HƏDİS İZAHI
İmam Əli buyurdu: Şamda qərb tərəfindən qurğuşun rəngli at sahiblərini və sarı bayraqlıları gözləyin. Şama yerləşərlər. Bu, böyük aclıq və qırmızı ölüm dövrüdür. Bu hadisə də baş verdikdə Dəməşq (Şam)-ın Haresta deyilən kəndinin yıxılmasını gözləyin. Bu da baş verdikdə QARACİYƏR YEYƏNİN OĞLU SÜFYANİ QURU VADİDƏN ÇIXAR. Şam minbərinə oturar. Bu hadisə baş verdikdə hz. Mehdinin çıxışını gözləyin.
(Şerhu İhkakul Hak, 29. cild, səhifə: 587. Kitabul Cifr İmam Ali, səhifə: 676)
Yeni hədis; “İmam Əli buyurdu; Şamda qərb tərəfindən qurğuşun rəngli at sahiblərini”. Qurğuşun rəngli; baxın görürsünüzmü, hərbi maşınları necə açıqlayır? Qurğuşun rəngli at olmaz. Hərbi maşınları bax, Peyğəmbər (s.ə.v.) 1400 il əvvəl açıqlayır. “Qərb tərəfindən qurğuşun rəngli at sahiblərini və sarı bayraqlıları gözləyin. Şama yerləşərlər”. –YPG-in bayrağı sarıdır- “və bu böyük aclıq və qırmızı ölüm dövrüdür”. Baxın, “Bu böyük aclıq və qırmızı ölüm dövrüdür”. Kommunistlər, qırmızı kommunist deyirik, qırmızıların hücumu. Onlar vasitəsiylə insanlar öləcək deyir, bir də aclıqdan insanlar öləcək. İndi görürsünüz. “Bu hadisə də baş verdikdə Dəməşqin -yəni Şamın- Haresta deyilən kəndinin yıxılmasını gözləyin”. Haresta da bilirsiniz, yerlə bir oldu. O bölgə yerlə bir oldu, bombalandı. “Bu da baş verdikdə qaraciyər yeyənin oğlu Süfyani quru vadidən çıxar”. Yəni Süfyanın oğlu indi hücuma keçdi, bütün Suriyanı alır. “Şam minbərinə oturar”. Yəni yenidən idarəni ələ alır. Peyğəmbərimiz (s.ə.v) “Bu hadisə də baş verdikdə artıq Mehdi (ə.s)-ın hurucunu (çıxışını) gözləyin” -deyir. Mehdi (ə.s) zahir olar. Bax deyir, Şamda bir fitnə olar. Bu fitnənin başlanğıcı UŞAQ OYUNUDUR. “Uşaq oyunu ilə başlayar” -deyir. Uşaqların divara yazdığı yazıyla başladı. Suriyadakı daxili qiyam on iki, on üç nəfər uşaq divara yazı yazdılar, ondan sonra başladı.