Hörmətli Adnan Oktarın ayə izahları
Büruc surəsi, 1-ci ayə
Bürcləri olan göyə and olsun.
Allah göylərdəki bürclərə diqqət çəkir. Biz hara getsək onlar da bizlərlə birlikdə gedir. Mövqeləri də dəyişmir. Göyün bəzəkləridirlər.
Büruc surəsi, 2-ci ayə
O vəd edilən günə.
Allah qiyamətin həqiqət olduğunu söyləyir. Bir çox elm adamı çox ehtimal vermir. Allahın dediyi olduqda Quranın haqq olduğunu anlamış olacaqlar. Quranın dediyi doğrudur. Əslində elmi tərəfdən də, bir çox tərəfdən də doğrudur.
Büruc surəsi, 3-cü ayə
Şahid olana (görənə) və şahid olunana (görünənə)
Biz həm görürük, həm də Allah bizi görür.
Büruc surəsi, 4-5-6-7- ci ayələr
Məhv olsun xəndək kənarında yığışanlar (Əshab-i Uhdud)! Odunla alışdırılmış xəndək. Onlar o xəndəyin ətrafında oturub, möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.
… möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər. Tam Axırzamana işarə edən bir ayədir. İndi də möminlərə etdiklərini televiziyadan seyr edirlər. “Onlar o xəndəyin ətrafında oturub ...”. İndi nəyin ətrafında otururlar? Televiziyanın ətrafında otururlar. Oradan müsəlmanlara etdiklərini seyr edirlər. Bəzisi pulemyotla daranır, bəzisi bombalanır; uşaq-muşaq, qadın, qız.
Büruc surəsi, 8-ci ayə
Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
O, heyrət vericidir. Bu, Allahın bir möcüzəsidir. İman əhlinə qarşı insanların ürəyində bir hirs olur. Məsələn, küfr içində olan bir insanla bu tiplər danışarkən hörmətli olarlar, dəyər verərək danışarlar. Amma qarşılarında mömin olduqda ürəyində qəribə bir şeytani hirs duyar. Bu, heyrət ediləcək bir şeydir. Bu, möcüzədir. Üslubu dəyişir. Məsələn, çöldə də çox görərsiniz, küfr içindədirsə, hətta müsəlmanlarda da bunu görmək olar. Məsələn, küfr içində olan bir insana daha hörmətlidir. Amma müsəlman olsa, çox da vecinə almaz. Dünyanın hər yerində elədir. Müsəlman müsəlmanı vecinə almaz. Amma bir xaricidirsə, ona çox hörmət edər. O şeytani bir instinkt olur. Allaha sığınılması lazım olan bir instinktdir. Bu, əlbəttə, möminin çox lehinə olan bir şeydir. Mövqeyini yüksəltmək baxımından çox mühümdür. Yoxsa durduq yerə müsəlmanın mövqeyi yüksəlməz.
Büruc surəsi, 9-cu ayə
Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
Göylərin və yerin mülkü kimindir? Allahındır. Adamdan soruşuruq, “Mənimdir” -deyir. Allah “Mənimdir” -deyir. “Allah hər şeyə Şahiddir”. Nə deməkdir? İndi danışığımızı da dinləyir. Allah biri bir yerdə bir şey etdikdə onu da görür. Biri küçədə gedərkən onu da görür, məsələn, bu danışığımız əvvəldən axıra kimi Allah tərəfindən bilinir, qədərdə daha anamızdan doğulmadan bu danışığı edəcəyimiz bilinir.
Büruc surəsi, 10-cu ayə
Gerçək budur ki, mömin kişilərlə mömin qadınlara işgəncə verənlər, sonra tövbə etməyənlər; məhz onlar üçün, cəhənnəm əzabı vardır və yandırıcı əzab onlaradır.
İndi dünyanın hər tərəfində mömin kişilərə, mömin qadınlara işgəncə verilir. Geniş miqyasda.
Büruc surəsi, 11-ci ayə
Şübhəsiz ki, iman gətirib yaxşı (saleh) işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
Şübhəsiz ki, iman gətirib yaxşı (saleh) işlər görənlər üçün. İman edəcək, amma səmimi olacaq. Səmimi hərəkətlər edəcək, səmimi ibadət edəcək. “... ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir”. Quranda cənnət çox sərih (açıq-aydın) bəyan edilir. Məsələn, Tövratda o qədər dəqiq deyil. İncildə, Qurana yaxın olmaqla birlikdə orada da o qədər dəqiq deyil. Qurandakı qədər sərih deyil. Allaha həmd olsun Allah Quranda cənnəti çox ətraflı izah edib; qab-qacaqları, yeməkləri, görünüşü, hər şeyi ilə izah edilib. Cəhənnəm də çox ətraflı izah edilib.
İslam dini çox aydın bir dindir, Allaha çox şükr. Məsələn, Tövratda diqqətli araşdırıldıqda cəhənnəm haqqında məlumat əldə etmək olur. Həmçinin cənnət barəsində də eyni vəziyyətdir. Tövratda ölümdən sonra diriliş haqqında ancaq diqqətli araşdırıldıqda məlumat əldə etmək mümkün olur. Amma Quranda çox sərih keçir. Çox açıqdır. Quran o tərəfi ilə çox fərahladıcı, çox iç açıcı bir kitabdır. MaşaAllah, Əlhəmdülillah.
Bəqərə surəsi, 13-cü ayə
Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.
Məhz bu böyük bir fitnədir, bəladır. Bunu müsəlman müsəlmana da bəzən edə bilir. Bundan çəkinmək lazımdır. Məsələn, Amerikalılara heyran olar. Avropalı gəlsin heyran olar. Hər halından məlum olur, üslubundan, danışığından. Və yaxud dinə lağ edən bir insandırsa -mən bir çox dindardan görürəm- daha hörmət edir. Onun yanında daha ciddi, daha hörmətcil olur. Amma bir qismi müsəlmana qarşı çox laqeyd və rahat ola bilirlər. Halbuki, əsas möminlərə sevgi və hörmət göstərilməlidir. Küfr içində olanlara qurtarmaq məqsədi ilə şəfqət duyarsan. Bunu şeytan insanlara asanlaşdırır. Möminlərin son dərəcə lehinə olan bir vəziyyətdir. Möminlərin davamlı savab qazanmasına səbəb olar. Hər dəqiqə, hər saat savab qazanmalarına səbəb olar. Oturduqları yerdə.
Nisa surəsi, 139-cü ayə
Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.
Bax, məhz bu ayə çox mükəmməl göstərir. Həm onların şərəfli olduqlarını düşünürlər, onlara qarşı heyranlığın mənşəyində qüvvət və qürur olduğunu görürük. Yəni onu şərəfli görür. Şərəfli görmək nə deməkdir? Hörmət edir, dəyər verir, gözündə böyüdür, hörmət edir, sözünə diqqət yetirir, rəftarlarına diqqət yetirir, onu hörmətli görür. Və onu qüvvətli görür. Müsəlmanı zəif görür. Müsəlmanı xəyalpərəst zənn edir. “Onlar ibadət edər, xəyalpərəstdir, cənnətə, cəhənnəmə inanar”. Amma o birisini, küfr içində olanı həqiqi görür. Qüvvətli gördüyü üçün də heyranlığı o istiqamətdən də artır. Amma müsəlmanı qüvvətli görmür. “Müsəlmanın qarşısında küfr var, bunlar hər an bir şey edə bilərlər, əzə bilərlər, dağıda bilərlər. Bunun qüvvəti yoxdur” -deyir. “Çünki bu axirətə inanır. Görünməyən bir şeyə inanır”. “Kafirdir” deyir, “küfr içində olan əllə tutular bir şeyə inanır, onlar iç-içədir” deyir. Onu daha ağıllı görür. Şüur altında ona daha çox hörmət edir. Bunu etdikcə müsəlmana dayanmadan savab gedər, günah özünə gəlir. Onu edənə axar. O bərəkətsizliyin, o uğursuzluğun, bu çirkin ruhu ürəyinə dolar. Halbuki, qüvvət və qüruru Haqda axtarmaq lazımdır.
Münafiqun surəsi, 8-ci ayə
Deyərlər ki, “And olsun, Mədinəyə qayıtsaq, gücü və qüruru çox olan, düşkün və zəif olanı, əlbəttə, oradan sürüb-çıxaracaq”. Halbuki, izzət (güc, qürur və üstünlük) Allahın, Onun Rəsulunun və möminlərindir. Ancaq münafiqlər bilmirlər.
Deyərlər ki, “And olsun, Mədinəyə qayıtsaq, gücü və qüruru çox olan, düşkün və zəif olanı, əlbəttə, oradan sürüb çıxaracaq. Görürsənmi, küfrə ilişib qalıblar. Müsəlmanların gücünün olmadığına inanır. Qürurun olmayacağına da inanır. Amma münafiq “küfr həmişə güclüdür” deyə inanır, xəstə insanda belə bir meyl olar. Onun üçün münafiq dönüb gəzib küfrə gedər. Küfr ağlından heç cür çıxmaz. “Qürur həmişə oradadır, onlara hörmət edilər, qüvvət ondadır, onlar qüvvət sahibidir. Buna görə müsəlmanlar qüvvət sahibi də deyillər, qürur sahibi də deyillər” deyə şüuraltında bir inanc olur. Ona görə müsəlmanlara pambıq ipliyi ilə bağlı olarlar. Həmişə belə gərgin, həmişə narahatdır. Qüvvətli görmədiyi üçün ürəyində azğınlıq hissi olaraq. Amma xəyalında da həmişə bir gün cahiliyyədə, küfrdə o qüvvətə sahib olacağam, o qürura sahib olacağam deyə yanıb alovlanar. Amma küfrə də getdiyində küfr onu yandırar, bitirər. Yandıqca küfrə girər, küfrə girdikcə yanar. Bu bir-biri ilə davamlı yarışan bir sistemdir. Və onu udar bitirər. Ta ki cəhənnəmin ortasına aparana qədər.
Halbuki, izzət (güc, qürur və üstünlük) Allahın, Onun Rəsulunun və möminlərindir. Əsl möminə qürur gözüylə baxılmalıdır. Hörməti ona göstərmək lazımdır. Küfrə deyil.
Tövbə surəsi, 50-ci ayə
Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!” – deyər və sevinə-sevinə çıxıb gedərlər.
Müsəlmanlardan uzaq olmağı ağıllı bir hərəkət olaraq görürlər. Və münafiqlər həmişə uzaq olmaq istədikləri üçün, müsəlmanlara ilişən, tərslik edən, həyasızlıq edən bir ruh içində olarlar. Müsəlmanlara heç cür isinə bilməzlər. Çünki qüvvət həmişə çöldədir deyə düşünər. Amma müsəlmanda bir az güc görsə, onda da bir heyranlıq duymağa başlayar. Ona görə Peyğəmbərimiz (s.ə.v) həmişə güc göstərmişdir, mübarizə aparmışdır. O zaman münafiqlər də baş əydilər. Bu müsəlmanın xüsusiyyətidir. Allah deyir, “daşındırıcı olsun gücünüz”. Allah “qüvvətli görünün, güclü görünün” -deyir. “Zəif görünməyin” -deyir. Zəif görününcə küfr azğınlaşar. Bədiüzzaman da söyləyir, “Heyvan belə zəif görsə, təcavüzkarlaşar, həmişə güclü olduğunuzu göstərin” -deyir.