HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHI
Bakır Şərif Qureyşi, Tərcümə edən Sayid Athar Hüseyn, İmam Mehdinin Həyatı adlı əsərdən, Peyğəmbərimiz (s.ə.v)-dən hədis;
“İmam Mehdi müxaliflərinin ürəyində qorxu və heyranlıq təlqin etmək üçün (Allahdan) kömək alacaq”. Hz. Mehdi (ə.s)-ın şapalağından, yumruğundan deyil, onun elmi gücündən qorxacaqlar. Çünki tək başına bir insandır. Hz.Mehdi (ə.s)-dan həm məğlubiyyət qorxusuyla qorxar, həm gücünə heyran olar. “Təlqin etmək üçün (Allahdan) kömək alacaq və yer üzü” Mənəvi cəhətdən “Mehdinin idarəsinə keçəcək və xəzinələri onun üçün ortaya çıxarılacaq. Hakimiyyəti şərqə və qərbə yayılacaq. Hər şeyə qadir olan Allah müşriklər istəməsə də öz dinini hakim edəcək”. Ayədə də var. “Onun (Mehdinin) zamanında quraq torpaqlara keçmiş gücünü qazandıracaq”. Məsələn quraqlaşmış səhra halına gəlmiş torpaqlar. Oranı yamyaşıl edər, yenidən gözəlləşdirər. “Və dünya yaşıllıqlarını cücərdəcək”. Yəni yeni yetişən nəsillərin, yeni filizlərin yaşıllaşmasına işarə edir. “insanlar daha əvvəl bənzəri görülməmiş şəkildə rəhmət altında olacaq”. Allahın bərəkəti, rəhməti hər yerə yayılacaq, inşaAllah.