MÜNAFİQLƏR VƏ KAFİRLƏR, ALLAHIN MÖMİNLƏRİN MƏNƏVİ MÖVQESİNİ UCALTMAQDA İSTİFADƏ ETDİYİ İKİ TAYFADIR
Münafiqun və münafiqat, kafirun və kafirat Allahın müsəlmanları ucaltmaqda istifadə etdiyi iki tayfadır. Münafiq və kafir olmasa, müsəlman cənnətə girə bilməz. Müsəlmanın mövqeyi münafiq və kafir sayəsində yüksəlir. Məsələn, Rəsulullah (s.ə.v.) zamanında, Rəsulullah (s.ə.v)-in yanında doqquz yüz nəfər müsəlman qrupu vardı. Üç yüzü münafiq idi. Rəsulullah (s.ə.v.) yanından uzaqlaşdırmırdı, çünki o münafiqlərlə birlikdə etdiyi cihad daha çətin olduğu üçün daha çox savab qazamış olurdu. Çünki uzaqlaşdırsa fitnə, pislik çıxaracaqdılar. Daha da azacaqdılar. Amma gözünün qarşısında olduğunda da yenə pislik edirdilər, amma idarə edilə bilirdi. Gözünün qarşısında olmuş olur. Münafiq gizliliyini qismən itirmiş olur. Yoxsa münafiq müsəlmanların içində də müsəlmanların əleyhinə fəaliyyət göstərər. Hətta Peyğəmbərimiz (s.ə.v)-ə qarşı baxışları nifrət doluydu. Allah ayədə "Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr..." deyir. Münafiq qrupu nifrət dolu baxırlar. Baxışlarıyla Peyğəmbər (s.ə.v)-ə pislik edəcəklərini düşünürdülər. Rəsulullah (s.ə.v.) anlamırmış kimi rəftar göstərirdi, amma Allah vəhy ilə bildirirdi. Başqa bir ayədə: "Allah gözlərin xainliklərini bilər" deyir. Xaincə, yəni nifrətlə baxır, amma biz müsəlmanıq deyir. Rəsulullah (s.ə.v)-in yanında olmaları Rəsulullah (s.ə.v)-in mövqeyini daha da yüksəldər; çünki münafiqsiz bir birliklə edilən cihad, savabı az olan cihaddır. Amma münafiqlərlə iç-içə edilən bir cihadın savabı çox yüksəkdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in yanında heç bir şeyə qarışmayan, Peyğəmbəri seyr edən kəşfiyyatçı bir ruhda idi. Yalnız Peyğəmbər (s.ə.v)-in əleyhinə nə istifadə edə bilərlər, harada əleyhinə bir müzakirə apara bilərlər deyə Peyğəmbər (s.ə.v)-in qüsurunu görməyə çalışırdılar. Yəni hansı sözü dəyişdirib hansı şəkildə insanlara izah etsələr fitnə çıxara bilərlər. Onun üçün münafiqlər, o müşahidəçi rəftarlarından ötrü və içlərində də kin və nifrət olduğu üçün baxışlarının iyrəncliyini fərq etmirdilər. Hiyləgər murdar bir xarakterlə Peyğəmbər (s.ə.v)-i gizli-gizli izləyirdilər və ondan suallar soruşurdular. Ağzından sirr almaq, müsəlmanların əleyhinə bir məlumat ala bilmək üçün danışdırmağa çalışırdılar. Bilmədiyindən deyil, yaxud öyrənmək istədiyindən deyil, alçaqlıqlarından edirdilər. Danışdıracaq ki, söhbət arasında əleyhinə nələr tapa bilər, nələri istifadə edə bilər onu təsbit etsinlər. Və Peyğəmbər (s.ə.v)-in hərəkətlərini də izləyirdilər. Məsələn, yeməsini, içməsini, oturmasını, qalxmasını, ki əleyhində bir şey tapsınlar. Yəni tənqid edəcək bir şey tapsınlar. Rəsulullah (s.ə.v.) də səs çıxarmırdı.
Rəsulullah (s.ə.v.) münafiqlərin içərisində sanki onlarla oynadı. Bir şahmat matçı kimi onlarla oynadı. Bir onlar hücum edir, bir Peyğəmbərimiz (s.ə.v.) hücum edir. Məsələn, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-ə öküz kimi, heyvan kimi, yəni boş, mənasız, mal kimi baxırdılar. Nə səbəbə? Çünki o anda ancaq pislik düşünür. Dalıb gedir, baxdığını da unudur. Kilidlənib qalır, məsələn, dörd dəqiqə beş dəqiqə nə əxlaqsızlıq edəcəyini düşündüyü üçün, kilidlənib o şeytanı rejimdə qalır. Allah ayədə "Allah gözlərin xain baxışlarından xəbərdadır." deyir. Rəsulullah (s.ə.v)-in münafiqlərlə apardığı mübarizəni görən müsəlmanlar, Rəsulullah (s.ə.v)-ə olan sevgiləri daha da çox artırdı. Çünki münafiq olmadan edilən mübarizədənsə, münafiqlə edilən mübarizə daha məqbul olduğu üçün Rəsulullah (s.ə.v)-in səbrini, iradəsini, ağlını, qabiliyyətini gördükləri üçün möminlər Peyğəmbərimiz (s.ə.v)-ə heyran qalırdılar. Allahın ona verdiyi vəhyi və ilhamı gördükləri üçün sevinc hissi keçirirdilər. Səbir etdi. Məsələn, üç yüz münafiqin hamısını göndərə bilərdi, amma göndərmədi, səbir etdi. Münafiqlər özləri-özlərini alçaltdılar. İslama zərər verə bilmədilər, özlərini alçaltmış oldular. Bütün insanlara nə qədər alçaq və əxlaqsız olduqlarını açıq şəkildə göstərdilər. Rəsulullah (s.ə.v)-in gözəl əxlaqıyla onların əxlaqsızlığı, axmaqlığı və ağılsızlığı ziddiyyət meydana gətirdi. Ağıllı bir insanın necə gözəl olduğu görüldü. Alçaqlarla keyfiyyətli insan arasındakı fərq Allah tərəfindən ifşa olmuş oldu. Onun üçün müsəlman üçün münafiq bir yüksəlmə daşıdır. Müsəlman onun üstünə basar yüksələr. Münafiqin əxlaqsızlığı da müsəlmanın, Peyğəmbər (s.ə.v)-in gözəl əxlaqı ilə fövqəladə dərəcədə ziddiyyət meydana gətirdiyi üçün, ziddiyyət də insanın çox xoşuna gələr. Məsələn, Allah qapqara gözün ətrafını dümağ yaradır. İki ziddiyyətdən gözəllik meydana gəlir. Simmetriyanı yaradır; gözəllik meydana gətirir. Məsələn, almazı qara məxmərin üstünə qoysan par-par parlayar. Amma almazı qumun içinə qoysan tapa bilməzsən. Məhz qaralıq münafiqlər və kafirlərdir. Almaz möminlərdir. İşıq da nurdur, işıqda mömin par-par parıldayar. Məsələn, Rəsulullah (s.ə.v.)-ə deyə bilərdilər ki: "Münafiqləri niyə uzaqlaşdırmadın?" Səbrin, əziyyətin və ağılın ortaya çıxması üçün münafiqlərlə iç-içə, kafirlərlə iç-içə bir həyat var. Rəsulullah (s.ə.v.), çoxu kafir, fasiq, lağ edən, dərin dövlət mənsublarıyla dolu Ukaz Panayırına şəxsən özü gedib danışırdı. İslamı izah edir. İstəsə heç getməzdi.