MÜSƏLMAN SƏMİMİ OLDUQDA ALLAH TƏRƏFİNDƏN ONA AĞIL VERİLƏR
Ağılı Allah yaradar, anbaan yaradar. Səmimiyyət çox əhəmiyyətlidir, çünki Allah, “Ancaq səmimi qullarım xilas olar” –deyir. Səmimi olsa Allah ona ağıl verər. Ağıl davamlı gələr, ağıl beynin içində dayanmaz. İnsanlar zənn edir ki, küp kimi içində mühafizə olunur ağıl, elə bir şey yoxdur. Başın içi bomboşdur. Başa ağıl həmişə axar, çay kimi Allah tərəfindən axıdılar. Allah insanın səmimiyyətini gördükdə -onsuz da qədərdə bilər onu- Allah ona ağılı həmişə axıdar. Səmimiyyətsiz olduqda ağılı kəsər. Adam divanə olar, manyak kimi olar.
Səmimiyyətsizliyi seriallarla, filmlərlə filan çox təşviq edirlər. Tutarlı, məqbul insan çox gözəl olar, qadında da gözəl, kişidə də.
Allah, səmimi insana ağıl verər, bu, açıq olan bir şeydir. Bütün peyğəmbərlərdə, gözəl insanlarda həmişə bu görünmüşdür.
Məsələn, daxilən mənfəətçi, şübhəçi, qaranlıq, yaxşı niyyətli olmayan, dürüst olmayan, ürəyində fəsad olan, insanların yaxşılığını istəməyən, sevgi duymayan bir insanın Allah bəsirətini bağlayar, fərasətini bağlayar. Düşüncəsiz hərəkətlər etməyə başlayar. Baxışı, danışığı, məntiqi pozular. Allah maneələr qoyar, bərəkətsizlik gələr. Sən səmimiyyətsiz olsan çatışmazlıqların da ardı-arxası kəsilməz. Dürüst olsan, səmimi olsan sənə çatışmazlıq kimi görünən şeylərin doğru olduğunu görməyə başlayarsan. Hər şeydə xeyr olduğunu görməyə başlayarsan.