TAHA SURƏSİNDƏN AYƏ İZAHLARI
Taha surəsi, 39. Şeytandan Allaha sığınıram. “Onu” -yəni hz. Musa (ə.s)-ı “sandığın içinə qoyub, …” Sandıq, su keçirməyən bir sandıqdır. Dördbucaq, taxtadan bir-birinə yaxşıca bərkidilmişdir. “Onu sandığın içinə qoyub, çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan biri onu götürsün. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım”. Allah, həmişə hər şeyi, hər yerdə görür. Dünyada bir imtahan vəsiləsi və bir süs kimi gör Allah orada necə bir macəra yaradır. Məsələn, sandığın içinə qoymaq kimi. Qayıq da deyil, sandıqdır. Suyun içində sandıq. Bir dalğa olsa çevrilər, dağılar. “Çaya burax”-yəni təvəkkül etməlidir. “Həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Allah, əvvəla “Mənim düşmənim” -deyir. Allahın düşmənidirsə peyğəmbərin də düşməni olur. Peyğəmbərin düşmənidirsə Allahın da düşməni olur. Bu, bir qanundur. Məsələn, hz. Mehdi (ə.s)-a düşmən olan Allaha da düşməndir. “Gözlərim önündə boya-başa çatdırılasan deyə” -yəni hamı, hər şey həmişə Allahın gözü qabağındadır, eləcə də o sandıq və o sandığın yaradılması da. “Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım”. Sevgini verən də Allahdır. İnsan bacardığı qədər sevilmək istəsə də, Allah, sevdirməsə sevilə bilməz. Sevilməyi yaradan da, sevdirən də Allahdır. Sevgini yaradan Allahdır. “Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. O zaman bacın gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək birini göstərim?”“ Yəni, oradakılara gedib, Fironun adamlarına deyir. “Madam, belə bir körpə var, ona baxmaq üçün tanıdığım birisi var” -deyir. “Əgər istəsəniz gətirim onu” -deyir. Çünki, hz. Musa (ə.s) heç bir ananı (ananın südünü) qəbul etmir. Əmizdirmək istəyirlər, süd anaları gətirirlər, amma heç birini qəbul etmir. Olduqca sağlam və sevimli uşaq idi. Razılaşırlar və “o qadın, sənin dediyin qadın da gəlsin onu da yoxlayaq” -deyirlər. Öz anası gəlincə dərhal anasının südünü qəbul edir. Əlbəttə ki, anası çox sevinir, gözü aydın olur. Kədərli ikən hüznlənmir. İmtahanın davamına baxın, “Sən bir nəfəri öldürmüşdün”. Anası da imtahan olur, amma özü (hz. Musa (ə.s)) körpə oldğuna görə bunu başa düşmür. “Sən bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq” -deyir Allah. İnsan öldürmək çox dəhşətverici bir şeydir. Məsələn, peyğəmbər birini, bir şəxsi bilməyərəkdən öldürür. Qəsdən, planlı şəkildə deyil. Yəni bilmədən, səhvən öldürür. Amma çox məyus olur. Müsəlmanın əxlaqına baxın. “Sən bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq”, məyusluğa bax. Olduqca çox dərd çəkir. “Biz səni (çətin) sınaqlardan keçirtdik” -deyir Allah. Günlərlə onun dərdini çəkir. Heç fikrindən çıxmır. “Sən illərlə Mədyən əhli içində qaldın”. Allah, ona o dövrü xatırladır. Ancaq Mədyənə də diqqət çəkir. “Sonra da müəyyən olunmuş (məqama) gəlib çatdın, ey Musa!” (Taha surəsi, 40) -deyir Allah. Allah, bütün tarixini ona vəhylə bildirir, eşitdirir. Allahın hər şeyi bildiyini də buradan görür. Yəni Allah: “Bax Mən sənin körpəliyindən etibarən hər şeyini bilirəm” -deyir. Sandığa qoyulduğunu, hadisələri, baş verənləri, ananın vəziyyətini, “hamısını Mən bilirəm” -deyir Allah. Allah, Ona etibar etməsi üçün gücünü göstərir. “Sonra da müəyyən olunmuş…” -yəni “Mənim yaratdığım bir tale üzərinə gəldin” -deyir Allah. “Öz istəyinlə, öz iradənlə gəlmədin, Mən belə istədiyim üçün gəldin” -deyir Allah. “Mən səni Özümə (peyğəmbər) seçdim!” (Taha surəsi, 41) -deyir Allah. “Mən seçdim” -deyir. “Sən və qardaşın möcüzələrimlə gedin”. Öz ağlınıza görə deyil, “Möcüzələrimlə (Ayələrimlə)” -deyir Allah, yəni, Tövratla. Ağlınıza gələn sözlərə görə demir. “Ayələrimlə gedin, Tövratın hökmlərinə görə gedin” -deyir Allah. “… və Məni zikr etməkdə zəiflik göstərməyin”. “Yəni az, qısa danışmaqla və yaxud gecikdirməklə olmaz” -deyir Allah. “Coşquyla, səmimiyyətlə, qərarlılıqla Məni zikr edəcəksiniz” -deyir Allah. Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləmində bu bəla var. Təbliğə ehtiyac duymurlar. Deyirlər ki, “Onsuzda Dini Qurum bununla məşğul olur”. Qardaşım bu sözə sən inanırsan? Elə təbliğ olar? “Biz niyə təbliğ edək?” -deyirlər. Təbliğ etmək hər Müsəlmana fərzdir. Belə şey harada görünüb?
Firona belə tebliğ edərkən iman etməsi ehtimalı vardır.
“(İkiniz) Fironun yanına gedin. Çünki o, həddini aşmışdır”. (Taha surəsi, 43) Yəni təmamilə yolunu azmışdır. Mövqeyinə görə qudurmuşdur. Hal-hazırda aparılan elmi araşdırmalar nəticəsində bədənində kokain maddəsi aşkarlanmışdır. Deməli, adam həmişə çəkirmiş. Başı da ayıq deyilmiş. Maraqlıdır, o dövrdə kokaini haradan tapıb. Görünür bir yolla əldə edibmiş, kokaini. Aparılan araşdırmaya görə Fironun bədənində kokain aşkarlanıb. Azmağının səbəblərindən biri də böyük ehtimalla bu imiş. “Onunla yumşaq danışın” -yəni sakit, mülayim söz deyin. “Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha surəsi, 44) Diqqət edin, ola bilsin ki, öyüd-nəsihət alar və fikirləşər. Əvvəl öyüd-nəsihətə qulaq asır, yəni öyüd-nəsihət alır həqiqətən “olabilər, fikirləşər, fikirləşdikdən sonra da Allahdan qorxar” deyə düşünürlər. “Bir cəhd edin, ümüd edə bilərsiz” -deyir Allah. Yəni, “mümkünsüz deyil” -deyir. Yəni Firona belə təbliğ edilərkən deməli iman etməsi ehtimalı var. O zaman komunistə də, PKK-lıya da, ateistə də, artıq kim varsa hamısına təbliğ edilməlidir. Necə? Həlim, nəzakətli və hörmətli bir üslubla. Başını-gözünü yararaq deyil.
“Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq””. Çünki adam ayıq deyil. Birdən bağıraraq hücum edə bilər. Birbaşa özü hücum edə bilər, yaxud adamlarına deyib tutdurar. “Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”” (Taha surəsi, 45). Dediyi kimi “həddi aşanlardandır”. Yəni azğındır. Amma birbaşa onun azmağından qorxurlar. Çünki, orada onları şəhid etsə buna görə ona cəza verən olmayacaq. Qayda-qanun da yoxdur o dövrdə. Adam birdən başını kəsər, hamısını kəsər, doğrayar. Hüququn, qanunun olmadığı bir dövrdür.
Allahın görmədiyi heç bir yer, eşitmədiyi heç bir şey yoxdur.
“(Allah) buyurdu: “Qorxmayın?” -qorxmayın deyincə artıq qorxmamaları fərz (vacib) olur- “çünki Mən sizinləyəm…”, yəni “hər addımınızda, hər hərəkətinizdə, hər nəfəs aldığınızda, gözünüzü hər dəfə açıb-yumduğunuzda Mən sizinləyəm. Gözünüzün içindən baxıram, qulağınızın içindən eşidirəm, qəlbinizin içindən tanıyıram, qolunuzundakı güc-qüvvəyəm” -deyir Allah. “Mən oradayam, yanınızdayam, hər tərəfdəyəm. Fironu da bütünlüklə əhatə etmişəm, Fironun da gözlərinin içindən baxıram, sizin də gözlərinizin içindən baxıram, Fironun qulağının içindən eşidirəm, sizin də qulağınızın içindən eşidirəm və tərəfsiz də eşidirəm, tərəfsiz də görürəm (hərtərəfli)” -deyir Allah. Öndən, yandan, hər tərəfdən gördüyünü deyir Allah. Çünki Firon, hansı tərəfi görə bilir? Önünü. Hz. Musa (ə.s) hansı tərəfi görə bilir? O da önünü görə bilir. Amma Allahın görmədiyi heç bir yer yoxdur. Torpağın altını, torpağın üstünü, hər yeri görür. “Mən sizinləyəm, eşidirəm və görürəm!” -deyərək xatırladır Allah. Diqqət edin “eşidirəm və görürəm” -deyir Allah. Qarışqanın ayaq səsindən tutmuş, Fironun nəfəs almasına kimi. Allah hamısını eşidir, bilir. Çünki özü yaradır. İndi “Onun yanına gedib deyin ...” -deyir Allah. Amma hər ikisi də çox qorxurlar. Lakin qoxmayın dedikdən sonra, əlbəttə vəhy olduğu üçün ürəkləri açılır. Amma əvvəl qorxurlar. “Deyir: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə””. (Taha surəsi, 47). Baxın, görün nə qədər məqbuldur. “Biz, onsuz da gedəcəyik buradan, çıxıb gedəcəyik. Bizə əzab vermə, bizi döymə, söymə, öldürmə, bir şey etmə” -deyir. Bundan da məqbul nə ola bilər? “Sən bizi əgər bəla, dərd kimi görürsənsə biz onsuz da gedəcəyik. Biz, təhlükəli deyilik, amma gedərkən də bizi döyüb-söyüb öldürməyə çalışma” -deyir.
“Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik”. Çünki onun da Rabbidir. “İsrail oğullarını bizimlə göndər”. İsrail oğulları qədim tayfadır. Quranda çox yerdə zikr edilir. Peyğəmbər soyudur. “Və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik”. Diqqət edin, “Rəbbindən” -deyir. “Rəbbimizdən”-demir, dəli olmasın deyə xüsusi ilə “Rəbbindən” -deyir. Yəni “Sənin Allahının əmri ilə hərəkət edirik”. “Doğru yolla gedənlərə salam olsun!”. (Taha surəsi, 47) Onlar qədimdə “Şalom” deyərlər, yəni Salam. Hz. İbrahim (ə.s) dövründə də, Nuh (ə.s) dövründə də var idi, “Şalom”-deyərək Salam verərdilər. Allah hidayət verər, ona tabe olunmalıdır. Hidayətlə mübarizə aparılmamalıdır. Allah hidayət verincə təslim olunmalıdır. “Bizə vəhy olundu ki, əzab (haqqı) yalan sayıb üz döndərənlərə veriləcəkdir!” (Taha surəsi, 48) Yəni, əgər yalanlayıb və üz çevirsən əzab gələr. “Bizə belə vəhyolundu sənə bildiririk” -deyirlər. “(Firon) dedi: “Rəbbiniz kimdir, ey Musa?”” (Taha surəsi, 49) “Mənim Rəbbim kimdir?” -demir. Çünki onsuz da onlar “Bizim Rəbbimiz” -demirlər, “Sənin Rəbbin” -deyirlər. O da qəbul etmədiyi üçün, “Rabbiniz kimdir ey Musa?” -soruşur. “(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!” (Taha surəsi, 50) “Əvvəl yaradır sonra da doğru yolu göstərir” –deyir, “Tövratla”. “(Firon) dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?” (Taha surəsi, 51) -yəni əvvəlki dövrlərin insanlarını nəzərdə tutur. Onlar “Daş dövrü, Paleolit dövr” də deyirlər. İndi də ateistlər maraqlanıb soruşurlar. “Onların halı necə olacaq?” “Onlar din gördü? Onlar İslamla tanış idi? Onlar ibtidai bir həyat yaşayırdılar. Mağaralarda yaşayırdılar” -deyirlər. Hələ o dövrdə belə fikirlər var idi, yeni bir şey deyil. “(Musa) dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edər, nə də unudar!”” Yəni Allah qatında bir kitabtadır, “Rəbbim nə xəta edər, nə də unudar!” (Taha surəsi, 52) Yəni “sən narahat olma, onları da unutmaz və çaşdırmaz” -deyir. Onlara da, yəni ilk dövrdəki insanlara da din göndərmişdir, onlara da peyğəmbər göndərmişdir, azdırmamış və unutmamışdır Allah. “Allah, qədim dövrdəki insanları niyə unutsun?” -deyir. “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır”. -deyir. “O, yer üzünü sizin üçün beşik etmiş ...” -yəni “Mehdini yaratdı” -deyir. Bunu xüsusi ilə seçərək deyir. Məsələn, yer üzü üçün bir ev, qoruyucu yer, sığınacaq və ya çadır yaratdı da deyə bilərdi. Yəni yüzlərlə, minlərlə söz var. Amma bu sözlər içərisində “Mehdi” sözünü seçmişdir. Ərəbcə Quranda “Mehdi” olaraq keçir. “Orada sizin üçün yollar salmış ...” -yəni asfaltlar, maşın yolları. Maşın yollarını Bələdiyyə deyil Allah düzəldir. O yol beynin içindədir, beyində görürsən yolu. Maşına minəndə beyində görürsən yolu. Davamlı bir yol görünür başın içində. Onu Allah yaradır. Xaricdəki yoldan bəhs edilir. “O haradadır?”-soruşuruq, “o da başımın içindədir” -deyirlər. O zaman kim yaratmış? Allah yaratmışdır. Elmi həqiqətdir.
“Və göydən su endirmişdir”-suyu da endirir, İsa Məsihi də Allah endirir. “Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik”. (Taha surəsi, 53) Həyatı canlandırdı. Hər bitki cüt halında olduğu da Quranda bildirilir. Bu, bir möcüzədir. O dövrdə bilmirdilər. Haradan biləcəklər? Bir çiçək var ortasında da bir şey var. Onun erkəklik organı olduğunu, onun digərini döllədiyini, o dövrün elmi ilə bilmək mümkün deyildi. İmkansız idi. “(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin”. Bitkilərdən də, meyvələrdən də, tərəvəzlərdən də, yerdə bitən hər şey, cəfəri, pomidor, bibər, balqabaq, lobya ağla gələn hər cür meyvə- “həm özünüz yeyin, heyvanlarınızı da yemləyin” -deyir Allah. Onlar da həqiqətən çox şirindirlər. Davamlı, ara vermədən yeyirlər. Əsas şey bu olur, yatmaq, uzanmaq və yemək yemək.
“Həqiqətən” (Taha surəsi, 54)-yəni “Şüphə etməyin” mənasındadır. Quranda bu, çox keçir. Çünki insan şübhəyə meyilli yaradılmışdır. Belə yaradıldığı üçün həmişə “şübhəsiz, həqiqətən” deyər Allah və yaxud şübhə etməsinlər deyə and içər. “Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır”. (Taha surəsi, 54) Yəni məntiqli olan, ağıllı düşünən, vicdanlı düşünən, nizamlı insanlar üçün ayələr vardır. Amma əgər ağlı dağınıqdırsa, dərin düşünmürsə, qəlbiqaradırsa, vicdanı qaradırsa, əlbəttə ki, ona təsir etməz.
“Biz sizi torpaqdan yaratdıq” -yəni, torpaqdan, yerdən- “Sizi ora qaytaracaq”, sizi toprağa geri qaytaracağını deyir Allah. Yəni “Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq” (Taha surəsi, 55). Yenə “o torpaqdan, yenidən çıxardacağıq” -deyir Allah. Yəni dünyanın torpağından istifadə edir. Bu, Allahın hikmətidir. Halbuki Allah, insanları, başqa yeni bir torpaqdan da çıxarda bilərdi. Amma “dünya torpağından çıxardacağıq” -deyir Allah.
“Biz ona,” -insana- “dəlillərimizin hamısını göstərdik”, yəni atomdakı, hüceyrədəki quruluşu, vakuol, xromosomdakı, mitoxondridəki, hamısındakı quruluşu göstərdik. Görməyən var? Hamı görür. “O isə (bu dəlilləri) yalan sayıb qəbul etmədi”. (Taha surəsi, 56)-iman etməmək üçün dirəşdi. Allahın yaratdığını qəbul etmədiyini və bunda dirəşdiyini deyir Allah.
“(Firon) dedi: “Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağa gəlmisən, ey Musa?” (Taha surəsi, 57). Niyə belə etdiyini bilirsiz? Çünki hz. Musa (ə.s) Firona: “Mənim səndən istədiyim, məni və yoldaşlarımı burax biz gedəcəyik” -demişdi. Fironun özündən çıxmağının səbəbi, Tövratda uzun-uzun Moşiyahın gələcəyi və dünyaya hakim olacağı, bütün o bölgəyə hakim olacağı keçir. Nildən Fərata qədər. Məkkəyə, Mədinəyə qədər. Hətta Kiprə qədər, Cənub-Şərq Anadolu bölgəsinin hamısını əhatə eədəcəyi bir hakimiyyətdən bəhs edir Allah.
“Madam belə, Biz də sənə buna bənzər bir sehr göstərə bilərik”. Sehr olduğundan əmindir. “Bizimlə öz aranda görüş vaxtı təyin et”. Amma Firon yenə də baxın demokratikdidir. Başqası olsaydı darmadağın edərdi. Hal-hazırda Firondan min qat betər adamlar var, bir çoxu belədir. PKK-nın olduğu bölgədə sən Allahdan danışa bilirsən? Danışa bilməzsən. “(Bu hamımız üçün) münasib bir yerdə olsun” -dedi (Taha surəsi, 58).
“(Musa) dedi: “Görüş vaxtınız bayram günü” -Misirdə çox qədimdən bir bayram günü var- “camaatın (bir yerə) toplaşacağı”, həmin bayramda səhər vaxtı toplanırlar “səhər vaxtıdır!” (Taha surəsi, 59).
“Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi”. (Taha surəsi, 60).
“Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O, sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar”. (Taha surəsi, 61). “Çünki edəcəyiniz şey bir həqiqət deyil” -deyir. Yəni “göz boyama, hipnoz edəcəksiniz, sehr edəcəksiniz” -deyir.
“(Fironun adamları) öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər”. (Taha surəsi, 62). Yəni, Fironun adamları, öz aralarında danışırlar, dedi-qodu edirlər.
“Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır”. Çünki özləri sehrbazdır axı. Necə ki, “adamı necə tanıyarsan? Özüm kimi” -deyərlər, o da elə özü kimi tanıyır. “Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər”. (Taha surəsi, 63). Mehdi (ə.s)-a da eyni şeyi deyirlər. Çünki Mehdi (ə.s) tək bir dünya dövləti yaradır.
“Odur ki, bütün hiylələrinizi cəmləşdirib (meydana) dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır” -bax meydan oxumağı görürsünüz?- “Bu gün qələbə çalan xilas olacaqdır”. (Taha surəsi, 64).
“(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at, ya da birinci atan biz olaq!”” (Taha surəsi, 65). Diqqət edirsinizsə həmişə belə demokratik bir rəftar sərgiləyirdi. Bunu şübhələndirməmək üçün edirlər.
“Musa dedi: “Yox, siz atın! Sehrbazlar əllərindəkiləri yerə atan kimi sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür”. (Taha surəsi, 66). Yəni, xeyli, ilanlar kimi hərəkət edir.
“Musanın ürəyi xoflandı”. (Taha surəsi, 67). Yəni, “Bu adamlarla nə edəcəyəm mən indi?” -dedi.
“Biz: “Qorxma”-dedik. Qalib gələn mütləq sən olacaqsan!”. (Taha surəsi, 68). Əbcədi-1956 tarixini verir. Ayədəki “mütləq sən”-sözü 1956 tarixini verir. Açıq-aşkar Mehdi (ə.s)-a işarə edir. Çünki Bədiüzzaman, 1956 tarixini mehdiyyətin başlanğıc tarixi olacağını bildirir. “Bu tarixdə yeni bir Nuru Quran zühur edəcək?” -deyir, 1956 tarixində. “Tam olaraq da bilmirəm” -deyir. Həmişə üslubu belə olub. 1956 açıq-aşkar mehdiyyətin tarixidir. Bu, Bədiüzzamanın üslubundakı nəzakətidir.
“Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”. (Taha surəsi, 69) Bu ayə, sehrbazlığın haram olduğuna da aiddir.
“Sehrbazlar səcdəyə qapanıb dedilər: “Harunun və Musanın Rəbbinə iman gətirdik”. (Taha surəsi, 70) Amma ilk növbədə Harunu deyirlər, bu da mənalıdır.
“(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz”. Adamın dəliliyi tutur. Əvvəl özünü demokratik göstərirdi indi isə, psixopatlıq edir. “O sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib ...” Havalanır, dəli olur. Dediyi olmadığı üçün əvvəl demokratik əhvalında olur, sonra azır. “Xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm”. Asacağını deyir. “Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” (Taha surəsi, 71) -deyir. Allahlıq iddiasında olduğu üçün “Allahın əzabı daha şiddətlidir yoxsa, mənim əzabım görəcəksiniz” -deyir.
“Onlar dedilər: “Biz heç vaxt səni, bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. (Taha surəsi, 72) Halal olsun, bax onlar da cəsarətli imiş. “İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!”
“Həqiqətən, biz, Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın”. Həm sehrə görə tövbə edirlər, həm də hz. Musa (ə.s) əleyhinə yaranan üsyana qarşı çıxırlar. “Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir!” (Taha surəsi, 73)
“Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar”. (Taha surəsi, 74)
“Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar”. (Taha surəsi, 75)
“Ağacları altından çaylar axan Ədn bağları. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır”. (Taha surəsi, 76) Yəni kirlərindən, səhvlərindən təmizlənmişlərin mükafatıdır.