SƏMİMİ İNSAN SEVGİNİ ƏN GÖZƏL ŞƏKİLDƏ YAŞAYAN İNSANDIR
Allah Təala deyir ki; “saleh əməllərdə olan.” Saleh. Onsuz da salehdir, dərhal başlayır bir gözəllik. Səmimi. Səmimi nə demək? Gözəlliyi ən gözəl şəkildə yaşayan. Sevgini ən gözəl şəkildə yaşayana deyirlər saleh. Cümlənin özü rahatladıcıdır onsuz da.
ALLAHIN “QƏHHAR” ADINDA DA GİZLİ BİR SEVGİ İFADƏSİ VARDIR
Bax, “Rəhman, Rəhim” kəlimələri məsələn, rahatladıcıdır. Sadəcə sevgi ifadə edər. Amma, məsələn, Allahın “Qəhhar” adı. Orada sevgi ifadəsi gizlidir. Belə ki; küfrü qəhr edər, mömini qurtarar. Möminin intiqamını alır, Allah sevdiyinin intiqamını alır. O da Allahın bir sevgi göstərişidir. Allahın küfrü qəhr etməsi möminlərə sevgisindəndir. Onun içində də gizli bir sevgi vardır.
PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HZ. İSA (Ə.S)-IN İKİ ADAMIN ARASINDA HƏCCİ YERİNƏ YETİRƏCƏYİNİ BİLDİRİR
“İki nəfərin çiyninə söykənərək” deyir, hz. İsa Məsih (ə.s) üçün. Peyğəmbər (s.ə.v) elə gördüm yuxumda deyir, “iki nəfərin çiyninə söykənərək həcci yerinə yetirirdi” deyir. “Kəbənin ətrafında dönürdülər” deyir “iki nəfərin arasında.” Biri İmam Mehdi. O biri də kim bilir, hz. Xızır (ə.s). Biz dünyada baxanda iki nəfər olaraq görə bilərik; hz. Mehdi (ə.s) ilə hz. İsa (ə.s) kimi. Amma, peyğəmbər baxanda üç nəfər olaraq görür. Daha da başqa cürə baxanda daha sıxlıq görür. Cəbrayıl, Mikayıl, böyük mələklər, əzm sahibi mələklər. Minlərlə mələk ilə birlikdədirlər.