QAYBETİ NUMANİDƏ VƏ MUSƏVİ QAYNAQLARDA DA MEHDİNİN YETİM OLACAĞI XƏBƏR VERİLMİŞDİR
Qaybeti Numani 176-cı səhifədə “Övladım olan Mehdi yetim olacaq”. Yəni atası olmayacaq. Harada keçir? Şeyx Məhəmməd ibn İbrahim ibn Numani, Qaybeti Numani 176-cı səhifədə. Şiə qardaşlarımızın gözəlliyi, bax mühafizə etmişlər. Ən incə təfərrüatlarına qədər heç bir hədis itməmiş. İşarə olaraq ayələrdə var, Quranda var. Məsələn, Kəhf surəsində var, bir çox hədisdə də işarə olaraq var. Hətta Enoch kitabı var, İdrisin kitabı deyə də tanınan kitabdır. Orada belə “Onlardan bir qismi digər bir qisminə baxacaqlar, heyrətə düşəcəklər və üzləri əyiləcək. Bu qadının oğlunu”, bax bu qadının oğlunu deyir, amma əlbəttə qadının oğlu, atasının oğulu da deyilə bilər, işarə olar amma, zəif də olsa işarə. Enoch kitabı 166-cı səhifədə, “Şan və şərəfin taxtına oturarkən gördüklərində çətinlik onları örtəcək”. Başa keçdiyini görüncə münafiqləri çətinlik örtəcək deyir. Əlbəttə bu etibarlı bir əsər deyil çünki, Enoch kitabı qəbul olunan bir şey deyil. İdrisin kitabı deyilir. Amma əmin ola bilmirik. Çünki, Tövrat, Zəbur və İncil bizim üçün əsas olur, Qurana görə. Amma hədisdə açıqca hz. Mehdi (ə.s)-ın yetim olacağı keçir. “Övladım Mehdi yetim olacaq” -deyir. Rəsulullah (s.ə.v) fərman verir. Qaybeti Numani 176-cı səhifədə.
Tövratda Yeşeya hissəsində 52/13 Rəbbi Moşeha Darşan; ravvin, böyük ravvinləri “Onun sözlərindən bunu öyrəndim. Sizin aranızdan çıxaracağım qurtarıcının Moşiyahın (Mehdinin) bir atası olmayacaq”. Atası yoxdur, çox dəqiq Tövratda elə keçir. “Çünki belə yazılmışdır adı Zamah Dal olan bir adama diqqət yetirin və o olduğu yerdən qol-budaq atacaq”. (Zəkəriyya 6/12.) “O, Rəbbin önündə bir fidan kimi, böyüdü”. (Yeşeya 53/2.) “Bir uşaq” -Rəbbi Beryah, bu ravvin- “Bir olan, uca olan İsrailə dedi ki, mənim önümdə danışdın dedin ki, biz yetimik atamız yoxdur”. (Ağıtlar 5/3). “Aranızdan yetişdirəcəyim qurtarıcının da atası olmayacaq”. “Aranızdan yetişdirəcəyəm qurtarıcının” yəni, Moşiyah, Mehdinin də “atası olmayacaq”. Harada? Tövratda. Atası olmayacaq. Bax 3500 il əvvəl bildirilir. Təxminən 4000 il əvvəl.