HÖRMƏTLİ ADNAN OKTARIN ƏRAF SURƏSİNDƏN AYƏ İZAHLARI
Əraf surəsi, 31-ci ayə
“Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir”.
“Ey Adəm oğulları” bu ifadə çox mənalıdır. Bir qövmdən bəhs etmir Allah, dünyadakı bütün müsəlmanlara aiddir. “Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin”. Müsəlmanlara xitab edilir. Harada? Müsəlmanın evinə gedərsən, o da bir məsciddir. Müsəlman bəzəkli, baxımlı, gözəl olmalıdır. Xanımların da baxımlı və bəzəkli olmasına bu ayə işarə edir. “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir”. Yeməyi çoxaldıb tökmək olmaz, bele şeylərin olmamasını deyir Allah.
Əraf surəsi, 32-ci ayə
“De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik”.
De: “Allahın Öz qulları üçün üzə çıxardığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” Mövhumatçıların iki həssas nöqtəsi vardır. Birincisi yeməyi haram etməyə çox maraqlıdırlar, ikincisi də zinətləri haram etməyə çox maraqlıdırlar. Qızılı, gümüşü, mirvari muncuğu, paltarı haram edərlər. Məsələn, xanımlar saçını rəngləyər, onu haram sayar, makiyajdan istifadə edər, haram sayar, hər şeyi haram edər. “Bütün zinətləri Mən yaradıram” -deyir Allah. “Zinəti siz düzəldirsiz” -demir Allah, fabrikdə düzəldildiyini də demir. “Məhz Mən sizə göndərirəm” -deyir. “Bütün zinəti mən yaradıram. İstifadə etməyiniz üçün yaradıram” -deyir. “Kim haram etmişdir” -deyir. Bunu kim edir? Mövhumatçılar edir. “De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik”.Yalnız dərk edənlər üçün, düşünən adamlar üçün.