açıq şəkildə yalan danışırlar, elə bir şey yoxdur” -deyir.
Kəhf surəsi, 6-cı ayə
Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?
“Onlar bu Kitaba inanmırlar deyə,” Bu şəxsiyyətdə, bu ağılda olan insanlar Qurana inanmayacaq olsa “arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?” Peyğəmbərimiz (s.ə.v) çox təəssüflənir, çox narahat olur. Allah onu Peyğəmbərimiz (s.ə.v)-ə qadağan edir.
Kəhf surəsi, 7-ci ayə
“Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək”.
Gözəl davranış var, bir də daha gözəl davranış var. Hər şeydə Allahın razılığının ən çoxunu axtarmaq var, inşaAllah.
Kəhf surəsi, 9-cu ayə
“Yoxsa əshabi-kəhfin və Rəqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən?”
Demək ki, Kəhf və Rəqim əhlinin heyrətləniləcək bir vəziyyətləri var. Məsələn, Rəqim əhlindən heç bəhs edilməz, sırf Kəhfdən bəhs edilər. Halbuki iki birlik var. Bir də Rəqim əhli var.
Kəhf surəsi, 10-cu ayə
“Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!” - demişdilər”.
“O gənclər” Yəni hamısı gənclərdir. Rəqim əhli də, Kəhf əhli də gənclərdən ibarətdir. Amma ümumiyyətlə həmişə Kəhf üzərində dayanılar. Rəqim əhli üzərində dayanılmaz. Rəqim hz. İsa (ə.s)-ın tələbələridir. Kəhf hz. Mehdi (ə.s)-ın tələbələridir. “... gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!” - demişdilər”. Demək ki, mağarada, yəni həmişə bir aradadırlar. Birlik və bərabərlik içindədirlər.
Kəhf surəsi, 11-ci ayə
“Biz onları mağarada illərlə yuxuya verdik”.
Yəni onlar yaşayır, amma yuxuda yaşayırlar. Hal-hazırda da biz bir yuxudayıq. Həyat da bir yuxudur. Biz bir yuxu görürük. Öldüyümüz vaxt bu yuxudan qalxmış olacağıq.
Kəhf surəsi, 12-ci ayə
“Sonra iki qrupdan hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq”.
“Sonra iki qrupdan” Allah bir qrup demir iki qrup deyir. Anlamazlıqdan gəlmək əcaiblikdir. Bu “iki qrupdan hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq”. Rəqim əhli də, Kəhf əhlidə yuxudadır. İkisi də oyandırılır. İsa Məsih (ə.s) da indi Allahın Qatında bir növ mənəvi yuxu halındadır. Onsuz da göyə alındığında yuxu halında alındı.
Kəhf surəsi, 13-cü ayə
“Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırmışdıq”.
“Hidayətini” yəni Allahın “Hadi” adının təcəllisi, mehdiyyət.
Kəhf surəsi, 14-cü ayə
“Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə səbr qüvvət verdik”.
“... onların qəlbinə qüvvət verdik”. Qüvvətli, mətanətli, səbirli olmaq hz. Mehdi (ə.s)-ın tələbələrinin xüsusiyyətidir. Bədiüzzaman deyir; “Səbir, mətanət iki xüsusiyyətləridir”. “...Səbir və qüvvət vermişdik”. ““Onlar kafir hökmdarın”. Yəni dəccaliyyətə qarşı “...qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik”. Yəni nə darvinizmə, nə materializmə inanmarıq “Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” Ağılsızlıq olar, doğru olmaz, səhv olar.
Kəhf surəsi, 15-ci ayə
Cavanlardan biri o birilərinə dedi: “Bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!
“Bizim bu xalqımız”. Yəni bizim camaatımız, bizim birliyimizdir. “Allahdan başqa məbudlar qəbul etdi”. Demək ki, Axırzamanda insanlar Allahdan başqasını tanrı qəbul edəcək. Darvinizmə, materializmə inanacaqlar. “Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər?” Məsələn, biz darvinistlərdən dəlil istəyirik. Dəlilləri yoxdur, inşaAllah. “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!” Allah: “Allaha qarşı yalan danışırlar və bu bir zülmdür” deyir.
Kəhf surəsi, 25-ci ayə
“Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar”.
Burada hz. Mehdi (ə.s)-ın tələbələrinin sayına işarə var. Son 300 ildən bəri bir fəaliyyət var. Hicri tarixlə 1506, cəminə baxdıqda 300 il əvvəli və 1506 arası hər şey olub bitmiş olur. Son 300 il içərisində bu hadisələr oldu. Pozulma da, düzəlmə də bu 300 il içərisində oldu.
Kəhf surəsi, 26-cı ayə
De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!”
“De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir”. Yəni o demək deyil ki 309 il qaldılar. “Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir!” Hal-hazırda Allah bizi həm görür, həm eşidir. “Onların Ondan başqa ...” Yəni Allahdan başqa “heç bir himayədarı yoxdur”. Hz. Mehdi (ə.s) və tələbələrinin də, müsəlmanların da Allahdan başqa bir vəlisi yoxdur. “O, Öz mülkünə heç kəsi şərik etməz!” Allah bir şeyə qərar verdikdə onu edər.
Kəhf surəsi, 27-ci ayə
“Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən”.
“Rəbbinin Kitabından sənə vəhy olunanları oxu”. Yəni yalnız Quranla hərəkət et, Qurandan kənara çıxma. “Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz”. Quran qiyamətə qədər dəyişməyəcək. Necə ki, deyirlər: “Quran dəyişmişdir”. Allah; “Dəyişməyəcək” -deyir. Hətta mövhumatçılar da Qurana əlavələr edərək Quranın hökmünü dəyişdirə bilməyəcəklər. Ayə bu mənaya da gəlir. “Onun kəlmələrini heç kəs dəyişdirə bilməz”. İslam Allahın istədiyi kimi, yenə səhabə dövründəki kimi hakim olacaq. Ona da işarə var. “Ondan başqa heç bir sığınacaq tapa bilməzsən”. Müsəlmanları Allahdan başqa qoruyacaq heç kimsə yoxdur.
Kəhf surəsi, 28-ci ayə
Sən də səhər-axşam Onun rizasını istəyərək Rəblərinə dua edənlərlə birlikdə səbr et. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!”
Sən də səhər-axşam Onun rizasını istəyərək Rəblərinə dua edənlərlə birlikdə səbr et”. Peyğəmbərimiz (s.ə.v) namazı bir səhər qılırdı, bir axşam qılırdı. İlk dövrdə elə idi. İki rükət olaraq qılırdı. İllərcə o şəkildə qıldılar. Sonra dəyişdi. “Sən də səhər axşam Onun rizasını istəyərək Rəblərinə dua edənlərlə birlikdə səbr et”. Namaz qılıb dua edənlərlə birlikdə səbr et. “Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə”. Yəni ətrafındakı tanışlar, mal, pul, yemək-içmək, zənginlik, şöhrət. “Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə”. Gözün həmişə müsəlmanların üzərində olsun. Yəni onlardan ayrılma, onlara birlikdə ol, davamlı gör, davamlı görüş. Görərək sevmək. Məsələn, səhabələr Peyğəmbərimiz (s.ə.v)-i hər gün görürdü. Çıxıb getmirdilər. Davamlı görürlər. Çünki gözünə, üzünə baxdıqda iki saniyə görsə o ona bəs edərdi. Onu görəndə mənəvi dərman kimi gəlirdi. “Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!” Yəni Allahı unutmuş, Quranı unutmuş, İslamı yaşamayan adamlarla yoldaşlıq bağıyla bağlanıb müsəlmanları tərk etmə. Əsl sənin bağlanacağın yoldaş qrupun müsəlmanlardır. Allah: “Onlara sevgini göstər” -deyir. Hz. Mehdi (ə.s)-dan bir çox insan ayrılacaq. Səbəb? Dünyanı sevdikləri üçün. Peyğəmbərimiz (s.ə.v) söyləyir. “Üç böyük ayrılma olacaq” -deyir. Hətta onu sarsıntı olaraq bildirir. “Xalis möminlərdən başqa heç kim qalmayacaq” -deyir. Səmimi möminlərdən başqa heç kim qalmayacaq.
Kəhf surəsi, 29-cu ayə
“De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!”
Ayədə demokratiyanın, fikir azadlığının bir tətbiqinə baxın. Sərbəstdirlər. Təzyiq yoxdur. “Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki ...” Axirətdə cəza var. Dünyada müdaxilə yoxdur. Dünyada cəzalandırma yoxdur. “Onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir”. Bu dəyişik bir sudur. Ağır bir sudur. “Nə pis içkidir! Nə pis məskəndir!” Allah, Özünə üsyankar olanları qorxutmaq üçün cəhənnəmdə çəkiləcək iztirabın növlərini izah edir. Məsələn, biz bunun nə olduğunu bilmirik. Allah; “... əridilmiş metal kimi üzlərini qovuran bir su” -deyir. Bu su gəldikdə iztirab çəkər, amma eyni zamanda bu adamlar cəhənnəmdə danışır. Hətta saymazlıq də edirlər. Bizim bildiyimiz kimi bir yer deyil. Beynimizdə canlandırdığımız kimi deyil, daha dəyişik və cəhənnəmdəki insanları bədbəxt edən, narahat edən bir yerdir.
Kəhf surəsi, 31-ci ayə
“Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!”
“Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək ...” Baxın, Allahın möminlər üçün necə keyfiyyətli bir dünya istədiyini görürsünüzmü? “... və orada taxtların üstündə dirsəklənəcəklər”. “Taxt” hər hansı bir şey deyil. “Nə gözəl mükafat, necə də gözəl məskəndir!” Adamlar “Yerdə oturaq” -deyir. Allah taxtdan bəhs edir. Onlar da “Yerdə oturaq” -deyirlər. Yaxşı, kefin istəyərsə edərsən, amma bir məcburiyyətin yoxdur.