Hörmətli Adnan Oktarın yeni şərhləri (28 Avqust 2016; 20:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (28 Avqust 2016; 20:00)

1702

ATOMDAKI, MOLEKULDAKI AĞIL ÇOX HEYRƏTLƏNDİRİCİR. DƏCCALİYYƏTİN SEHR TƏSİRİ SƏBƏBİYLƏ İNSANLAR NƏFƏS KƏSİCİ MÖCÜZƏLƏRİ NORMAL QARŞILAYIR

Allahın sənətini unutmamaq çox əhəmiyyətlidir. Ona çox diqqət yetirmək lazımdır. İnsanın yaradılışında çox fövqəladə diqqət var. Məsələn, hüceyrədəki diqqət, xromosom, vakuollardakı ağıl, atomdakı ağıl. Buna fikir vermirlər, yəni bu da şeytanın ayrı bir oyunudur. Çünki molekulun ağlının, müqayisə edilə bilməyəcək dərəcədə insan ağlından üstün olduğu aydın olur. Molekulda nəfəs kəsici bir ağıl var. Bunu bir şəkildə insanların diqqətindən qaçırmağı bir növ sehrlə, hipnozla bacarırlar. Bunu sıradan bir insana izah etsən, xromosomlardakı molekulların ağlını görsə ağılı gedər. Çünki molekul çox kiçik bir şeydir, əhatəli bir şey deyil, amma insan beynindən qat-qat inkişaf etmişdir. Amma hüceyrə içində olduğunda bu ağılı göstərir. Sərbəst olaraq bu ağılı göstərmir. Malekulun mükəmməlliyini, heyrətləndirici istiqamətini dəccal sehri ilə insanların başından silir. Sanki beyini keyidir. Beyinə ağlasığmaz bir güclə təsir edir. Yoxsa insanlar molekuldakı ağılı görsələr heyrətlənərlər. Çünki hüceyrə parçasını alıb aparır. Yoldaşı gəlir, qapqaranlıq bir aləmdə, deyir, burada bir parça var, bu xarabdır. Yoldaşlar bunu sökək, bizə kömək edin deyir. Adamlar iki tərəfdən çəkib ayırırlar, o xarab parçanı oradan diqqətlə söküb çıxarırlar. Sonra dərhal lazım olan parçanı gətirin deyirlər. vakuol mitoxondri hər şey dövrəyə girir. Xüsusi olaraq emal edilir və emal edilmiş parça əlaqəsiz bir yerdən götürüb gətirilir. Bucağı, mövqeyi, oturdulması, şəkli tamamilə orijinal olmaq şərtiylə oraya yerləşdirilir, nəzarət edilir. Sonra bağlayın deyir bağlayır. Bunu edən molekuldur. İnsanlar biologiya dərsində bunu izah edərkən, bu əməliyyatı bir-bir deyir. Yaxşı, gözəl deyir. Bu nəfəs kəsən bir sehr ilə, çox  heyrətləndirici bir sehr ilə əldə edilir. İnsan beyni normal halda buna belə reaksiya göstərməz. İnsan beyni şoka girər. Sanki yüksək dozada narkotik verilmiş kimi insan beyni keyiyər, bu ağlasığmaz heyrətlər içində qalacağı və şoka girəcəyi mükəmməlliyi fövqəladə şəkildə görər. Məhz şeytanın etdiyi cadu budur, dəccaliyyət. Məsələn, insanların vaxtını boş şeylərə ayırır. Matç, döyüşlər, gündəlik siyasi çəkişmələr, böyüklük həsrəti. Əsl möcüzələrdən heyrətləndirici istiqamətlərdən insanların diqqətini yayındırır.

 

ALLAH İLƏ HEYRƏT MƏQAMINDA HƏMİŞƏ ƏLAQƏDƏ OLMAQ LAZIMDIR, TƏƏCCÜB VƏ HEYRƏT MƏQAMINDA

Allahın hər etdiyi şey qəribədir, heyrətləndiricidir. İnsan bu heyrət məqamından heç çıxmamalıdır. Həmişə heyrətlənəcəksən. İnsanların heyrətlənməsini əngəlləyən, dəccaliyyətdir, şeytandır. Beyninin heyrətlənmə gücünün qarşısını alır, təsirsiz hala gətirir. Məsələn, bomba partladığında insan həyəcanlanır. Çox durğun və sakitdirsə şoka girdi deyirlər. Qarşısında adamlar öldürürlər. Bomba partlayır, insanların əli üzü parçalandığı halda ağlasığmaz dərəcədə sakit olur, təsirlənmir. Necəsən deyirsən, yaxşıyam deyir. Buna nə oldu deyirlər, şokdadır deyirlər. Yəni normal reaksiya göstərə bilmir. Məhz şeytan, dəccaliyyət də insanları bu şəkildə şoka saldı. İnsanlar şokdadırlar. Darvin: "təsadüfən yaradıldınız" deyir. Amenna, qəbul etdik deyib səcdəyə gedirlər, qəbul edirlər. Hər şey təsadüfdür deyir. Bütün meyvələr, portağallar, almalar, qovun, qarpız, albalı, naringi, insanlar, heyvanlar, xromosomlar, nüvə bütün aləm hər şey təsadüfən yarandı deyir. Şeytana, amenna və saddakna qəbul etdik deyirlər. Bilmədən, fərqinə varmadan bunu deyirlər. Məhz bunu yıxacaq olan da mehdiyyətdir.

 

FİL SURƏSİNDƏN DƏCCALİYYƏTİN MƏĞLUBİYYƏTİNƏ İŞARƏ EDƏN AYƏ

Şeytandan Allaha sığınıram. "Rəbbin fil sahiblərinə nələr etdiyini görmədinmi?" (Fil surəsi 1). Elem tere keyfe fe'ale rabbüke biashâbilfîl. Əbcədi 2019-cu il tarixini verir. Fil sahibləri. Fil İngilis dərin dövlətinin simvoludur, bilirsiniz. Demək ki, fil sahiblərinə  böyük bir zərbə vurulacaq.

Fil surəsi hicri 1440-cı, miladi 2019-cu il tarixini verir. Yəni 2019-cu ildə fil sahibləri, yəni İngilis dərin dövləti çökəcək. İngilislər o dövrdə müsəlmanları fillərlə əzdilər. Quranda da Fil surəsində diqqət çəkilmişdir bilirsiniz. Allah 2019-cu il tarixini verərək fil sahiblərinə böyük bir zərbə vurulacağını müjdələyir.

 

DƏCCALIN ƏN BÖYÜK GÜCÜ MÜNAFİQLƏRDİR

İngilis dərin dövləti münafiqləri istifadə edərək islam aləmini əsir edir. Dəccalın ən böyük gücü münafiqlərdir. Dəccalın ordusu münafiqlərdən meydana gələr. Yəni çox sayda münafiqdən istifadə edər. Münafiq də şeytanla əlaqəli olduğu üçün çox kəskin və yırtıcı güc əldə edir. Çünki hər münafiqə şeytan girər. O zaman şeytanın zəkasını istifadə edər. Dəccal münafiqlərdən ibarət şeytani zəkaya sahib böyük bir ordu meydana gətirir.

 

TARİX BOYUNCA DƏRİN DÖVLƏTLƏR MÜNAFİQLƏRDƏN İSTİFADƏ ETMİŞ VƏ DƏSTƏKLƏMİŞDİR

Münafiqlik Peyğəmbərimiz (s.ə.v) zamanında da, Peyğəmbərimiz (s.ə.v)-dən sonra da çox güclü idi. Dərin dövlətlər münafiqlərdən çox əhatəli istifadə etdikləri və dəstəklədikləri üçün onlar da yayılma istedadını rahatlıqla tapdılar. Məsələn; tarix içərisində Roma, Misir dərin dövləti dəstəklədi. Nəmrud, hz. İbrahim (ə.s)-a qarşı münafiqləri təşkil etdi. Rəsulullah (s.ə.v) zamanında da Roma dərin dövləti vardı, onlar da münafiqləri təşkil edirdilər. Yəni birbaşa bir müdaxilə olmadı, amma əhəmiyyətli görmədilər. Lakin böyük işçiləri vardı, məsələn, 900 adamdan 300 adam münafiq idi. Çox dəhşətli bir vəziyyətdir. Məsələn, hz. Həsən (r.ə), Hüseyn (r.ə)-i şəhid edənlər münafiqlər idi. Ömər (r.ə)-i şəhid edənlər, hz. Əli (r.ə)-i şəhid edənlər münafiqlər idi və edərkən də Allah adına edirdilər. Dərin dövlət özünü həmişə şeytanın əmrində olan bir güc olaraq göstərmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo