ALLAH İSA MƏSİHİ ÇOX SEVİR. KAFİRLƏR HZ. İSANIN YANINA GƏLƏNDƏ ALLAH ONU ÖZ QATINA QALDIRIR. ALLAH BUNU HEÇ BİR PEYĞƏMBƏRƏ ETMƏYİB
Məsələn, Zəkəriyya (ə.s)-ə hücum edirlər, hz. Zəkəriyya (ə.s) də, kötüyün içinə girir “Allahdan başqa Baqi olan yoxdur”-dedi, adamlar mişarla doğradılar, ortadan kəsdilər Zəkəriyya Peyğəmbəri. Allah istəsəydi onu da göyə qaldırardı, amma qaldırmadı. Şəhidliyini uyğun gördü. Məsələn, Yəhya (ə.s) də, canım mənim həbs edilmişdi adam içib, tam sərxoş halda, “kəlləsini mənə gətirin” -dedi, adam sərxoş və bir qadın bunu deyir, qadınla sərxoş söhbəti edir. “Məndən nə istəyirsən?” -deyir qadına, qadın da, “Yəhyanın kəlləsini istəyirəm” -deyir. Əvvəl deyir: “Nə istəsən edəcəyəm. Məndən bir şey istə, söz verirəm ki, edəcəyəm”. “Madam ki, söz verdin, o zaman mən də, Yəhyanın kəlləsini istəyirəm” -deyir. “Oldu, kəsib gətirin” -deyir. Canım mənim, gedirlər onu orada şəhid edirlər, başını kəsib gətirirlər. Allah istəsəydi oranı başlarına uçurardı, zəlzələ yaradıb darmadağın edərdi, amma etmir bunu. Taleyində şəhidlik var, kəlləsini siniyə qoyub gətirirlər. Bilirsiniz, hz. Yəhya (ə.s)-ın qolu da buradadır, Müqəddəs Əmanətlərin içində. Qızıl qabın içində saxlanılır.
Allahın bunu etməkdə məqsədi onların insanlardan fərqi olmadığını vurğulamadır. Çünki insanlar da döyüşlərdə şəhid olurlar. Həmişə Peyğəmbərləri, Allah belə qorumur. Lazım olanda döyüş meydanında şəhid olurlar, başqa yerdə başqa bir hadisə də baş verir. Yəni bu, insanların ağlını itirməməsi üçündür. Çünki uşaq da şəhid olur, peyğəmbər də şəhid olur. Amma İsa Məsihdə elə deyil, Allah göyə, yanına qaldırır və göydə Allahın yanında namaz qılır mələklərlə birlikdə. 2000 il namaz qılır. Ondan soruşsaq iki saniyə filandır deyər. Getdim-gəldim deyəcəkdir. 2000 il keçir amma xəbəri belə olmur. 2000 il namaz qılmışdır. Həmişə namaz qılır mələklərlə birlikdə, başqa bir şey etmir. Məhz bunu xristianlar səhv başa düşür, Allah dediyi kimi “Allah sağına götürəcək, kürsüdə oturacaq” -deyir. Allah ona insan olaraq görünür? Təcəlli edər. Həqiqətən sağına da götürər. Yəni yanında oturda bilər, ibadət edər, amma təcəllisi olar. Allahın şəxsi olmaz. Onlar şəxs kimi izah edirlər. Elə olmaz.
UCA ALLAH HƏR DANIŞIĞI, HƏR RƏFTARI MÖMİNLƏRİN XOŞUNA GƏLƏCƏK ŞƏKİLDƏ YARADIR, SƏBİR GÖSTƏRƏRƏK TALENİ İZLƏMƏK LAZIMDIR
Hər şey xeyrlə olar, hər şeyi gətirən Allahdır, aparan Allahdır, bildirən Allahdır, danışdıran Allahdır, bunu unutmayanda Allah qulunu sevər, unudanda Allahın xoşuna getməz. Yəni bütün gücün, qüvvənin Allaha aid olduğunu həmişə bilmək lazımdır. Allahı unutsan, Allah da, insanları tək qoyar. Allah ayədə, şeytandan Allaha sığınaram: “Siz Məni unutsanız, Mən də sizi unudaram (Tövbə surəsi, 67)” -deyir. Unudulmaq nə deməkdir bilirsinizmi? Dibi olmayan qaranlığa doğru itib getməkdir, Allah qorusun. Cəhənnəm quyusuna təpəsi üstə getməkdir, ucu bucağı olmayan bir eniş. “Məni unutmayın, Mən də, sizi unutmayım”-deyir Allah. “Məni unutsanız, Mən də, sizi unudaram” -deyir. Qul Allahı düşünməzsə, Allah da ona əhəmiyyət verməz.