SÜFYAN HAQQINDA HƏDİS ŞƏRHLƏRİ
İsafür-Rağıbindən nəql Tilsimlər səhifə 212-də deyir ki: “Süfyan kafir biridir”. inkar edər, yəni Allaha inanmaz. Təkamülə darvinizmə yaxud neyə inanırsa ona inanar. “Allahı, Quranı, peyğəmbəri tanımaz”. Özünü Allahdan, peyğəmbərdən daha üstün görər, yəni Rumi məntiqdədir. Bəzi pozğun Rumilər kimi. “İslam adına nə varsa hamısına qarşıdır”. Yəni islam şəriətini qəbul etməz. “Sistemli və münafiqanə bir tərzdə iş görər. İslamın əsas sütunları olan inanc əsaslarını qaldırmağa, yox etməyə, zəiflətməyə çalışar. Hz. Mehdi (ə.s)-ı da davamlı müşahidə altında tutar”. İzləyər. “Süfyanın mühasirəsi Mehdinin üzərindən qalxmaz” -deyir.
Rəvayətdə var ki: “Süfyan böyük bir alim olacaq. Elmiylə dəlalətə düşəcək və çox alimlər ona tabe olacaqlar. Vəl elmi indAllah. Bədiüzzaman belə şərh edir: “Başqa padşahlar kimi ya qüvvət-qüdrət və ya qəbilə-tayfa və ya cəsarət-sərvət kimi vasitəni səltənət olmadığı halda zəkasıyla və fənniylə” yəni mədəniyyəti məlumatıyla və siyasi elmiylə “o mövqeyi qazanar və ağılıyla çox alimlərin ağıllarını ələ alar”. Yəni alim müəllimlərin, müsəlmanların ağıllarını zəpt edər. “ətrafında fətva verər və bir çox müəllimi özünə tərəfdar edər”. Risalə-i Nurda belə keçir.
“Süfyan, abus çöhrəli (qaşqabaqlı), sərt ürəkli adamlardan bir ordu nizamlayar və bunlar hər tərəfdə müsəlmanlara zülm edərlər. Bir çox şəhəri də işğal edərlər. Qan axıtmağı halal edərək, Ali Muhəmmədə düşmən kəsilərlər. Təmiz insanlara xəyanəti öyrədərlər”. İcazə verər, caiz edərlər. ““Xainlik halaldır” -deyərlər” -deyir. (Ahir Zaman Mehdi'sinin Alameti, Celaleddin Suyuti'nin tasnifinden hadisler, Ali Bin Hüsamettin El Muttaki.) Bu çox köhnə bir əsər və məqbul bir əsərdir. Sünni bir alimdir, çox etibar edilən bir alimdir.