HƏDİSLƏRDƏ İNGİLİS DƏRİN DÖVLƏTİNƏ İŞARƏ EDİLİR
Peyğəmbərimiz (s.ə.v) deyir ki: “Şübhəsiz İblisin taxtı dənizin üzərindədir”. Bir adadadır deyir. Dənizin üzərində bir adadadır. “Bölük-bölük əsgərlərini oradan göndərər və insanları fərqli-fərqli fitnələrə salar”. Peyğəmbərimiz (s.ə.v) İngiltərənin dərin dövlətini 1400 il əvvəl söyləmiş. “Əsgərlərinin özü qatında ən böyüyü, fitnəsi ən böyük olandır”. Yəni dəccal. Səhihi Müslimdə keçir. Səhihi Müslim min dörd yüz illik hədisdir. “Adada” , “Şimalda” -deyir. Yerini də söyləyir.
“Şübhəsiz ki, dənizdə həbs edilmiş -adada deyir- özlərini Süleyman əleyhissalama bağlamış olan bir sıra şeytanlar vardır” -deyir. Ki, masonluq hz. Süleyman (ə.s) dövründən var idi. “Onların çıxması və insanlara qarşı Quranı dəyişdirərək açıqlaması yaxındır” -deyir. Dəyişdirərək homoseksuallığı sərbəst buraxır, rumilik şəklində ortaya çıxırlar.
HAQQƏL YAKİN İMANDA ACİZLİK GÖSTƏRMƏ VƏ KƏDƏRLƏNMƏ HALI OLMAZ
“Acizlik göstərməyin və kədərlənməyin. Əgər (həqiqətən) iman etmişsinizsə ən üstün olan sizlərsiniz”. [Ali imran surəsi, 139] Bu ayə mehdiyyətin xülasəsidir. “Acizlik göstərməyin və kədərlənməyin”. Məhz bu sirri bilən mehdiyyət birliyidir. “...əgər (həqiqətən) iman etmişsinizsə..”. Allah ən həyati, əsas nöqtəni açıqlayır. “İman etmişsinizsə” demir, “(həqiqətən) iman etmişsinizsə ən üstün olan sizlərsiniz”. Ən üstün olmaq nə deməkdir? Mehdiyyətdir, dünya hakimiyyətidir. Allah: “Yetər ki Mənə qəti həqiqi olaraq, Haqqəl yakin iman edin” -deyir. Onsuz da o zaman acizlik göstərmə və kədərlənmə halı olmaz. Haqqəl yakin imanda acizlik göstərmə və kədərlənmə olmaz. “...(həqiqətən) iman etmişsinizsə ən üstün olan sizlərsiniz”. Yəni dünya hakimisiniz. Ən üstün deməyin mənası, dünya hakimliyi deməkdir. Mehdiyyətin xülasəsidir.
CAHİLİYYƏ DÜŞÜNCƏSİYLƏ BAXAN İNSAN MƏLUMATI ALLAHIN ÖYRƏTDİYİNƏ İNANMAZ VƏ CAHİLİYYƏ ELMİNƏ GERÇƏK ELM GÖZÜYLƏ BAXAR. HALBUKİ MÜSƏLMANLARI ƏSL MARAQLANDIRAN QURANA UYĞUN ELMDİR
Küfr və münafiqlər nə deyirlər? ““Bu mənə yalnız biliyimə görə verilmişdir!” - deyər”. Özünü alim zənn edər. Münafiq və kafirlər öyrəndiyi məlumatlara görə müvəffəqiyyət qazandıqlarını zənn edərlər. Allah, Zumər surəsi 49-cu ayədə bu mövzuya işarə edir. “Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!”
Mömin nə deyir? Quranda mömin üslubu necədir? Bəqərə surəsi, 32-ci ayədə Allah belə bildirir; “Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” Mömin bütün elmin Allahdan olduğunu bilir. Amma münafiq və kafir oxuduğu kitablardan öyrəndiyini zənn edər. Cahiliyyə düşüncəsiylə baxan insan öyrəndiyi məlumatı Allahın öyrətdiyinə inanmaz. Və cahiliyyə elminə əsas elm gözüylə baxar. Halbuki müsəlmanları maraqlandıran əsl elm Qurandakı elmdir. Bizim inancımıza görə Qurana uyğun elmdir. Quranın dəstəklədiyi elmdir. Qurana zidd olan elm müsəlman üçün etibarlı deyil.
MÖMİNLƏRİN HƏLİM XASİYYƏTLİ, HÖRMƏTLİ, GÖZƏL XASİYYƏTLİ OLMALARI, ÖZLƏRİ KİMİ HƏYASIZ, OYUNÇU, TƏCAVÜZKAR OLMAMALARI MÜNAFİQLƏRƏ PİS TƏSİR EDƏR, ŞEYTANDAN ALDIĞI İLHAMLA MÖMİNLƏRİ AĞILSIZ GÖRƏR
Şeytandan Allaha sığınıram. Bəqərə surəsi, 13-cü ayədə Allah buyurur; “Onlara: “(Bu )insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”- deyildiyi zaman”. Məsələn, bütün müsəlmanlar kimi sən də müsəlman ol, həlim xasiyyətli, hörmətli, ağıllı ol deyir. ““Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”- deyirlər”. Özünü üstün gördüyü üçün möminləri ağılsız və zəif imanlı zənn edir. Onların elə üsyankar olmaması, həyasız olmaması, təcavüzkar olmaması, oyunçu və ya yalançı olmaması münafiqə pis təsir edər. Özlərinin həyasız, əxlaqsız, şərəfsiz olduğu üçün özlərinə bənzəməmələri münafiqləri qəzəbləndirər. Və buna görə müsəlmanlardan nifrət edər. Həmişə onları ağılsız görüb, özünü isə çox ağıllı görməsinin səbəbi, şeytandan aldığı ilhamdan qaynaqlanır.
BİR ELM QURANA ƏSASLANMIRSA O HEÇ BİR ŞEY DEYİL. QURANIN TƏSDİQ ETDİYİ MƏLUMAT ELMDİR
Peyğəmbərimiz (s.ə.v) Quran alimi idi, cahiliyyə alimi deyildi. Peyğəmbərimiz (s.ə.v) ümmi idi. Yəni oxuma-yazması yox idi. Əraf surəsi, 157-ci ayədə Allah deyir: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olan ümmi (yazıb-oxumaq bilməyən) xəbər gətirici olan (Nəbi) elçinin ardınca gedərlər. (O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar..”. Nə ilə buyurar? Quranla buyurar. “...Pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları üzərlərindəki zəncirləri endirər”. Yəni boş, cahiliyyə düşüncələrini, inanclarını, fitnələri onların üzərindən qaldırar. “Ona iman gətirən, onu dəstəkləyən”. Bax, möminlər inanıb, dəstək olub müdafiə edəcək. Münafiq nə edər? Badalaq gəlməyə çalışar. Müdafiə etməz, əleyhinə çalışar. “Ona kömək edən”. Münafiq nə edər? Tam tərsinə, küfrə və münafiqlərə kömək edər. “... və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. Nəyin ardınca gedənlər? Quranın. Peyğəmbər (s.ə.v) da Qurana uyardu. Bir məlumat yaxud elm Qurana əsaslanmırsa, Quran təsdiq etmirsə onu o elm deyil , heç bir şey deyil.
MÜNAFİQLƏR BOŞ MƏLUMATLAR, BOŞ DÜŞÜNCƏLƏR ARXASINDADIR. MÖMİN İSƏ HƏMİŞƏ HİKMƏTİ VƏ QURANLA UYĞUN OLAN ELMİ AXTARAR
Allah Nisa surəsi, 89-cu ayədə belə buyurur: “Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər”. Yəni başı boş, boş işlərlə məşğul olmalarını istəyərlər. Boş məlumatlar, boş düşüncələr, boş hədəflər, münafiqin xüsusiyyətidir. Hədəfi həmişə boşdur. Boş düşüncələrlə, boş məlumatlarla məşğul olar, boş şeyləri oxuyar, boş şeyləri izləyər, sonunda cəhənnəmin dibinə düşər. Mömin isə həmişə hikməti, həqiqi məlumatı axtarar. Quranla uyğun olan məlumatı axtarar.
PEYĞƏMBƏRİMİZ (S.Ə.V) GÖZƏL ƏXLAQLI VƏ TƏVAZÖKAR İDİ. MÜNAFİQLƏR İSƏ DAVAMLI PİS CAVAB VERİRDİLƏR
Məsələn, Peyğəmbərimiz (s.ə.v) həmişə gözəl danışırdı. Münafiqlər həmişə pis cavab verirdilər. Peyğəmbərimiz (s.ə.v) həmişə təvazökar davranırdı, onlar isə təkəbbür arxasında idilər. Davamlı Peyğəmbərimiz (s.ə.v)-in ümmi olmasını xatırladırdılar. Biz bu qədər dil bilirik, bu qədər məktəb oxuduq deyirdilər. Qardaşım, kitab yüklü eşşək kimisən. Boş adamsan. Başın da, ürəyin də boşdur. Mühüm olan imana əsaslanan hikmət elmidir, dərinlikdir, Allah qorxusu və Allah sevgisidir. Allah səni dünyada buna görə yaradır. Yoxsa şeytan səndən də alimdir. Şeytan da öyünür, amma öyünməsi boşunadır. Cəhənnəmin dibinə gedir.
MÜNAFİQLƏR MÖMİNLƏRİN ŞÖVQÜNÜ ARTIRAR, DAHA DİQQƏTLİ OLMASINI TƏMİN EDƏR. VƏLAYƏT MÖVQEYİNİ ALMASINA VƏSİLƏ OLAR
Mömin vəlayət mövqeyini münafiqlərdən alar. Məsələn, peyğəmbərlər münafiqlər sayəsində peyğəmbərlik mövqeyinə yüksəlirdilər. Dərəcələri yüksəlirdi. Münafiq zehini açar, mübarizə əzmini artırar, şövqü artırar, müsəlmanın daha diqqətli və tətikdə olmasını təmin edər. Yoxsa müsəlman bəzən çox tədbirsiz, çox etidalsız davrana bilər. Münafiq möminin tətikdə, diqqətli və etinalı olmasını təmin edər. Üfüqünü açar, necə mübarizə edəcəyini daha yaxşı görər, riski daha yaxşı qavrayar, islamın, Quranın qiymətini daha yaxşı anlayar, müsəlmanlara olan sevgisi daha artar. Münafiqin növbə-növ faydası vardır. Amma münafiqin əsl acı çəkəcəyi şey, cənnətdə ona ayrılması lazım olan yerin möminə aid nemət olaraq verilməsidir. Mömin savab baxımından da, ağıl baxımından da, iradə və güc baxımından da qazanclı olar. Məsələn, münafiq möminə, islama güc verər, hücum gücü, üfüq genişliyi verər. Əks halda mömində miskinlik, bacarıqsızlıq, gücsüzlük olar.
MÜNAFİQLƏR HÜCUM ETMƏK ÜÇÜN MÜSƏLMANLARIN ZƏİF ANINI GÖZLƏYƏR
Münafiqlər müsəlmanların bəlaya uğramasını xaincəsinə, səbrlə gözləyərlər. Münafiqlər müsəlmanların çətin vəziyyətə düşməsini gözləyər. Güclüykən hücum etməzlər. Necə ki, vəhşi heyvanlar hücum etmək üçün zəif anı gözləyər, münafiq də zəif anı gözləyər ki, hücum edə bilsin. Ona görə də qrupunu da hazırlayar. Tövbə surəsi, 98-ci ayə: “Bədəvilərdən eləsi də var ki, (Allah yolunda) xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah Eşidəndir, Biləndir”. [Tövbə surəsi, 98] Yəni hər istiqamətdən müsəlmanların çökməsini gözləyərlər.
NƏFSİ ƏN AĞIR GÜNAHLARLA İTTİHAM ETMƏK LAZIMDIR Kİ, MÜSƏLMANIN TƏRSİNƏ HƏRƏKƏT ETMƏSİN
“Allahdan ancaq mömin olanlar qorxar və ondan ancaq münafiq özünü təhlükəsizlikdə hiss edər”. Onsuz da cəhənnəmə inanmır ki, qorxsun. Amma mömin həqiqətən axirətə inandığı üçün qorxur. Onun üçün dərslərimizdə münafiq dərsi keçərkən həmişə möminlərə izah edirik. Mömin öz üstünə götürməzsə o münafiq əlaməti olar. Əgər üstünə götürərsə o da mömin əlamətidir. Çünki müsəlman nəfsini təmizə çıxartmaz. Nəfs daim pisliyi əmr edicidir. Nəfsi ən ağır günahlarla ittiham etmək lazımdır. Özünü münafiqliklə, səhvlə, dəlalətlə ittiham edəcəksən... Səhv deyərkən, yəni harama girmə meyli, “Hər cür səhvi edə bilərsən” deyə nəfsə davamlı məlumat getməsi lazımdır ki, nəfs azğınlaşmasın, müsəlmanın tərsinə hərəkət etməsin. Amma nəfsini təmizə çıxaran; “Mən yaxşıyam, mən doğruyam, mən qüsursuzam, mən səhvsizəm” -deyirsə, şeytanın qucağına düşər. Bu Quranın ifadəsidir. Şeytandan Allaha sığınıram. Allah Ələq surəsində: “İnnəl insana ləyətqa” -deyir.
İSLAM ALƏMİNİN ƏZİLMƏSİNİN SƏBƏBİ MÜNAFİQLƏRDİR. İNGİLİS DƏRİN DÖVLƏTİ MÜNAFİQLƏR OLMADIĞINDA ADDIM ATA BİLMƏZ
İngilis dərin dövləti müvəffəqiyyəti -indiyə qədər olmuşdu, bundan sonra batma dərəcəsindədir- gücünü münafiqlər sayəsində əldə etdi. İngilis dərin dövləti bütün gücü münafiqlər sayəsində əldə etdi. Münafiqlər olmadığında addım ata bilməzlər.
İslam aləminin əzilməsinin səbəbi münafiqlərdir. Münafiqlər, məzlum müsəlmanları küfrlə ittifaq edərək əzirlər. Məsələn, müsəlmanların yerlərini söyləyib, müsəlmanların bombalanmalarını təmin edirlər, əleyhinə küfrü təhrik edirlər, əleyhinə zalımları təşviq edirlər, bombalanacaq yerləri göstərirlər. O tərzdə. Münafiqlər hər dövrdə müsəlmanların başını bəlaya salmışdır. Liviyada, Suriyada və İraqda da müsəlmanları küfrlə əməkdaşlıq edərək məhv etdilər. Hələ də davam edirlər. Misirdə çevirilişin meydana gəlməsini təmin edənlər münafiqlərdir. Müsəlmanları bir-birinə qırdıranlar da münafiqlərdir. Liviyadakı hadisələrin mənşəyində də yenə münafiqlər var.