HÖRMƏTLİ ADNAN OKTARIN MÜDDƏSSİR SURƏSİ VƏ HİCR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
(Müddəssir surəsi, 50-51)
Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki; ovçulardan (yaxud aslandan) qaçırlar.
Müddəssir surəsində Allah deyir ki, Sanki onlar, ürkmüş vəhşi uzunqulaqlar kimidirlər; Aslandan qorxub-qaçırlar. Arslan Mehdi (ə.s)-ın soyadı bilirsiniz, yəni, onun ləqəbi Arslan. Hz. Əli (ə.s)-ın da ləqəbi idi. Kərəmullahi Vəccəh, Əsədullah, Haydarı Kərrar; dönə-dönə döyüşən Allahın arslanı.
(Müddəssir surəsi, 54-55)
Xeyr! Bu Quran bir nəsihətdir. İstəyən onu xatırlayar.
Bax, öyüd alır, sonra düşünür. Allah insanı həmişə düşünməyə dəvət edir. Düşünəndə beyin inkişaf edir. Düşünəndə hikmət və ağıl da inkişaf edir. Düşünülmədi mi Allah bağışlasın öküz kimi insanlar formalaşır. Səfeh və sadəlövh insanlar yaranır. Düşünən insanlar Allah tərəfindən gözəlləşdirilir, Allah tərəfindən kömək edilir, Allah tərəfindən xoş hala gətirilirlər. Hikmətli, keyfiyyətli və yüksək dərəcəli hala gəlirlər.
(Hicr surəsi, 6)
Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
Peyğəmbərimiz (s.ə.v)-ə və digər peyğəmbərlərə də edilən böhtanların ən başında gələnlərin biri də dəlilik iddiası. Çünki dəli desən biri, "Dəliyə mən niyə tabe olum"? Deyəcək. Ona görə hamı bu stili əsas götürür.