Hörmətli Adnan Oktarın yeni şərhləri (25 avqust 2015-ci il; 21:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (25 avqust 2015-ci il; 21:00)

804

HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNDAN ƏVVƏL, ONUN ÖLDÜYÜNƏ DAİR SÖZ-SÖHBƏTLƏR ÇIXACAQ. BU, HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏNDİR

İsa ibn Abdullah, atasından, o da cəddindən nəql edir ki, Əmirəlmöminin əleyhissalam belə buyurdu: “Bu işin sahibi (Mehdi) mənim övladlarımdandır. Onun haqqında deyəcəklər ki: O ÖLDÜ, HƏLAK OLDU...” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 198) 2- el Kafi 1-ci cild, səhifə :340)

Əbu Cəfərdən rəvayət edildi. Dedi ki: Bu işin sahibində 4 peyğəmbərin 4 xüsusiyyəti olacaq. Hz. Musa, hz. İsa, hz. Yusif və hz. Məhəmməd (əleyhissalam). Hz. Musaya qorxu içərisində ətrafı müşahidə etməsi, hz. Yusifə həbs edilməsi, HZ. İSAYA  ÖLMƏDİYİ  HALDA  ÖLDÜ  DEYİLMƏSİ CƏHƏTİYLƏ BƏNZƏYƏR, Məhəmməd (əleyhissalama) da qılıncla mühasirəyə alınmasında bənzərliyi vardır. (Şeyh Saduk, Kemaluddin,5.Bab,16-cı Hədis,səhifə:153)

Zeynəl Abidindən soruşuldu: Mehdinin İmran ibn Musaya bənzərliyi necədir? Dedi ki: Doğumunun gizli olması və qeybəti (gizlənməsi) mövzusunda bənzəyər. Deyildi ki, hz. Musa (ə.s) neçə il əhlindən gizli qaldı? Dedi ki: 28 il. Rəvayət olundu ki: QAİM (Ə.S) -MEHDİ ÇIXDIĞINDA ÜZƏRİNDƏ; YUSİF (Ə.S)-IN KÖYNƏYİ, YANINDA MUSA (Ə.S)-IN ƏSASI VƏ SÜLEYMAN (Ə.S)-IN MÖHÜRÜ OLAR. (Şeyh Saduk- Kemaluddin adlı kitabdan alınmışdır) (Şeyh Saduk, Kemaluddin,5.Bab, 14-cü Hədis, Səhifə: 152) Müqəddəs sandıq tapıldığında çıxır bunlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo