MÜSƏLMANA BİR PARÇA KÜFR BULAŞDIĞINDA HƏYATI ÇOX ƏZABLI OLUR

Bədiüzzaman “Şualar”da, “İman və tövhid yolu çox qısa, doğru, müstəqim və asandır” deyir. “Küfr və inkar yolları da çox uzun, çətin və təhlükəlidir” deyir. Dəhşətli dərəcədə bəlalıdır küfr. Dəhşətli dərəcədə sıxıcıdır. İnsanın ürəyini parçalayar. Dəhşətli dərəcədə sıxıntılıdır. Müsəlmanlıq isə çox aydındır, rahatlıqdır, başın da, ruhun da rahat olur. Küfr bulaşanda da müsəlmanlarda çox əzab olur. Bir az küfr xəstəliyi olur, bir az xəstələndirir; başlayır əzab, sıxıntı. Dəhşətli dərəcədə narahat olur, yerində dura bilmir. Qaynağını bilmir. Halbuki, küfrə yoluxduğundan, qismən küfrə yoluxduğundan olur. Küfrə bir az heyranlıq hiss edir, o onu həlak edir, yandırıb atır. Məsələn, onların internetdəki üslubuna etina edir, oradan özünü məhv edir. Və yaxud onların yaşayış tərzi xoşuna gəlir. Yəni, halal olan yox, haram olan yaşayış tərzi xoşuna gəlir. Oraya bir az da olsa yaxınlaşmaq istəyir. Yəni, deyir ki, məsələn, mənim müsəlmanlıq istiqamətim ayrıdır, sosial həyatım ayrıdır. Elə burada da getdin sən. Halbuki həyat bir bütündür. İslam bir bütündür. Həyatının bütün mərhələlərini, hər şeyi qavrayar İslam. Elə etsən, özünü məhv edərsən.