MÜNAFİQLƏR ÖZLƏRİNİ ÇOX AĞILLI ZƏNN ETDİKLƏRİ ÜÇÜN BÜTÜN İSTƏDİKLƏRİ PEYĞƏMBƏRİ ÖZLƏRİNƏ GÖRƏ ÇIXILMAZ VƏZİYYƏTƏ SALMAQDIR. PEYĞƏMBƏRLƏRƏ HƏSƏD EDƏRLƏR
Münafiqlərin ağlı-fikri Peyğəmbər (s.ə.v)-i çıxılmaz vəziyyətə salmaqdır. Yəni onun məlumatsız olduğunu vurğulamaq, ağıllı düşünmədiyini vurğulamaq (tənzih edirik). Çünki özlərini çox ağıllı zənn edirlər. Halbuki zəka həmişə ağlın qarşısında məğlub olar. Həmişə alçaq, rüsva olduqları halda Peyğəmbər (s.ə.v)-ə zəka ilə yaxınlaşmağa çalışdılar. Peyğəmbərimiz (s.ə.v) ağlı ilə onları həmişə rüsvay etdi. Baxın hər danışıqlarına, həmişə fitnə, pislik qoxar. Həyasızdırlar. Peyğəmbərlərə həmişə həsəd etmişlər, qısqanmışlar. Onun ağlına, qabiliyyətinə, gücünə, imkanlarına, müvəffəqiyyətinə həsəd gözüylə yaxınlaşmışlar. Və bu həsədlə badalaq gəlməyə çalışmışlar, həmişə də rüsvay olmuşlar. Məsələn “İstidə döyüşə çıxılarmı?” -deyirdilər. Niyə? Çünki çıxılmasın ki, Peyğəmbər (s.ə.v) da müvəffəqiyyətli olmasın. Dərdləri bu idi. Ayrıca özüdə orada mövqe qazanacaqlarını, daha mərhəmətli, daha şəfqətli, daha ağıllı, detalı görə bilən olacaqlarını düşünürdülər.
Münafiq super axmaq bir məxluqdur. Allah ağlını almışdır. Allah onunla lağ edər, oynayar. Allah onu alçaldar. Müsəlmanların qarşısında da alçaldar. Lakin o axmaq ağlı ilə sağsağan kimi yenə bir fürsət çıxacaqmı deyə gözləyər. Hər səfərində rüsvay olar yenə gözləyər, yenə rüsvay olar yenə gözləyər. Qurandakı bütün ifadələrə baxın, həmişə münafiqlərdəki məqsəd Peyğəmbər (s.ə.v)-i xəcalətli etməkdir. Və sözdə öz üstünlüklərini ortaya qoymaqdır haşa. Məsələn, Muddəssir surəsindəki o alçaq münafiq Peyğəmbər (s.ə.v)-ə üstünlük iddia edirdi. “Mən daha mədəniyəm, daha məlumatlıyam, daha çox xarici dil bilirəm. Məsələn, hadisələrə daha asan diaqnoz qoyaram”. Münafiqlər də ona bel bağlamışdılar. Dedi ki -haşa- “Məhəmmədin gətirdiyi Qurana bir baxım. Necə səhv olduğunu sizə təsbit edib izah edəcəyəm. Mənə bir az müddət verin”. dedi. Yəni Kitabda səhv tapacaq, bir ziddiyət tapacaq və Peyğəmbər (s.ə.v)-i necə mat edəcək deyə münafiqlər də çox həyəcanlandılar. Günlərlə araşdırdı.
Allah ayədə deyir: “Üzünü turşutdu” Münafiqlərin üzü çox bərbaddır. Yəni donuq üzlüdürlər. Şeytanla əlaqədə olduğu üçün sanki kükürd qoxar. Şeytanla əlaqədə olduqları üçün üzləri donuqdur, yəni ruhi xəstə görünüşdədirlər. “Qaşqabağını tökdü və üzünü turşutdu”. “Sonra bu kitab insan əli ilə hazırlanmış bir kitabdır, bu səbəbdən ziddiyyətlərlə doludur” tərzdə danışdı deyir. Halbuki ziddiyyətlərlə dolu dediyi on doqquzla əlaqədar orada mükəmməl bir riyazi sistem var. Onu görüb fərq etdiyi halda şeytanlığından, imanı artıb Qurana, islama heyran olacağı yerinə Quranın əleyhinə ifadə verir. On doqquz rəqəminin möcüzəsini ilk dəfə orada görür, buna baxmayaraq şeytanlığından tərs rəftar edir. Əxlaqsızlığından guya Peyğəmbər (s.ə.v)-i xəcalətli edəcək. Bu səfər Allah ayənin sirlərini açıqlayır. On doqquz rəqəminə diqqət çəkir. Onun oyuna gəldiyini söyləyir. On doqquz koduna da işarə etmiş olur. Allah: “Mən o rəqəmi möminlərin lehinə, küfrün də əleyhinə olaraq Qurana yerləşdirdim” -deyir . “Onların əleyhinədir. İstədiyi qədər ətrafını çağırsın” -deyir. O zamanlar onlar Roma dövlətinə bağlı idilər. Yəni Roma dərin dövləti idi. Müəyyən bir zaman sonra İngilislərə keçdi. Roma dərin dövləti İngilis dərin dövlətinə keçdi. İngilis dərin dövləti şəklində dəyişdi. Hədislərdə də var. “İblis dənizdə bir adada oturar. Oradan adamlarını, əsgərlərini göndərər” -deyir. Axırzaman üçün bunu söyləyir. Yoxsa həmişə Romaya diqqət çəkilmişdir.
“Çünki o düşündü bir ölçü təsbit etdi” -deyir. Məhz o on doqquz ilə əlaqədar ölçü. “Qəhr olası necə bir ölçü qoydu”. Quran münafiqlərin qəhr olacağını açıqlayır. “Yenə qəhr olası necə bir ölçü qoydu”. “Sonra bir baxdı” onun baxışları, təbii ki, murdar bir baxışdır. Quranın işarə etdiyi budur. “Sonra qaşqabağını tökdü üzünü turşutdu”. Yəni üzünə murdar, iyrənc, lağım kimi bir ifadə verir. Münafiqlərin sifətində lənət bir ifadə olar. Bax “sonra qaşqabağını tökdü” donuq, murdar bir sifətli olar. Bu Allahın onlara möhürüdür. “və üzünü turşutdu. Sonra da arxa çevirdi”. Münafiq pisdir, dərhal ayrılıb gedər. Allah ona diqqət çəkir. “və təkəbbür göstərdi”. Yəni mən böyüyəm, mən ağıllıyam, mən mədəniyəm, mən məlumatlıyam. “Bu yalnız bəşər sözüdür!” [Muddəssir surəsi, 24] On doqquzu görür heyrətlənir, lakin bu yalnız bəşər sözüdür! deyir. Möcüzəyə çaşıb, heyrətlənib elə deyil? İnanmaq yerinə onu tərsinə çevirməyə çalışır. “Bu yalnız bəşər sözüdür!” Quranı, ayətləri Peyğəmbər (s.ə.v)-in uydurduğunu deyir. “Onu cəhənnəmə sürüyüb atacağam”. Baxın Allah, sürümədən bəhs edir. Çünki müqavimət göstərəcək. Allah: “Müqavimət göstərəcəyi üçün sürüyəcəyəm” -deyir. İt kimi sürüyəcək. “Cəhənnəm (səqər) nədir sən bilərsənmi? Nə saxlayar, nə buraxar”. Tutmur da buraxmır da. Çünki Allah onların oralardan qaçması, sürünməsi üçün imkan yaradır. Özünü azad zənn edir, amma qaça bilmir. Quran ona işarə edir. “Bəşərə dəlicəsinə susamışdır”. Cəhənnəm vəhşi bir heyvan kimidir. Həmişə əzmək, yandırmaq, yıxmaq, əzab vermək istəyər. Cəhənnəm küfrə və münafiqlərə qarşı dəli bir heyvan kimidir, təcavüzkardır. “Bəşərə dəlicəsinə susamışdır” yəni onları davamlı udar, yeyər onları məhv edər. “Onun üzərində on doqquz vardır”. On doqquz mələk. Güclü, qüvvətli on doqquz mələk. “Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun,” on doqquz sayını, “özlərinə kitab verilənlər qəti bir məlumatla inansın” Xristian, yəhudi və müsəlmanlar qəti bir məlumatla Qurana iman etsin. İman edənlərin də imanlarını artırsın, möminlərin, müsəlmanların həyəcanını şövqünü artırsın “iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməsinlər” qəti qənaətə gəlsinlər. “və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”- desinlər”. Bu qədər axmaqdırlar. Allah on doqquzdan kod verir, hələ də anlamırlar. “Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir”. Məsələn, münafiqləri çaşdırıb azdırır. Müsəlmanları da hidayətə çatdırır. “Rəbbinin ordularını özündən başqa heç kim bilməz”. Xızır (ə.s), mələklər bilinmir. Yəni Allah bildirərsə bilinər. “Bu isə bəşər (insan) üçün yalnız bir öyüddür”. Yəni ürəyində xəstəlik olan müalicə olacaq. Münafiqliyə meyli olan müalicə olacaq. Mömin də ürəyi açılar, fərahlayar, daha güclənər.
“Yaxud onların (məsəli) zülmət içində göy gurultusu və şimşəklə yağan leysana (düşənlərin məsəlinə) bənzəyir ki”. Baxın, “yaxud onların (məsəli) zülmət içində..”. Quran məhz münafiqin ruhunu izah edir, görürsən? Ruhu qapqaradır. “göy gurultusu və şimşəklə yağan leysana” Ruhunda ani səs-küylər olar, ani həyəcanlar, ani qorxular və dəhşətlər yaşayar. “zülmət içində göy gurultusu və şimşəklə yağan leysana (düşənlərin məsəlinə) bənzəyir ki”. Qapqaranlıq bir dünyası vardır. Sanki yağış altında, qaranlıqlar içində qalmış, pərişan, tək başına bir ruh halında olarlar. “ildırımın saldığı dəhşətlə ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar”. Baxın, “ildırımın saldığı dəhşətlə” Allah davamlı bəla, vəsvəsələr verdiyi üçün, münafiqlər davamlı ölüm qorxusu və gəncliyinin getmə qorxusu içərisindədirlər. Həmişə o dəhşəti yaşayarlar. Ölümdən nifrət edər, dəhşətə qapılarlar. Gəncliyinin getməsi, bir şəkildə ölməsi, xəstələnməsindən çox qorxar. “ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar”. Ayədə keçən “qulaqlarına tıxayırlar” sözü həqiqətən qulaq tıxama mənasını vermir. Yəni bir şeyi eşitmək istəməz. Quran oxunarkən dinləmək istəməz. Səs-küy salar, qaçar oradan bir başqa səs meydana gətirər. Və yaxud, məsələn, yüksək bir yerə qaçar. Yaxud alçaq bir yerə qaçar. “Şübhəsiz ki, Allah kafirləri (hər tərəfdən) əhatəyə almışdır”. Allah: “Hara qaçsalar Mən oradayam” -deyir.
Şəms surəsi 9 və 10-cu ayələrdə: “Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır”. Məsələn, əxlaqsızdırsa əxlaqsızlığından imtina edəcək. Münafiq meylindədirsə münafiq meylindən, küfr xüsusiyyəti varsa küfr xüsusiyyətindən, ürəyində fəsad, fitnə-fücur vardırsa onlardan imtina edəcək. Murdar əxlaqı ilə, murdar hərəkətləriylə möminləri narahat edən bir xaraktersizliyi vardırsa bunu təmizləyəcək. “Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır”. Allah yalnız bunlar xilas olar deyir. Amma, əlbəttə ki, nəfsini təmizləsə. “Və onu üsyanla günahla” üsyankar, anarxist ruhla, təcavüzkar psix ruhla, Qurana, islama zidd hərəkətlərlə, “örtüb saran”, məsələn, davamlı inkar edərək, üstünü örtərək, yalanlarla hiss etdirməməyə çalışaraq, bu kimi xarakterləri ortadan qaldırmayıb müalicə olmaqdan imtina edərsə “ziyana uğramışdır”.
PEYĞƏMBƏRİMİZ (S.Ə.V) “İMAM MEHDİ MÜSƏLMANLARIN QÜRURUDUR, MÜNAFİQLƏRİN KİNİNİ ÜZƏRİNƏ ÇƏKƏR” DEYİR
Əbdüləziz bin Müslim belə rəvayət etmişdir: Rəsulullah (s.ə.v) fərman etdi: “İmam Mehdi dinin, islamın nizamı, müsəlmanların qürurudur”. Müsəlmanların ağ üzüdür. Aydın üzüdür. “Mehdi (ə.s) münafiqlərin kinini üzərinə çəkər”. Mehdi (ə.s)-ın xüsusiyyətidir. “Kafirlərin həlak olmasının vəsiləsidir”. Təbii ki, elmlə, mədəniyyətlə, məlumatla, vəsiləsidir. (Usulü Kafi El Usül Minel Kafi El Kuleyni cild 1, s. 281)
MÜNAFİQ AYƏLƏRİ İNANANLARIN ÜRƏYİNDƏ DƏRİN BİR TƏSİR MEYDANA GƏTİRƏR, ÜRƏKLƏRİ YUMŞALAR, MÜNAFİQLƏR İSƏ İÇDƏN-İÇƏ KİNLƏNƏR VƏ NİFRƏTLƏRİ ARTAR
Münafiq ayələri, küfr ayələri möminlərə istiqamətlidir. Küfr və münafiqlər bu ayələrdən təsirlənməz. Mömin təsirlənər. Möminin ürəyində dərin təsir yaradar. Onun üçün biz özümüzə izah edirik. Möminlərə izah edirik. İnananlara izah edirik. Münafiq və kafir içdən-içə kinlənər, hirslənər. Nifrəti artar. Allah ayədə: “Onların nifrətini artırmaqdan başqa faydası olmaz” -deyir. Yeni surə endiyində “hansınızın imanını artırdı?” deyərlər”. Allah: “Onların hirsini artırmaqdan başqa bir təsiri olmadı” -deyir. Kinini və nifrətini daha da artırar. Möminin imanı artırar, münafiqinsə kinini və hirsini daha artırar. Mömin özünü düzəldər, kafir, münafiq daha da betər, azğın hala gələr. Ürəyi daha da qaralar. Möminin ürəyi işıqlanar, fərahlayar.
MÜNAFİQ ÖZÜNÜ TƏRİFLƏYƏRKƏN QARŞI TƏRƏFƏ HƏYASIZLIQ EDƏR VƏ AĞLASIĞMAZ ŞEYLƏRLƏ İTTİHAM EDƏR, BELƏ BİR ƏXLAQSIZLIĞI VARDIR
Özünü böyük görmə, həyasızlıq etmə, özünü tərifləyərkən də qarşıdakını vicdani olaraq yaxud mərhəmətini əskik kimi göstərmə münafiqin xüsusiyyətidir. Özünü həmişə zərər çəkmiş göstərər, qarşı tərəfi də zərər çəkməsinin səbəbkarı olaraq göstərər. İnsanları, mömini zərər vermiş olaraq göstərər. Belə bir əxlaqsızlığı vardır.
MÜNAFİQ ÖZÜNÜ HƏMİŞƏ ZƏRƏR ÇƏKMİŞ OLARAQ GÖSTƏRƏRKƏN, ƏXLAQSIZ OLARAQ MÜSƏLMANLARI VƏ ELÇİNİ ƏDALƏTLİ OLMAMAQLA İTTİHAM EDƏR
Rəsulu Əkrəm Əfəndimiz Uhudda ordusu ilə gedərkən azğın münafiq olan bir adam onu bostanından keçirməməyə çalışmış. Ordu, əsgər oradan keçir. Yolun üstü olduğu üçün məcbur olaraq oradan keçilirdir. Rəsulullah (s.ə.v) də, təbii ki, məcbur olaraq oradan keçirdi. “Ya Muhəmməd əgər sən bir peyğəmbərsənsə bostanımı tapdalayıb keçmək sənə halal olmaz” -deyir. Əxlaqsıza bax. Peyğəmbər (s.ə.v) başqa necə etməlidir? Yolun üstü olduğu üçün burdan keçmək məcburiyyətində idi. Həm də kompensasiya edilirdi. Əxlaqsız münafiq: “Və sonra da yerdən bir ovuc torpaq götürərək vallah bu torpağın başqalarını narahat etməyəcəyini bilsəydim onu sənə atardım”. Bir də özünü mərhəmətli, başqalarını qoruyurmuş kimi göstərir. Azğınlığı görürsən? “Vallah sənə onu atardım” -deyir. Azğın münafiqin bu həyasız hərəkətinə səbr edə bilməyən bir neçə müsəlman, ona hücum etmək istəyirlər. Peyğəmbərimiz (s.ə.v), “Buraxın onu. O mənəvi kordur. Qəlbi kordur. Allah onun qəlb gözünü kor etmişdir” -deyir. Başqa bir şey demir.
Məsələn, münafiqlər deyirlər ki, bir gün Peyğəmbərimiz (s.ə.v)-ın dəvəsi itir. “Əgər Muhəmməd (s.ə.v) həqiqətən bir peyğəmbər olsaydı dəvəsinin harada olduğunu bilərdi”. Əxlaqsızı görürsən? Tam münafiq üslubu. “Bu sözü eşidən Rəsulullah (s.ə.v): “Bəli, vallah mən ancaq Allahın mənə bildirdiyini bilərəm”. Peyğəmbər qeybi bilə bilməz. Sonra Peyğəmbərimiz (s.ə.v): “Allah indi dəvənin harada olduğunu mənə göstərdi. Dəvə filan vadidə, boynundakı iplə bir ağaca bağlanmış vəziyyətdədir. Gedib axtarın” buyurdu. Allah, görünüş meydana gətirir dəvəni görür. Bağlı olaraq harada olduğunu söyləyir. Allah daha əvvəl bildirmir. Allah bildirdiyində söyləyir. Peyğəmbərimiz (s.ə.v)-in dediyi yerdə, vadidə və təsvir etdiyi şəkildə dəvə tapılır. Peyğəmbərliyinin dəlilidir. Bu doğru hədislərdəndir. Çünki tez-tez görüntü görür. Peyğəmbərlərdə olar bu, yuxu kimi görüntü görərlər. Bu Tövratda da keçir, peyğəmbərlərin hamısında vardır; görüntü görərlər. Yəni yuxu kimi bir hal meydana gələr, orada görər. Deyir ki, “Əgər peyğəmbər olsaydı dəvəsinin harada olduğunu bilərdi”. Əxlaqsızlığını görürsən? Münafiq hər fürsətdən, hər cür əxlaqsızlıqdan istifadə edər. Peyğəmbər haradan bilsin? O da imtahan olunur. Allah bildirməzsə bilə bilməz.