HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI
Allah Ənam surəsi, 82-ci ayədə buyurur: “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları təhlükəsizlik (əmin-amanlıq) gözləyir. Hidayətə çatanlar da məhz onlardır”. Adam hidayətə necə çatar deyə maraqlanır. Məsələn, namaz qılır, amma zülmə, mərhəmətsizcə əxlaqsızlığa davam edir. Təkrar edir. Küfr istedadlıdır. Bu əlamətlər “Hidayətə çatanlar” izahına uyğun gəlmir. Hidayətdə təkrar-təkrar əxlaqsızlıq olmaz. Anormal hərəkətlər edilməz. “Hidayətə çatanlar” iman edir, imanını zülmlə qarışdırmır, zülmə cürət etmir, zalımlıq etmir. Müsəlmanları narahat edəcək, onları üzəcək, yoracaq rəftarlar, müsəlmanları qorxutmağa çalışan rəftarlar və yaxud müsəlmanların əleyhinə casusluq etmək, oyun oynamaq, müsəlmana tələ qurmaq. Quran bu kimi əxlaqsızlıqları zalımlıq olduğunu xəbər verir. Müsəlman imanına zalımlıq qatmamalıdır. Yəni namaz qılması onu qurtarmaz. Zalımlıq etməməlidir.
Allah: “...İmanlarına zülm qatışdırmayanları təhlükəsizlik (əmin-amanlıq) gözləyir” -deyir. İnsanın ən çox ehtiyacı olan şey təhlükəsizlik, əmin-amanlıqdır. İnsanlar cənnətə getdiyində necə əylənəcəyini deyil, əvvəlcə necə dinclik içində olacağını düşünər. Cənnətdə rahatsız edəcək heç bir hadisə yoxdur. Orada hər kəs təhlükəsizlik içindədir. Ayədə onun üçün dərhal təhlükəsizliyə diqqət çəkilmişdir.
Allah Ənam surəsi, 83-cü ayədə bildirir; “Bu bizim İbrahimə öz qövmünə qarşı verdiyimiz dəlildir”. Allah o qövmə qarşı bir dəlil vermiş. Bu dəlildən anlayacaqlar. Hz. İbrahim (ə.s) nəfsinə zülm edirdimi? Etmirdi. Mərhəmətli, şəfqətli, həlim bir insan idi. Yəni müsəlmanların əleyhinə heç bir fəaliyyət etmirdi. Əksinə müsəlmanların lehinə fəaliyyət göstərərdi, hər halında bir gözəllik vardı. O dövrün hidayət əhli idi.
“Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik”. Müsəlman, “Oldu, mən namazımı qıldım, cənnətə gedərəm, bu kifayyətdir” deməyəcək. Cənnətdə mövqeyinin yüksək olmasını istəyəcək. Cənnətin dərəcələri var, müsəlman yarışmalıdır. Daha yüksəyinə qovuşmaq üçün. Sonu yoxdur, nə gözəl. Sevgisini, mərhəmətini, yardımsevərliyini sonsuz inkişaf etdirəcək. Etibarlı olacaq. Müsəlmanlar əleyhinə casusluq etməyəcək. Oyun oynamayacaq, zülm etməyəcək. Bunlar çox asandır. Adama: “Zalımlıq etmə” -deyirsən. “Bunu necə bacaracam” -deyir. Çox asandır. “Casusluq etmə” -deyirsən. Yəni əsas əxlaqsızlıq etməməkdir. Çünki əxlaqsızlıq çox çətindir. Şəxsin xeyli məşğul olması və vicdanı əzməsi lazımdır. Bu olacaq iş deyil. Normal olacaq, adam kimi, yəni normal bir insan kimi dayanacaq.
“Şübhəsiz sənin Rəbbin, hökm və hikmət sahibidir, biləndir”. Burada da Allaha güvənmək çox əhəmiyyətlidir. Məsələn, Allah bəzən, bəzi insanlara bir mövqe, bir güc, imkan verər. Sən, “Allah ona niyə bu mövqeyi verdi? Niyə bu asanlığı verdi?” desən yenə hidayət əhli olmazsan. Allahı sorğulayan bir adam hidayət əhli olmaz. Müsəlman “Hikmət var, xeyr var. Allah bilər, mən bilmərəm” deməlidir.
Ənam surəsi, 84; “... Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq”. Allah mömini səssiz-sədasız mükafatlandırar. Adam “Sürünürəm” -deyir. Səbr etsən, Allah səni mükafatlandırar. Səbr etməzsənsə, davamlı şikayətlənsən, şikayətlənmək nə deməkdir? Allaha üsyan edir deməkdir. O zaman necə yaxşılıq gözləyəcəksən? O zaman davamlı sürünərsən. Amma səbr etsə, davamlı Allaha şükr etsə Allah heç ümid etmədiyi yerdən qapını açar. Amma davamlı şikayətləndiyi üçün heç cür bərəkət gəlməz.
Allah: “Şükür etsəniz artıraram” -deyir. Ona inanmırlar. “Yox, elə bir şey olmaz” -deyirlər. Adam: “Olmaz” dedikcə sürünər. Şükr etdikdə bərəkət artar. Şükr etmək nə deməkdir? Qurana uymaq, Allaha təvəkkül etmək, Allahdan razı olmaqdır. Adam, Allahdan razı deyil. Davamlı şikayət edir. Allahın haşa özünə haqsızlıq etdiyi qənaətindədir. O zaman bərəkət olarmı? Bərəkət olmaz.
Ənam surəsi, 87; “Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları da seçdik və düz yola yönəltdik”. İsrail (ə.s)-ın soyundan kim var? Mehdi (ə.s) var. “Onları da seçdik”. Allah: “Vermədiyim adlar var. O adları da hidayətə çatdırdım” -deyir. “... onları da seçdik və düz yola yönəltdik”. “... düz yola yönəltdik”. Ayrı bir şeydir. Seçilmə tam ayrı bir şeydir. Allah bu ayədə keçən isimlər xaricində başqa insanlardan bəhs edir. Onların içində məhz Mehdi (ə.s) var.