Qədimdən İngilis dərin dövləti istədiyi kimi kefini davam etdirirdi. İki yüz il özünü gizlətməyi bacardı. Hətta, üç yüz il özünü gizlətdi. Belə böyük bir quruluşun, belə dünya dərin dövlət quruluşunun özünü gizlətməsi və heç vaxt zəifləməməsi böyük bacarıqdır. İlk dəfədir ki, tarixində belə rəzil-rüsvay olur. İngilis dərin dövləti üç yüz illik tarixində ilk dəfə rəzil-rüsvay olur. Dərin dövlət olmasa nə olardı? İngilis dərin dövləti olmasa nə olardı? Mehdiyət olmazdı. İslam dünyaya hakim olmazdı. Çox güclü ətalət, qəflət olardı. Ənənəvi İslam anlayışı davam edərdi.
Çox əzab-əziyyət içərisində davam edərdi. Məhz təməl dəyişiklikləri Allah belə edir. Dərin dövlət meydana gətirir. Hz. Musa (ə.s)-ı çıxaracağı vaxt, əvvəl Firon dərin dövlətini qurdurur. Məsələn hz. İbrahim (ə.s)-ı çıxaracağı vaxt Nəmrud dərin dövlətini qurdurur. Hz. İsa Məsih (ə.s)-ı çıxacağı vaxt Sezər Roma dərin dövlətini qurdurur. Rəsulullah (s.ə.v)-in dövründə də var idi Roma dərin dövləti. İndi Roma Londona köçüb. Dünya dərin dövlətinin mərkəzidir. Qədimdən həqiqətən Romada idi. Dərin dövlət oradan idarə olunurdu. İndi Londona köçüblər. Nəyə yarıyar?
Mehdi (ə.s)-ın zühuruna yarıyar. İsa Məsihin çıxışına yarıyacaq. Allahın bunlara heç ehtiyacı yoxdur. Allah üçün dərin dövlətin heç bir dəyəri yoxdur. Çox fövqəladə bir gücdür. Allah üçün adi bir gücdür, yaratdığı hər hansı bir gücdür. Bütün qüvvəni, gücü Allah verir. Mehdisini çıxaracaq, normal qarşılayacağıq. Dərin dövlət yıxılacaq onu da normal qarşılayacağıq. İsa Məsihdə də, ictimai bir həyəcan meydana gələr, amma normal qarşılayarlar. Bir mitinq həyəcanı kimi həyəcan olar.
Amma şəxsi cəhətdən iman etmə məcburiyyəti olmadığı üçün, toplu haldakı kimi həyəcan olar. Yəni Peyğəmbər kimi iman etmək məcburiyyəti olmaz. Çünki ümmətdən biri kimi gəlir. Peyğəmbər vəzifəsi ilə gəlmir. Bir həyəcan olar. “Əhd sandığı” da tapılacaq. O da bir həyəcandır. Müqəddəs sandığın tapılmağı ən az Mehdi (ə.s) qədər və İsa Məsih (ə.s) qədər həyəcan verər. Bu piramidaların altı, üstü hər yeri axtarılacaq. Daşı, torpağı hamısı söküləcək, hər yerdə axtarılacaq.
Misirdə böyük bir heykəl var, bilirsiniz. Adı nə idi? Sfenks. Bu heykəl, piramidalardan da, qədimdir. Ən qədim odur. Sfenksin içində boş otaqlar var. Otaqların içində nə olduğu bilinmir. Girilməmişdir. Böyük daşdan bir heykəlin içi bağlanılmışdır. Nə olduğu bilinmir. O, açılacaq. Sfenksin içində dünyanın sirləri var. Piramidalar başdan-ayağa, altı, üstü, hər yeri sənədlərlə doludur. İçləri otaqlarla doludur və heç biri açılmayıb. Bu otaqlar açılacaq, heç kimin əl vurmadığı yerlərə giriləcək. Nəmrud xarabaları. Nəmrudun məzarı açılacaq. Min illərdən bəri bağlıdır. Heç açılmamışdır.
Adam da, həddindən artıq hiyləgər olub. Məzarını dağın təpəsində düzəltdirir, iri qayalarla. Görün neçə imperatorluq, neçə nəsil keçmişdir? Heç kim o məzarı açmağa cürət edə bilməmişdir. Çünki açmağa çalışsalar bütün məzar üstlərinə uçacaq. Oraya gedən adamlar sağ qalmaz. Çünki altından götürsələr insanın üstünə uçar. Nə etmək olardı? Təpədən də endirə bilmirsən. Ediləcək heç bir şey yoxdur. Ona görə, gözləmişlər. Dövlət gücü lazımdır. Kim açacaq? Yenə hz. Mehdi (ə.s) açacaq. Onu da deyim ki, altında böyük bir mason məbədi tapacağıq. Çünki, Nəmrud o dövrün məşhur masonlarından idi. Bağçasına qoyduğu qayalar, daşlar, heykəllər hamısı masonikdir. Nəhəng bir mason məbədinin içinə basdırılmışdır. Yüzlərlə, minlərlə sənəd hz. İbrahim (ə.s) dövrünə aiddir. Bunları tapacağıq, gətirəcəyik inşaAllah.