HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI
Ənam surəsi, 80-ci ayə
“Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Yalnız Rəbbimin istədiyi şey istisnadır. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?””
“Qövmü onunla höcətləşdi” -deyir Allah. İndi də məsələn belə mübahisə edirlər. “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz?” Çünki Allah yolu təyin etmiş, necə olacağını müəyyən etmişdir. “Hz. İsa Məsih (ə.s) enəcək” -deyir Allah, “Hz. Mehdi (ə.s) zühur edəcək”. Qurtuluş hz. Mehdi (ə.s) ilədir. Məntiqli olan da budur, ağıllı olan da budur. Çünki tək bir beyin və tək bir ağıl ancaq öhdəsindən gələ bilər. O, oradan çəkər, o oradan çəksə anarxiya olar. Yəni bir nöqtəni müəyyən bir yerdən çəksən, müəyyən bir nöqtəyə doğru gedər. Dörd adam ayrı nöqtədən çəksə parçalanar. İndiki sistemdə elə olur.
Ali imran surəsi, 104-cü ayə
“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”.
Şeytandan Allaha sığınaram. “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın”. Bu, məhz hz. Mehdi və hz. İsa Məsih (ə.s)-ın birliyidir. Onsuz da hamısı mehdiyyət, Mehdi birliyidir. Yəni hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-ın ayrı-ayrı olması sizləri yanıltmasın. Bunların hamısı bir birlikdir əslində. Hz. Mehdi (ə.s) liderdir, imamdır, hz. İsa Məsih (ə.s) onun vəziridir. İki ayrı qoldan fəaliyyət göstərirlər, lakin tək bir birlikdir. Mehdiyyət dedikdə həm hz. İsa Məsih (ə.s)-ın tələbələri, həm də hz. Mehdi (ə.s)-ın tələbələri eynidir. Yəni iki ayrı qrup zənn edilməsi səhv olar. Çünki hz. İsa Məsih (ə.s) vəhy ilə bunu bilir və Peyğəmbərimiz (s.ə.v)-ın hədisləriylə də bunu bilir, hz. Mehdi (ə.s) imamdır. Hz. İsa Məsih (ə.s) özü də bunu deyir onsuz da, “Sən mənim imamımsan. Mən sənə tabe oldum” -deyir. Vəzirin də, hz. Mehdi (ə.s)-ın da tələbələri var. İmam, müəyyən olduqdan sonra, vəzir də müəyyən olduqdan sonra hamısı hz. Mehdi (ə.s)-ın tələbəsi olur. Hz. İsa Məsih (ə.s) da vəziri olmuş olur, inşaAllah.
Bəqərə surəsi, 146-cı ayə
“Kitab verdiyimiz şəxslər onu öz uşaqlarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir”.
Diqqət edin, deyir: “Kitab verdiyimiz şəxslər”-yəni Kitab əhlinə işarə var, ayədə əlbəttə bunu izah edir, amma Allah bizə də kitab verib. Yəni iman edənlərə işarə edilir. “… onu öz uşaqlarını tanıdıqları kimi tanıyırlar”. Yəni “elə təsvir etdim ki, gördüklərində, onu uşaqlarını tanıdıqları kimi tanıyarlar” -deyir Allah. Yəni “Qaşını, gözünü, ağızını, burnunu, boy-buxununu elə təsvir etdim ki, onu gördüklərində öz uşaqlarını tanıdıqları kimi tanıyarlar” -deyir Allah. Buna baxmayaraq “onlardan bir dəstə haqqı bilə-bilə gizlədir”-deyir Allah. Allah hal-hazırki tipləri baxın görün necə açıqlayır, necə izah edir. Mehdiyyəti açıq, adları kimi tanıyarlar. Nə deyir Allah? “Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir”.
“Kitab verdiyimiz şəxslər” -ayə əlbəttə Peyğəmbərimiz (s.ə.v)-ə işarə edir, amma Axırzamana aid də işarələr olduğu çox açıq görünür. “Öz uşaqlarını tanıdıqları kimi onu tanıyarlar”. Əbcədi də maraqlıdır, 1950-ci illəri verir, 50-dən sonrakı tarixləri verir. Görəsən nə var 1950-ci ildən sonra? MaşaAllah.
HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHI
Əbdüləziz b. Müslim belə rəvayət etmişdir: “Əziz və Cəlil olan Allah, İmam Mehdini digər qullarının işlərini idarə etmək üçün seçdiyi vaxt, onun sinəsini bu işin öhdəsindən gələ biləcək şəkildə açar, ürəyinə hikmət qaynaqlarını yerləşdirər, ona elə bir elm ilham edər ki, bundan sonra heç bir suala cavab vermək üçün çətinlik çəkməz, əsla doğru yoldan azmaz, yersiz cavab ağzından çıxartmaz. Buna görə, qulların işlərini icra etmək üçün Allah tərəfindən vəzifələndirilən İmam Mehdi günahsızdır, dəstəklənilmişdir, müvəffəqiyyətli qılınmışdır və yönəldilmişdir. Səhvlərdən, dolaşıqlardan və büdrəmələrdən zəmanət altına alınmışdır. Allah onu (İmam Mehdini), qullarının üzərindəki əksiksiz dəlili və yaratdıqlarının arasındakı şahidi olsun deyə bu işə xas olaraq yaradar”. (İman və Küfür Kitabı/Usulu Kafi (El-Usul Min El-Kafi)/El-Kuleyni, Cild 1)
“Əbdüləziz b. Müslim belə rəvayət etmişdir: Əziz və Cəlil olan Allah, (İmam Mehdini), digər qullarının işlərini idarə etmək üçün seçdiyi vaxt, onun sinəsini bu işin öhdəsindən gələ biləcək şəkildə açar, ürəyinə hikmət qaynaqlarını yerləşdirər”
Allah hikmət qaynağını yerləşdirir. İnsanlar zənn edir ki, hz. Mehdi (ə.s) müstəqil bir gücə malikdir. Halbuki hz. Mehdi (ə.s) kölgə bir varlıqdır. Allahın idarəsindədir, Allah onu İslamın hakimiyyətinə vəsilə edir. Bir gücü yoxdur. Bütün güc Allahındır. Hər addımını, hz. Mehdi (ə.s)-ın hər hərəkətini, hər danışığınıı, hər hərfini Allah yaradar. Daha anasından doğulmadan əvvəl nə danışacağı məlum idi. Eyni hədisin davamında:
“Allah Mehdi (ə.s)-a elə bir elm ilham edər ki, bundan sonra heç bir suala cavab vermək üçün çətinlik çəkməz”.
MaşaAllah. Yəni elə elm və mədəniyyəti olar ki, bir şey soruşulsa, “bilmirəm” cavabı olmaz hz. Mehdi (ə.s) da, inşaAllah. Ən gözəl şəkildə izah edər. Allah, ona tələbə etsin bizləri, inşaAllah şagirdi olub elmindən istifadə edərik.
“… əsla doğru yoldan azmaz,”
Doğru yoldan azmaz, çünki yanında Cəbrayıl (ə.s) və Mikayıl (ə.s) var. Cübbəli: “Mənim də yanımda mələklər olsa mən də azmaram” -deyir. “Allah təqdir etsə elə olar” -deyir, inşaAllah. Doğru deyir. Məsələn, “Hz. İsa (ə.s)-a verilən elm mənə verilsə, mən də insan dirildərdim” -deyir, inşaAllah. Bütün qüc Allahındır. Allah ona, o gücü verdiyi üçün, o, orada təcəlli edər.
Və “…Yersiz cavab ağzından çıxmaz”, MaşaAllah, MaşaAllah. Onsuz da səhv danışdığı an dərhal mələk xəbərdar edər, “düzəlt” deyər, o da dərhal düzəldər. “Səhv etdiyi yerdə dərhal səhvini düzəldən mələyi vardır” -deyir. Cəbrayıl (ə.s) və Mikayıl (ə.s) yanından heç ayrılmazlar. Dərhal ilham edərlər ürəyinə, “səhv dedin, düzəlt” deyərlər. Amma bu şəkildə deyil, yəni ürəyinə ilham olar, onu hiss edər, elə olduğunu hiss edər.
“Bu cəhətdən qulların işlərini icra etmək üçün Allah tərəfindən vəzifələndirilən İmam Mehdi günahsızdır, dəstəklənilmişdir, müvəffəqiyyətli qılınmışdır və yönləndirilmişdir”.
Səhv etdiyini zənn etdiyin yerdə doğru etmiş olar. Məsələn: “Böyük səhv etdi” -deyərsən, amma elə deyil. Doğru olar. Çünki Allahın hökmüdür. Hər şeydə bir xeyr vardır. Hz. Mehdi (ə.s)-ın hər hərəkətində xeyir olar.