SEVGİ İNTENSİV BİR ƏMƏK VƏ AĞIL TƏLƏB EDİR
Sevgi çox ləzzətli, bədənin ən çox həzz aldığı, ən çox xoşbəxt olduğu, Allahdan gəlmiş ən gözəl zövq və nemətdir. Sevgiyə müqavimət göstərilməsi başa düşüləcək kimi deyil. Sevgini müdafiə edənlər təkidlə, mehriban üslubla sevgini müdafiə etməlidirlər. Çünki sevgi tez zədələnər, tez yıxıla bilər. Qəzəb tez yıxılmaz. Qəzəbin zəmini çox möhkəmdir, kinin və nifrətin zəmini çox möhkəmdir, çox asan inkişaf edər. Bir az əməklə nifrət çox asan əldə edilə bilər. Bir az nifrət çox böyük bir nifrətə çevrilə bilər. Amma sevgidə səbir lazımdır, iradə lazımdır, ağıl lazımdır, nəzakət lazımdır, təmizlik lazımdır, hörmət lazımdır. Yəni intensiv olaraq ağıldan istifadə edilməlidir. Qəddarlıqda, əxlaqsızlıqda, psixopatlıqda, zalımlıqda, sevgisizlikdə, mərhəmətsizlikdə ağıldan istifadə etməyə ehtiyac yoxdur. Yəni heyvani instinktlər kifayətdir, heyvan kimi davranmaq kifayətdir, heyvan kimi hərəkətlər kifayətdir. Ona görə də sevgisizlik, mərhəmətsizlik daha üstün olur. Çünki sevgidə ağıl çox lazımdır.
Sevgi keyfiyyətli insanların xüsusiyyətidir. Çünki bir də sevgini apara bilmək var. Sevgi tez devrilər, həssas bir şeydir. Məsələn, yüz metr apararsan, devrilməyə başlayar; dərhal düzəldəcəksən. Bir yerə dəyər; asan çevirməlisən, döngələri asan aşmalısan. Yəni təhlükəli bir vasitə istifadə edirsən kimi. Vasitənin içində bir uşaq olduğunu düşün və çox maneələrlə dolu bir yer olduğunu düşün; elə diqqətli.
Allahı sevmək də ağıl tələb edən, əmək tələb edən bir şeydir. Amma haşa, Allaha qarşı çıxmaq heyvani bir instinktlə çox asandır. Dinsizlik çox asandır, çox kobudca edə bilərlər. Amma dindarlıq, gerçək dindarlıq çox çətindir. Ağıl tələb edir, incəlik tələb edir, əmək tələb edir, nəzakət tələb edir, vicdan tələb edir.
HÖRMƏTLİ ADNAN OKTARIN TÖVRATDAN ŞƏRHLƏRİ
“Oxu, şimşək kimi çaxacaq.”
Bunun bir raket olduğu aydın olur. “Oxu, şimşək kimi çaxacaq.” Yəni hədəfə çatdığında partlayıb işıq saçır. Şimşək kimi həm səs-küy, həm də işıq. Yer-göy bir-birinə qarışır.
“və cənub fırtınalarıyla irəliləyəcək. Onları hər şeyə hakim olan Rəbb qoruyacaq.” “Düşmənlərini yox edəcək.”
Möminlər üçün deyir ki: “Onun ölkəsində tac ləl-cəvahiratları kimi parlayacaqlar.”
İnananlar, möminlər tac ləl-cəvahiratları kimidir. Bər-bəzəkləriylə, paltarlarıyla, gözəlliyiylə çox baxımlıdırlar.
“Nə yaraşıqlı, nə gözəl olacaqlar.”
Bax, məsələn, o çox mənalıdır. Həm yaraşıqlı və gözəl. Adamlar deyir ki: “Niyə yaraşıqlı, niyə gözəl?” Bax, Tövratda da buna işarə edilmiş.
“Falçılar yalan şeylər görər və gerçək tərəfi olmayan xülyalar izah edərək insanları boş yerə təsəlli edərlər.”
Məsələn, həqiqətən indi televiziyalara çıxırlar: “Bu ulduz buraya getdi, bunlar olacaq; bu ulduz bura getdi, belə olacaq.” deyir. Daima yalan danışır. “Gerçək tərəfi olmayan xülyalar izah edərək boş yerə insanları təsəlli edərlər.” deyir Tövratda.
“Qəzəbim çobanlara qarşı alovlandı, öndərləri cəzalandıracağam.”
Məsələn, dünya liderləri bir-bir ya ölürlər, ya da başlarına bəla gəlir. Çünki mehdiyyətə xidmət etmir. Mehdiyyətə xidmət etmədiyində də mütləq bir fəlakətə uğrayır.
“Misirin krallıq əsası əlindən alınacaq.”
Misirdə iqtidar devriləcək, deyir.
“Assuriyanın qüruru yerlə bir ediləcək."
Yəni o bölgə İraq. Həqiqətən də yerlə bir oldu. Bax, qüruru yerlə bir edildi. Orada ən diqqət çəkən şey, qürurlarının qırılması idi. Onsuz da onu hədəflədilər.
“Xalqımı, öz gücümlə gücləndirəcəyəm.”
Yəni, “müsəlmanları gücləndirəcəyəm.” deyir Allah.
“Adıma layiq bir həyat davam etdirəcəklər. Rəbb elə deyir.”