MASONLUĞUN MEHDİYETlƏ ƏLAQƏLİ OLDUĞUNU MASON SİMVOLLARI İLƏ ANLAYIRIQ
Masonluq çox qədim tarixə malik təriqətdir. Həzrəti Süleyman (ə.s) dövründə böyük gücə malik olmuşdur. Bütün sistemdə, bütün quruluşda simvolların həmişə mehdiyyətlə, dünya hakimiyyəti ilə, İslamın dünya hakimiyyəti ilə əlaqədar olduğunu görürük. Məsələn, “düyün” düyünün açılması, bir-birinə keçmiş “A” hərfləri, “A” hərflərinin ortasında olan “O” hərfi, “Alfa və Omeqa”. İncildə də, vardır bilirsiniz. Masonluğun dinsiz, ateist insanları da İslamın dünya hakimiyyəti üçün istifadə olunan bir təşkilat olduğu aydın olur. Abdulhəmid dövründə, “Masonluq” dövlətə bütünlüklə hakim idi. Sözün tam mənası ilə hakim idi. Osmanlı paşaları, bir-bir sayaram indi, böyük hissəsi mason idi. Osmanlı padşahlarından var, mason olan padşahlar var. Şeyxülislamlardan masonlar var. Hamısı sənədlərdə var.
BƏZİ MASON SİMVOLLARI VƏ ONLARIN MƏNALARI
Günəş aydınlığı, mehdiyyət işığını, o əl mehdiyyətin əlini, dünyanı abad edəcəyini, mükəmməl arxitektura ilə dünyanı abadlaşdıracağını bildirir. Pərgar və A hərfi də mason simvoludur. Günəş, ay və ulduz Quranda keçən simvollardır. Kometa mehdiyyətin çıxış əlaməti olaraq ifadə edilir. Günəş və ayda olan əlamətlər ona işarə edir. Göz şəklində olmağı da, Allahın bizi gördüyünə işarə edir.
Jakin və Boaz sütunları hz. Süleyman (ə.s)-ın məbədini bildirir. Məbədin yenidən qurulacağını və mükəmməl sənətin icra ediləcəyini bildirir. Mehdiyyətin mühüm məqsədlərindən biri də hz. Süleyman (ə.s)-ın məscidinin yenidən qurulmasıdır. Masonluğun ən mühüm məqsədlərindən biri də budur: Hz. Süleyman (ə.s)-ın məscidinin yenidən qurulması.
Arı pətəyi və arılar, yəni mehdiyyətin arı pətəyindəki arılar kimi çalışacağını bildirir. Bu, hədislərdə də var, bilirsiniz. “Arıların ana arının ətrafına toplandığı kimi toplanarlar”-deyir. Mehdi (ə.s)-a xidmət edən tələbələrə işarə edir və çox çalışqan olacaqlarına işarə edir.