FİL, İNGİLİS DƏRİN DÖVLƏTİNİN İSTİFADƏ ETDİYİ SİMVOLLARDAN BİRİDİR. İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ TÖRƏTDİKLƏRİ QIRĞINLARDA FİLLƏRDƏN İSTİFADƏ ETMİŞLƏR
İngilislər ll Dünya müharibəsində, Ebrehenin ordusu kimi müsəlmanlara qarşı fillərdən istifadə edirdilər. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram: "Məgər Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?! (Fil surəsi, 1) Məgər (Rəbbin) onların hiyləsini boşa çıxarmadımı?! [Fil surəsi, 2]
Fil, hal-hazırda İngilis dərin dövlətinin simvoludur. Bax, "Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?" Fil, İngilis dərin dövlətinin simvollarındandır. ll Dünya müharibəsində müsəlmanlara qarşı çoxlu sayda fil istifadə edildi. Hətta Laos və Siamda hakimiyyəti olduğu üçün İngilis dərin dövlətinin damğası olaraq ingilislərin orada bayraqlarına fil simvolu qoydular. "Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? (Rəbbin) onların hiyləsini boşa çıxarmadımı?!" Yəni İngilis dərin dövlətinin planlarını boşa çıxarmadımı? "Onların üzərinə əbabil (sürü-sürü) quşlarını göndərdi." [Fil surəsi, 3] "Əbabil"i mələklər və cinlər olaraq düşünə bilərik. "(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı." [Fil surəsi, 4] "Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi." [Fil surəsi, 5] Yəni əkin yarpağı kimi quruyub məhv oldular.
MƏSNƏVİDƏ DƏ FİL SİMVOLU VARDIR. İNGİLİS DƏRİN DÖVLƏTİ "HƏR YERDƏYİK, AMMA BİZİM NƏ OLDUĞUMUZU ANLAYA BİLMƏZSİNİZ" MƏNASINDA BU SİMVOLU İSTİFADƏ EDİR
İngilis dərin dövləti bu simvolları geniş miqyasda istifadə edir. Məsnəvidə də fil simvolu keçir, izah edilir. Filin qaranlıqda hərəkət etdiyi, amma insanların fili fərq edə bilmədiyi. Fili bir axura gətirirlər, biri filin qulağına toxunur, biri ayağına toxunur, amma heç biri fil olduğunu anlaya bilmir. Biri deyir ki, "masadır", biri deyir başqa bir şeydir, o biri başqa bir şeydir deyir, amma xalq onun fil olduğunu anlaya bilmir. Yəni necə İngilis dərin dövlətini anlaya bilmirlər, elə deyilmi? İçəri girdiyi halda, kiçik parçalarını gördükləri üçün fərq edə bilmirlər. Orada anlayanın anlayacağı şəkildə təmsillərlə izah etmiş. Amma İngilis dərin dövləti bu tərzdə bunu şərh edir. "Biz fil kimiyik, amma bizi fərq edə bilməzsiniz. Ayrı-ayrı yerlərdə olduğumuz halda, bəziləri masa zənn edər, bəziləri kürsü zənn edər, bəziləri başqa şey zənn edər, amma bizi görə bilməzsiniz." Bu məntiqlə işləyirlər.