ALLAHIN İSTƏDİYİ ÖZÜNÜ SEVDİRMƏK, ÖZÜNƏ DİQQƏT ÇƏKMƏK, BİZİ SINAMAQDIR. İNSANLAR ƏZABI GÖRMƏDƏN GÖZƏLLİYİN QƏDRİNİ BİLMİR
Ənam surəsi, 65, şeytandan Allaha sığınıram: “De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından üzərinizə əzab göndərməyə …” qadirdir. Üstdən nədir? Təyyarədən bombalamadır. Ayaqlarının altından necə olur? Yerə bomba düşür, yaxud ayağının altında mina olur partlayır və ya hər hansı fəlakət baş verir. “... Ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Birini-digərinə qırdırır, şiəni sünniyə, sünnini şiəyə. PKK terror təşkilatları da eyni şəkildə. “Və birinizə digərinin gücünü daddırmağa qadirdir'“-deyir Allah. Əsgər-polis də onlara qarşı əlbəttə şiddət tətbiq edir. “Bax gör! Biz ayələri belə izah edirik ki, bəlkə başa düşsünlər?”-deyir Allah. Deməli hər hadisə, hər faciə, hər qan tökülməsini Allah yaradır. Amma bunu xüsusi ilə yaratdığını deyir Allah, qəsdən etdiyini bildirir. Bu, bir zamana qədər belə davam edəcək. Allah bizi sınamaq, Özünü sevdirmək, Özünə diqqət çəkmək istəyir. Hz. Mehdi (ə.s)-ı çıxartmağının səbəbi də budur. Allah sevilmək istəyir. Hz. Mehdi (ə.s) sevgi insanıdır. Onu ortaya çıxartmaq üçün dünyanı qan gölünə çevirir Allah, sırf hz. Mehdi (ə.s)-ı çıxartmaq üçün. Sırf hz. Mehdi (ə.s)-ın zühuru üçün Allah tərəfindən yüz minlərlə insan öldürülür. Hz. İsa Məsih (ə.s)-ı endirir Allah, əvvəl başqa aləmə aparır. Axırzamanda endirəcəyini bilərək aparır Allah. 2000 il əvvəl aparır, sonra geri endirir. 2000 il sonra geri endirir hz. İsa Məsih (ə.s)-ı. Hz. Mehdi (ə.s)-a köməkçi edir. Amma insanların ruhu duymur. Məsələn, hz. Mehdi (ə.s) insanların arasında gəzər. “Bazarlarda, dükkanlarda gəzəcək” -deyir Peyğəmbərimiz (s.ə.v). “O sizi görəcək amma siz onu görə bilməyəcəksiniz” -deyir. Diqqət edin “Hz. Mehdi (ə.s) bazarlarınızda, dükanlarınızda gəzəcək” -deyir, “o sizi görəcək amma siz onu görə bilməyəcəksiniz, tanıya bilməyəcəksiniz” -deyir. İndi elə bir dövrdəyik və heç fərq etdirmədən edir Allah. Məsələn, münafiqləri əzir, fərq etdirmədən edir. Küfrü əzir, fərq etdirmədən edir. Müşrikləri əzir fərq etdirmədən edir, kimsə fərqində deyil. Hər kəs təbii hadisələr olduğunu zənn edirlər. Yəni adi hadisələr olduğunu zənn edirlər. Amma elə deyil.
MEHDİ GÖZLƏMƏK TƏNBƏLLİK YARADAR DEYƏNLƏR YANILIRLAR, MUSƏVİLƏR MİN İLLƏRDİR MEHDİ GÖZLƏYİR, HƏM DƏ ÇOX ÇALIŞQANDIRLAR
Hz. Mehdi (ə.s)-ı gözləmək o millətə bərəkət gətirir. Allah elə istəyir. Bax belə bir millət məğlub olmaz. Deyirlər “Mehdi gözləmək tənbəllik yaradar”. Dünyanın ən çalışqan milləti musəvilərdir. 3500 ildən bəri hz. Mehdi (ə.s)-ı gözləyirlər, Moşiyahı gözləyirlər və nların tarixinə görə o 7000 illik müddət bitdi. Musəvi qaynaqlarına görə hz. Mehdi (ə.s) bu əsrdə mütləq gəlməlidir. Yəni bütün musəvilər ittifaq halındadır. Başqa vaxt yoxdur. Onların 7000 illik tarixi bitdi. “Mütləq gəlməlidir və İsraildən gəlməyəcək, Şimaldan gələcək. Onu Romanın qapılarında axtarın” –deyirlər. Yəni İstanbulun qapılarında axtarın. Buna aid çox sayda Tövrat hökmü var. Ravvinlərin bütün izahları belədir. Onu həmişə “Romanın qapılarında axtarın, Romada tapacaqsınız onu”.-İstanbulda- “Qüdsdə tapa bilməzsiniz” –deyirlər. “O, bizə kənardan gələcək” -deyirlər.
İNKARÇILARIN LAĞ ETMƏYİNDƏN QORXUB İNŞAALLAH DEMİRLƏR. İNSANLARA XOŞ GÖRÜNMƏK ÜÇÜN ALLAHIN RAZILIĞINI UNUDURLAR, BU SƏFƏR DƏ ALLAH BƏLA VERİR
İnşaAllah maşaAllahın sirrini bilənlərə Allah zənginlik verir, bərəkət verir, sağlamlıq verir, ağız şirinliyi verir, gözəllik, hakimiyyət verir. Hər istiqamətdən müvəffəqiyyət verir. Allah Quranda bunu açıq-aşkar ifadə edir. Adamın biri inşaAllah demədiyi üçün Allah həlak edir. MaşaAllah demədiyi üçün malını-mülkünü əlindən alır. Allahın təhdidi var. Allah əks vəziyyətdə, yəni inşaAllah, maşaAllah deyilmədiyində əzab verəcəyini deyir. Amma “inşaAllah maşaAllah deyildiyində bərəkət, bolluq və rahatlıq verəcəyəm” -deyir. Bunu da görürük. Aydın şəkildə görünür. Bir-birlərindən təsirlənirlər. inşaAllah, maşaAllah deməyi bir qəribəlik kimi görürlər. Bu səfər onun könlünü xoş edim deyə bütün bərəkətini, sağlamlığını, xoşbəxtliyini hər şeyini itirir. Üç-beş adamı xoşbəxt edəcək deyə inşaAllah, maşaAllah demir. Onlara qarşı etibarı, cahiliyyə etibarı, qüruru baxımından, onlar ayıblayar deyə, onlar ona gülər və yaxud istehza edər, zarafat edər, gülər deyə inşaAllah, maşaAllah demir. Bu səfər Allah fəlakətlərin ən dəhşətlisindən verir. İqtisadi cəhətdən, maddi cəhətdən, ruhən də çökdürür, mənəviyyatını alt-üst edir Allah. Dünyasını alt-üst edir.
Məsələn, namaza lağ edir, sürünür, məhv olur. Qardaşım lağ etdiyinə görə görmürsən necə qəm-qüssə içindəsən? Bax, çox aydın nəticə yaranır. İnşaAllah, maşaAllah demirsən, müflisləşirsən, batırsan. Allah ayağına dolandırır. Nə vəziyyətə düşdüyünü görmürsən? İnşaAllah, maşaAllah deyənlərdəki bərəkətə, sağlamlığa bir bax. Bir də öz halına bax. Üç adamı guya əyləndirəcəksən deyə özünü məhv edirsən.
Peyğəmbərimiz (s.ə.v) buyurur: “Bir adamın bütün sözlərində inşaAllah deməsi onun imanının kamalındandır”. Hər sözündə, məsələn, sabah bir şey olacaq, o biri gün edəcəyi bir şey üçün, buna bənzər sözlərində inşaAllah deməsi onun imanının kamalındandır.
Yenə Peyğəmbərimiz Rəsulullah (s.ə.v): “İnsanlar üçün inşaAllah deməkdən daha fəzilətli itaətkarlıq yoxdur” -deyir. Bax, “İnsanlar üçün inşaAllah deməkdən daha fəzilətli itaətkarlıq yoxdur”. İnşaAllah demək ən fəzilətli itaətkarlıqdır deyir .
Rəsulullah (s.ə.v): “Axırzamanda Mehdi tələbələrindən biri bir iş görmək istədiyi vaxt “inşaAllah bu işi edərəm” deyər” -deyə buyurur. Bax 1400 il əvvəlndən onları görmüş, “onlar bir iş görəcəkləri vaxt həmişə inşaAllah deyərlər”-deyir Peyğəmbərimiz (s.ə.v). Biz də Mehdi qabaqcılı olduğumuza görə inşaAllahı çox deyəcəyik. inşaAllah hz. Mehdi (ə.s) tələbələriylə qarşılaşarıq, inşaAllah hz. Mehdi (ə.s) ilə qarşılaşarıq.
“İnşaAllah” hz. İsa (ə.s)-ın “İ” hərfi ilə, “maşaAllah” da Mehdinin “M” hərfi ilə başlayır. İnşaAllah, maşaAllah bir yerə gəlincə dünya hakimiyyəti olar, maşaAllah.
Bu maşaAllah, inşaAllah haqqında İncildə də eyni şəkildə qeyd edilir. “Dinləyin indi”-deyilir İncildə, Yaqub bölməsi, 4, 13-15-ci hissə- “Bu gün ya da sabah filan şəhərə gedəcəyik, orada bir il qalıb ticarət işi görəcəyik və ya pul qazanacağıq deyən sizlər, sabah nə olacağını bilmirsiniz. Bunun yerinə, “Rəb diləsə yaşayacağıq, bunu, edəcəyik” deməlisiniz”. Görürsünüzmü? 2000 il əvvəldən eyni şey deyilir. Hz İsa (ə.s)-ın təlimidir.
Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) tələbələri haqqında belə buyurur: “Etdikləri işi etibarlı edən kəslərdir. Onlardan biri, bir iş görmək istədiyi vaxt “inşaAllah bu işi edərəm” deyər” -deyir. Diqqət edin, yalnız hz. Mehdi (ə.s) tələbələri üçün inşaAllah sözünü çox istifadə edəcəklərini deyir Peyğəmbərimiz (s.ə.v). Bu çox heyrətləndirici bir şeydir. Daha əvvəlki dövrdə bəzilərinin edəcəyini demir, “Axırzamanda ən çox inşaAllahı istifadə edənlər hz. Mehdi (ə.s) tələbələridir” -deyir. Baxın, neçə dənə hədis var, bir dənə iki dənə deyil.