HÖRMƏTLİ ADNAN OKTARIN FURQAN SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
(Furqan surəsi, 21)
Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük? Möcüzə istəyirlər. Andolsun, onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər. İslam ölkələrinin liderlərinin bir çoxu böyüklüyə qapılmış vəziyyətdədirlər. Təkəbbürlük edirlər, özlərini ən böyük görürlər. Baxın, islam ölkələrinin liderlərinə, böyük hissəsində böyük bir təkəbbür var. Və böyük bir azğınlıqla baş qaldırdılar. Azğınlıq yoluna girirlər, sevgi yoluna yox, şəfqət yoluna yox, mərhəmət yoluna yox.
(Furqan surəsi, 28-29)
Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
"Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı. Qurandan kənara çıxardı. İslam aləminin bu dəqiqə başına gələn bəlanın səbəbi nədir? Qurandan kənara çıxmaları, uydurma hədislərə görə hərəkət etmələri. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır." Bax, “yalnız və köməksiz.” Müsəlmanları nə edir bu dəqiqə şeytan? Yalnız və köməkçisiz qoyur. Bir-birləri ilə əlaqələrini qoparır. Hər İslam ölkəsi yalnız və köməkçisiz.